Zaman Maşını (İki hissəli komediya) Keçmişlə gələcəyin elmi-bədii sintezi


Vahid: Qələt edirlər. Nə olub e bizə? Narın



Yüklə 341,27 Kb.
səhifə65/83
tarix07.01.2022
ölçüsü341,27 Kb.
#84650
1   ...   61   62   63   64   65   66   67   68   ...   83
Vahid: Qələt edirlər. Nə olub e bizə?

Narın: Daha nə olsun? Xalxın balasına tor qurmuşuq, zorla qız veririk. Bundan artıq nə olsun?

Vahid: Bəs nə edək? Belə eləməsəydik, həm pulumuz gedərdi, həm də qız üstümüzdə qalardı. Amma indi bax, bir güllə ilə iki quş vurmuşuq e. Həm qızı veririk, həm də pulumuzu alırıq.

Narın: Güya Esmeralda pul alsa sənə verəcək? Eh! Ay verdi a.

Vahid: Esmeraldaya güvənən kimdir? Bəs Dilbəri nə üçün soxmuşam ora!? Dilbər yavaş-yavaş pul çəkəcək Zamandan, biz dolanarıq. Qalanı da qalar Esmeraldaya.

Narın: Bu günahın altından necə çıxacağıq, bilmirəm. Hər dəfə sənə uyub bu çirkin işlərə şərik oluram. Amma bir Allah bilir ki, necə vicdan əzabı çəkirəm. Zaman bizə nə pislik edib, hə? Adam oğlumuza öz böyrəyini verdi e. Biz neylədik? Ona tələ qurduq.

Vahid: Gözümüzə qaşımıza aşiq olub böyrək vermədi ki. Pulu ilə verdi də.

Narın: Yaxşı bəs niyə sən o pulu geri almaq istəyirsən? Bir böyrəklə yaşayır o cavan. Bu gün sabah o biri böyrəyinə nəsə olsa gərək həkimə gedə, dərman ala.


Yüklə 341,27 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin