Zaman Maşını (İki hissəli komediya) Keçmişlə gələcəyin elmi-bədii sintezi


Mehdi: Yaxşı. Görüşərik. (kağızı alıb çıxır)



Yüklə 341,27 Kb.
səhifə70/83
tarix07.01.2022
ölçüsü341,27 Kb.
#84650
1   ...   66   67   68   69   70   71   72   73   ...   83
Mehdi: Yaxşı. Görüşərik. (kağızı alıb çıxır)

Narın: Allah, sən özün mənim balalarımı qoru. Biz axırı yaxşı olmayan çirkin bir işə girmişik. Sən bizim günahlarımızı bağışla.

Narın yorğun halda divana oturub fikirə gedir. İşıq sönür.

Zamanın evi. Dilbər yatıb. Qapı döyülür. Salonda kimsə yoxdur. Qapı bir daha döyülür. Dilbər oyanmır. Qapı açılır. Qoca Zaman evə daxil olur.

Qoca Zaman: Gecikdim. Bu zibil yuxu mənim yaxamı buraxmır. Necə yatıb qalmışamsa, deyəsən, olan-olub, keçən keçib. Görəsən, qızıllar çantadadır? (Dilbərin yatdığından əmin olub çantaya yaxınlaşır, çantanı götürüb baxır) Yox. Lənət şeytana. Artıq qızıllar götürülüb. Bax, beləcə, oğru da oldum. Mən bir yaşlı qadının qızıllarını oğurladım. Fərqi yoxdur, o qızıllar hansı yollarla əldə edilib. Oğrudan oğruluq etmək günah deyil deyənlərin cəfəngiyyatlarına inanmayın. Onlar öz oğruluqlarına don geyindirmək üçün bunu uydurublar. Birindən bir şey oğurlayırsansa, deməli, oğrusan. Mən də oğruyam. Bəli, mən qızılları oğurlamışam.


Yüklə 341,27 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin