Zaur vediLİ



Yüklə 1,39 Mb.
səhifə17/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
#7777
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   19

XƏYAL (dərindən nəfəsini dərir):

Boşla getsin Gülnar, belə yaramaz.

Heç nədən bu qədər dərd yemək olmaz.

Hər yuxudan ötrü üzmə özünü,

Qopartma yaranın tez-tez közünü.

Belə xasiyyəti sən tərgit Gülnar.



(Gülnarın saçlarını tumarlayır. Qapının zəngi çalınır)

Gülnar, dur gör kimdi?



GÜLNAR: – Görən kim olar?

(ayağa durub otaqdan çıxır və qapını açır. Qapı ağzında Gül­na­rın və yaşlı bir kişinin səsi eşidilir)

KİŞİ: – Salam qızım.

GÜLNAR: – Salam.

KİŞİ: – Xəyal evdədir?

GÜLNAR: – Bəli. Gəlin evə evdədir əmi.

KİŞİ: – Sağ ol mənim qızım, qurbanın olum.

(Xəyal ayağa durub qapıya tərəf getmək istəyir. Kişi otağa gə­lir. Yan otaq­da uşaq ağlayır. Gülnar qapının ağzından qa­yı­dır)

Hərvaxtınız xeyir ay mənim oğlum.



XƏYAL: – Hər vaxtınız xeyir, xoş gəlibsiniz.

(görüşüb-öpüşürlər və hər ikisi keçib divanda əyləşirlər)

Ay İsmayıl əmi xeyir ola siz,

Bizə gəlib bizi etdiniz xoşhal?

İSMAYIL ƏMİ: –Xeyirdi inşallah, xeyirdi Xəyal.

Sizə işim düşüb siz mənə gərək,

Mütləq edəsiniz siz mənə kömək.

XƏYAL: – Gözüm üstə. İşdən et məni agah,

Mən kömək etməyə hazıram vallah.

Bəs o, iş nə işdi?

İSMAYIL ƏMİ: – Gözün var olsun,

Ulu Tanrı sənə hər vaxt yar olsun.

Oğlum, çox lazım bir məsələ üçün,

Mən sənin yanına gəlmişəm bu gün.



XƏYAL: – İsmayıl əmi o, nə məsələdi?

İSMAYIL ƏMİ (əlini açıq qalmış qapıya tərəf uzadır): –

Əvvəl qapını ört.



(Xəyal qapını örtür və gedib yerində əyləşir)

O, iş belədir,

İndi mən sizdən bir söz soruşacam,

Sən isə cavab ver sualıma tam.

Oğlum, ancaq xahiş edirəm ki, sən,

Sualıma doğru cavab verəsən.



XƏYAL: – Mənim gözüm üstə İsmayıl əmi.

Yalan danışmaram mən bir kəlməmi.



İSMAYIL ƏMİ: – Oğlum, qapınızı açan o gəlin,

Sənin arvadındı zənnimcə yəqin.



XƏYAL: – Hə İsmayıl əmi.

İSMAYIL ƏMİ: – Çox gözəl oğlum.

Onda mümkündürsə, qurbanın olum,

Həmin o, gəlinin taleyi haqda,

Bir az mənə danış sən bu otaqda.



XƏYAL (həyəcanla): – Ay İsmayıl əmi, axı deyəsən,

Çox sözlü adama oxşayırsan sən?!

Nə eşidibsənsə aç mənə söylə,

Məni intizarda saxlama belə!



İSMAYIL ƏMİ: – Oğlum, o, gəlinin ata anası,

Özgə bir qohumu, bir əqrəbası,

Var, yoxsa yoxdu?

XƏYAL: – Var İsmayıl əmi!

İSMAYIL ƏMİ: – Oğlum, ögeydilər onlar eləmi?

XƏYAL: – Bəli ögeydilər.

İSMAYIL ƏMİ: – Oğlum, yəqin sən

Eşitmiş olarsan. Bir gün şəhərdən,

Onlar evlərinə qayıdan zaman,

Tapıblar o qızı yol kənarından.

Daha doğrusunu desəm, yol üstə,

Yolçunu görürlər onlar bir dəstə.

Onlar yolçularla görüşürlər də,

Nə olub onlardan soruşurlar da.

Sonra razılaşıb elə həmin an,

Alırlar bu qızı o yolçulardan.

Hadisə beləmi baş verib oğlum?

XƏYAL: – Hə İsmayıl əmi.

İSMAYIL ƏMİ: – Qurbanın olum,

İndi də cavab ver lap son suala.

Onun atasının...

(otağın qapısı açılır. İsmayıl əmi susur. Gülnar çay dolu stə­kan­la­rı sinidə gətirib stola düzür)

Çox sağ ol bala. (Gülnar otaqdan çıxır)

Onu övladlığa götürən ata,

Sərxan adındamı?

XƏYAL: – Bəli o, adda.

İSMAYIL ƏMİ: – Çox şükür Tanrının məsləhətinə,

Nə qədər əziyyət çəksəm də yenə,

Aylarla çəkilən əzab-əziyyət,

Demək sona çatır bu gün nəhayət.

İndi yaxşı-yaxşı qulaq as mənə,

Ay oğul, bir məktub oxuyum sənə.



( Eynəyini taxıb, mək­tubunu oxuyur)

Bizim əzizimiz İsmayıl baba,

Salam göndərirəm sənə məktubla.

Şükür salamatıq bizim hamımız,

Tək nigarançılıq səndəndir yalnız.

Baba, çox mühüm bir məsələ üçün,

Sənə bu məktubu yazıram bu gün.

Həmin məsələni yazıram sənə,

Xahiş edirəm ki, kömək et mənə.

Həmin hadisəni indiyə qədər,

Bizdən başqa bilmir hələ bir nəfər.

O, sirri saxlamaq daha çətindi.

Məcburam bu sirri açmağa indi!

Sənə deyəcəyim sözlərə görə,

Üzür istəyirəm səndən min kərə.

Baba, toyumuzdan üç həftə öncə,

Gəldik Naxçıvana gəlinlə birgə.

Atam, anam, xalam, mən, bir də Xavər,

Xəlvət gəlib çatdıq ora birtəhər.

Səni düşündürən səbəbi yəqin,

Bizim Naxçıvana gəlməyimizin.

Bu işin səbəbi qanunsuz halda,

Xavər Gəncədəkən uşağa qaldı.

Uşaq mənim idi, o, səbəbdən də,

Xavərlə birlikdə mən gəldim kəndə.

Anam tutan zaman bu işdən xəbər,

Sevincin üstünə yağdırdı kədər.

Anam bizə dedi: – Bu halda heç vaxt,

Xavər ola bilməz bu evdə xoşbəxt!

Babacan, evdə çox söz-söhbət oldu,

Elə həmin gündən çöhrəmiz soldu.

Anam qəlbimizə basaraq közü,

Belə oldu onun bizə son sözü.

–Elə həmin gündə sökülməmiş dan,

Kənd əhli qalxmamış hələ yuxudan.

Biz son qoymaq üçün bu hadisəyə,

Gedək Naxçıvana qalaq kirayə.

Xavər azad olsun hamiləlikdən,

İtsin yolumuzu kəsən duman-çən.

Uşağı da verib “Uşaq evi”nə,

Dönək kəndimizə təzədən yenə.

Fəqət məcbur olduq dözək bu dağa,

Anam deyənlərlə razılaşmağa.

Yəqin ki, beləymiş tale yazımız,

Gəldi dünyaya bir körpə qızımız.

Anam, xalam və mən xəstəxanadan,

Xavəri çıxardıb gətirən zaman.

Şəhərin sonunda bir az dayandıq,

Həmin an elə bil od tutub yandıq.

Yolda anam qızı istədi atsın,

Bu işdə daha bir günaha batsın!

Günahsız bir ömrə edən zaman qəsd,

Bu vaxt iki yolçu gəldi bizə səmt.

Yolçular bir arvad, bir də kişiydi,

Yəqin ki, bu da bir tale işiydi.

Yolçularla xeyli söhbət edərdik,

Onlara böyük bir yalan söylədik.

Yoxuydu yalanın ucu-bucağı,

Dedik biz tapmışıq guya uşağı.

Xeyli vaxt edilən söhbətdən sonra,

Verdik o, uşağı biz yolçulara.

Dedilər onların olmur övladı,

Məncə Sərxanıydı kişinin adı.

Sonralar gəlsəm də onun dalıyca,

Tapa bilməmişəm qızımı ancaq.

Dedilər o, kişi satıb evini,

Biryolluq şəhərə köçübdü yəni.

Qəlbim nigarandı vallah nigaran,

Çalış kömək elə mənə babacan.

Qızı tapıb mənə qovuşdur onu,

Çəkdiyim həsrətin yetişsin sonu.

Hər yan dönüb olsun gözümdə gülşən,

Hələlik babacan görüşənəcən.

XƏYAL (özündən asılı olmayaraq ayağa qalxır):

İsmayıl əmi bir başa sal məni,

Gülnarı atası axtarır yəni,

Mən yanılmıram ki?



İSMAYIL ƏMİ (oxuduğu məktubu büküb cibinə qoyur):

Yox qurban olum.

Sən yanılmamısan. Bilirsən oğlum,

Həmin bu məktubu aldığım gündən,

Səkkiz aya yaxın müddətdir ki, mən,

Demək olar hər gün səhər həm axşam,

Məktubun iziylə axratışdayam.

Aylarla çəkdiyim əzab-əziyyət,

Oğlum, sona çatır bu gün nəhayət.

XƏYAL: – İsmayıl əmi bəs həmin o adam,

Bura gələcəkmi?



İSMAYIL ƏMİ: –İstəsən, axşam

Telefon edərəm onlara evdən.

Sabah axşamacan İlham ilə mən,

Ay oğlum birlikdə sizə gələrik,

Birlikdə şənlənib, deyib-gülərik.

XƏYAL: – Kaş ki, bu söhbətlər olaydı gerçək!

Atasının adı İlhamdı demək?!



İSMAYIL ƏMİ: – Atası İlhamdı, anası Xavər,

Ay mənim balam, sən istəsən əgər,

Daha doğrusu tək sən yox, həmçinin,

Səninlə birlikdə o gözəl gəlin.

Həmfikir olsanız oğlum o zaman,

Biryolluq bitəcək bu acı hicran.



XƏYAL: – İsmayıl əmi mən razıyam, ancaq,

Bilmirəm o, buna razı olacaq?



İSMAYIL ƏMİ: – O, kim?

XƏYAL: – Gülnar.

İSMAYIL ƏMİ (sakitcə): – Vallah nə bilim bala,

Cavab verənmərəm mən bu suala.

Bu iş olur sizin şəxsi işiniz,

Onlarla görüşmək istəsəniz siz,

Zəng vurub agah et məni işdən sən.

Sabah axşam səni görüşdürüm mən.



(cibindən kağız-qələm çıxardıb yazır və Xayala verir)

Al, bu da nömrəmiz. (Xəyal alır)



XƏYAL: – Axşama qədər,

Zəng vurub verəcəm sizə bir xəbər.

İsmayıl əmi ver məktubu mənə,

Sabah qaytararam təzədən sənə.



İSMAYIL ƏMİ (ayağa durur): –

Durub yavaş-yavaş daha ge­dim mən



(cibindən məktubu çıxardıb Xəyala verir)

XƏYAL: – Ay İsmayıl əmi nə tez gedirsən?

İSMAYIL ƏMİ: – Tez deyil ay oğlum, salamat qalın,

Evdə olcağam, mütləq zəng çalın.



(Xəyal İsmayıl əmini qapıyacan yola salır)

XƏYAL (gedə-gedə):Mütləq zəng vuraram İsmayıl əmi,

Siz evdə gözləyin mənim zəngimi.



(İsmayıl əmini qapıyacan ötürüb divanda əyləşir)

İlahi, Gülnara söyləsəm əgər,

Sevinib şənlənər, yoxsa qəm çəkər?

Ona desəm atan axtarır səni,

Görüşmək istəyər onunla yəni?!

Cavab tapanmıram mən bu suala,

Qorxuram ki, desəm narazı ola!

Deyim ya deməyim? Düşünüm bir az.

Bəlkə heç deməyim? Yox, bu da olmaz!

Mütləq deməliyəm ona bu haqda,

Əgər bildirməsəm evdən qıraqda,

Mütləq eşidəcək bu hadisəni,

O vaxt başqa gözlə görəcək məni!

Yox, bildirməliyəm mütləq Gülnara

Özü gəlməlidi qəti qərara! (Gülnarı çağırır)

Gülnar.


GÜLNAR (yan otaqdan): – Gəldim Xəyal. (Gülnar gəlir)

XƏYAL: – Bilirsən Gülnar,

Səninlə çox vacib bir söhbətim var.



GÜLNAR (təəccüblə): – Vacib söhbət?!

XƏYAL: – Qorxma, qorxulu deyil,

Gəl otur yanımda deyim sən də bil.



(Gülnar Xəyalın böyründə oturur)

Gülnar yadındadı, toydan qabaq sən,

Mənə taleyindən söhbət etmisən?

GÜLNAR: – Bəli yadımdadır. Niyə ki?

XƏYAL: – Əgər,

İstəsən verərəm sənə şad xəbər.



GÜLNAR: – Bəli istəyirəm.

XƏYAL: – Atanla anan,

Səni axtarırlar.



GÜLNAR (həyəcanlı halda Xəyalın gözlərinə baxır): –

Yalandır yalan!



XƏYAL: – Özünü ələ al, həyəcanlanma,

GÜLNAR: – Yalan deyibdilər! Xəyal inanma!

XƏYAL:Yalan deyil Gülnar, qulaq as mənə,

Hər şeyi, hər şeyi danışım sənə!

İsmayıl əmi bu məsələ üçün,

Bizim qapımızı döymüşdü bu gün.

Atan-anan olan İlhamla Xavər,

Səni axtarırlar. İstəsən səhər,

Görüşə bilərik onlarla Gülnar.

(İsmayıl əmidən aldığı məktubu Gülnara uzadır)

Al oxu, hər şeyi burda yazıblar.

Atanın öz dəsti xəttidir bu xətt.

Gülnar, indi son söz sənindir. Fəqət,

Oxu, sonra çalış gəl bir qırara.

Biryolluq son qoyaq bu intizara!



(Gülnar açıb məktubu oxuyur)

GÜLNAR: – Bu işdə günahkar nənəmdi demək!

Yox-yox, mən onlarla görüşəm gərək!



XƏYAL (sevincək): – Düz deyirsən Gülnar, görüş onlarla,

Görüşsən olar lap əladan əla!



GÜLNAR: – Xəyal, mən onlarla görüşsəm əgər,

Bəs atamla anam buna nə deyər?



XƏYAL: – Sərxan əmi ilə Yasəmən xala,

Yolçu olubdular hər vaxt düz yola.

Əgər doğmalarla görüşsən də sən,

Heç vaxt onları yad bilməməlisən!

Çünki hər cəfanı onlar çəkiblər,

Bu qədər zəhməti itirsən əgər,

Allaha-bəndəyə xoş getməz bu iş,

Çox uzun da sürməz heç vaxt bu gediş.



GÜLNAR: – Onlarla görüşsəm yaxşımı olar?

XƏYAL: – Yaxşıdan da yaxşı iş olar Gülnar.

(Gülnar xeyli fikrə gedir)

GÜLNAR: – Xəyal, o kişiyə de versin xəbər,

Onlar gəlsin sabah axşama qədər.



XƏYAL (sevincək): –Mənim gözüm üstə, bu saat Gülnar!

Deyim xəbər versin, gəlsinlər onlar!



(ayağa durub koridora gedir telefonun dəstəyini qaldırıb zəngi vu­rur. Xəyalın səsi eşidilir)

Alo...Alo... Sənsən İsmayıl əmi?

Hə, düz tanımısan Xəyaldı bəli.

Dedim. Görüşməyə razıdı Gülnar,

Xəbər verin sabah gəlsinlər onlar! (Sevincək)

Doğrudan?! Nə gözəl, gəlirlər demək!

Vallah sevindirdin sən məni gerçək!

Yox İsmayıl əmi, bəli evdəyik.

Sizi gözləyirik. Oldu. Hələlik! (sevincək gəlir)

Gözün aydın Gülnar!



GÜLNAR: – Nə olubdu ki?

XƏYAL: – Atan-anan bizə gəlirlər indi.

GÜLNAR (gəyəcanla): – İndi?!

XƏYAL: – Bəli indi! İsmayıl əmi,

Gözümüzdə nura bükür aləmi!

Deyir bir az qabaq atan zəng vurub,

Kişi də atana şad xəbər verib!

Atan da deyib ki, axşama qədər,

Nə cür olur olsun mütləq birtəhər

Bu gün gələcəkdir sənin yanına,

İllərin həsrəti çatacaq sona.

Atan təyyarədə açıb qol-qanad,

Bəlkə də yoldadı indi bu saat.



GÜLNAR: – Nə bilim! Bəlkə də! Ancaq nədənsə,

Yaman sıxır məni!



XƏYAL: – Nə?

GÜLNAR: – Bu hadisə.

XƏYAL(gülümsəyərək):–Qəribə söz dedin vallah sən Gülnar,

Sən vevinməlisən bu gün o ki, var!

Deyib-gülməlisən, danışmalısan,

Gözəl xoş günlərə qarışmalısan.

İllərin həsrəti çünki məhz bu gün,

Tale yollarından edilir sürgün!

Sən sıxılma Gülnar danış-gül, şənlən,

Biryolluq çəkilsin yollarından çən.



GÜLNAR: – Xəyal, ancaq yaman çox qorxuram mən!

XƏYAL: – Nədən qorxursan ki?

GÜLNAR: – Qorxuram birdən,

Sonra küskün ola atamgil bizə!

Razı olmayalar görüşümüzə!

XƏYAL: – Yəni belə bir iş olarmı səncə?

GÜLNAR: – Niyə olmur Xəyal? Olar, bəs necə!

Dörd-beş günlüyümdən indiyə qədər,

Axı məni onlar böyüdübdülər!

Biz razılaşmasaq onlarla əgər,

Hər cürə söz-söhbət yarana bilər!

XƏYAL: – Bəs onda neyləyək? (Gülnar çiyinlərini çəkir)

Bəlkə mən gedim,

Atangili işdən xəbərdar edim?

GÜLNAR: – Getsən yaxşı olar. Yaxşı olar sən,

Onlarla birlikdə evə gələsən.



XƏYAL: – Oldu Gülnar. İndi gedirəm sizə,

Atanla ananı gətirəm bizə. (ayağa durur)

Biz gəlincə onlar gəlsələr əgər,

Tez zəng vurub mənə verərsən xəbər.

(Xəyal gedir. Gülnar dərin fikrə qərq olur)

GÜLNAR (öz-özünə): –Mən yuxu görürəm bəlkə ey Tanrı?!

Yox, yuxu görmürəm! Oyağam axı!

Bu iş həqiqətdi, bəli həqiqət,

Demək indiyəcən çəkdiyim zillət

Daha bitəcəkdi bu gündən fəqət,

Daha bitəcəkdi içimdəki dərd!

Yox, mən yanılıram! Bu mümkün deyil!

Bilirəm ki, mütləq atam-anamgil,

Bu işə narazı olacaqdılar!

Bizi özgə hala salacaqdılar!

Yox-yox belə olmaz, razılaşarlar!

Görüşə verərlər mənə ixtiyar!

Lazımdır ki, edəm bir azca səbr,

Xəyalla olarlar məncə həmfikir.



(telefon zəngi eşidilir. Gülnar ayağa durub telefona tərəf gedir və dəstəyi qaldırır)

Ali. Eşidirəm. Oradır bəli.

Tanıdım, tanıdım İsmayıl əmi.

Evdə gözləyirik buyurun gəlin.

Baş üstə. Sağ olun.

(dəstəyi yerindən asır həyəcandan səsi titrəyir) Gəliblər yəqin.

Nədənsə qorxuram sanki elə bil!

Bəlkə bu yuxudur, həqiqət deyil?!(qapı döyülür)

Yəqin Xəyalgildi.



(qapını açır. Xəyal, Sərxan və Yasəmən gəlirlər)

SƏRXAN: – Xoş gördük qızım.

GÜLNAR: – Xoş gördük Atacan.

(görüşüb-öpüşürlər və gedib əyləşirlər)

YASƏMƏN: – Mənim gül qızım,

Kefin, vəziyyətin necədir?



GÜLNAR: – Əla!

YASƏMƏN: – Çox şükür Allah!

SƏRXAN: – Çox şükür bala!

GÜLNAR: – Bəs siz necəsiniz?

SƏRXAN: – Biz də bax bu cür. (Baş barmağını oynadır)

Yaxşıdan da yaxşı!



GÜLNAR: – Allaha şükür.

XƏYAL: – Gülnar, evə zəng-zad vurmamışdılar?

(Gülnar sanki cavab verməyə qorxur. Heç nə deməyib Sə­r­xan­la Yasəmənin üzünə baxır)

SƏRXAN: – Xəyala cavab ver. Çəkinmə Gülnar.

YASƏMƏN: – Çəkinmə ay qızım Xəyal yol boyu,

Bizə danışıbdı bütün hər şeyi.



GÜLNAR: – İsmayıl əmi zəng vurmuşdu indi,

Onlarla birlikdə gəlirəm dedi.



(təkrar həyəcanlı halda Sərxanla Yasəmənin üzünə baxır)

YASƏMƏN: – İndi gəlirlər?

GÜLNAR: – Hə.

SƏRXAN: – Qızım, nə üçün,

Çöhrənə qəm qonub, qəmginsən bu gün?

Gözümün işığı axı bu gün sən,

Deyib-gülməlisən, şənlənməlisən!

Aylarla, illərlə çəkdiyin həsrət,

Qızım, şükür bitir bu gün nəhayət!



(Gülnarın saçını tumarlayır)

Böyük qızsan, uşaq deyilsən ki, sən!



(Gülnar başını Sərxanın çiyinlərinə qoyub onu qucaqlayır və hön­kürün ağlayır)

GÜLNAR: – Heç nə bilməyəydim kaş bu haqda mən,

Xəbərsiz olaydım bu hadisədən!

Dərd-qəm saxlayaydı qəlbimdə məskən,

Xəyal pis elədi gərək o, bayaq,

Yalan danışardı ancaq və ancaq!

Düz danışmayaydı kişiyə gərək,



(Sərxan Gülnarın başını çiynindən qaldırıb cibindən bir dəsmal çıxardıb onun göz yaşlarını silir)

SƏRXAN: – Uşaq deyilsən ki, ağlama görək!

Qızım, uşaq kimi bəsdir ağladın,

Bizim qəlbimizi belə dağladın!

Bir də sən ağlama yaxşı ay quzum?



YASƏMƏN: – Hə, atan düz deyir mənim gül qızım.

GÜLNAR: – Yox, mən istəmirəm! Xəyal dur zəng vur,

De ki, gəlməsinlər! (Xəyal durmaq istəyir)



YASƏMƏN: – Oğlum bir otur.

Gülnar yaxşı-yaxşı fikirləş özün,

Qoy razılıq olsun sənin son sözün!

Onlarla görüşə atan da, mən də,

Razıyıq ay qızım, razı ol sən də!

Məktubu oxuduq atanla birgə,

Heç kimdə günah yox, nənəndən özgə.

O vaxt cavanıymış atanla anan,

Bununçün olublar odlarda yanan!

Elə düşünmə ki, bu gündən sonra,

Səni atacayıq biz bir kənara!

Yox qızım, ömrümüz çatınca sona,

Bizi tapşırınca lap qəbristana,

Doğmasan, əzizsən sən bizə Gülnar!

Məncə görüşsən bu lap yaxşı olar!

SƏRXAN: – Bizim hər ikimiz razıyıq buna,

Qoy vida deyilsin bu gün hicrana!

Onlarla görüş ki, ay qızım tanı,

Sən doğma ananı, doğma atanı!



GÜLNAR: – Siz razısınızsa razıyam mən də!

SƏRXAN: – Sağ ol mənim ömrüm. (qapının zəngi çalınır)

XƏYAL: – Onlardı yəqin!

(gedib qapını açır. İsmayıl əminin səsi eşidilir)

İSMAYIL ƏMİ: – Gəlmək olar?

XƏYAL:–Olar. Buyurun gəlin.(İsmayıl əmi, İlham və Xa­vər və Xəyal gəlirlər. İlhamla Xavərin gözləri Gülnara sataşır. Sər­xan, Yasəmən və Gülnar ayağa dururlar) Siz xoş gəlibsiniz.

İLHAM: – Sağ olun.

İSMAYIL ƏMİ: – Salam.

SƏRXAN: – Ay əleykə-salam ağsaqqal. (görüşüb-öpü­şür­lər və keçib əyləşirlər)

İSMAYIL ƏMİ: – İlham,

İndi yeznəmizə qoy verək sözü,

Qoy bir-birimizə tanıtsın bizi.

Mən söz deməsəm də çox yəqin ki, siz,

Biz kimik siz bunu hiss etməlisiniz?

(əli ilə göstərir)

Bu bizim İlhamdı, bu isə Xavər,

Gülnarın atası, anasıdırlar.

Yəqin sorarsınız ki, bəs kimsən sən?



(əli ilə İlhamı göstərir)

Bunun atasının əmisiyəm mən.

Adım İsmayıldır.

SƏRXAN: – Çox gözəl.

İSMAYIL ƏMİ: – Xəyal,

Əgər yoxsa bizə özgə bir sual,

Tanış etmək üçün sən sözə başla.

XƏYAL (əli ilə göstərərək):

Bu Sərxan əmiylə Yasəmən xala,

Dörd-beş günlüyündən indiyə qədər,

Gülnarı saxlayıb böyüdübdülər.

Necə saxlayıblar bu sığmaz sözə.

XAVƏR (ağlayaraq): –Allah məni qurban eləsin sizə!

YASƏMƏN (doluxsanaraq): – Elə demə bacı, danış əməlli!

XƏYAL: – Bu isə Gülnardı

XAVƏR (özündən asılı olmayaraq ayağa durur): –

Gülnardı?!



XƏYAL: – Bəli.

(İlham da Xavərlə ayağa durub Gülnarı qucaqlayıb onu öpə-öpə ağ­layırlar. Gülnar, Yasəmən, Sərxan, Xəyal və İsmayıl əmi də ağ­layır)

XAVƏR: – Gülnar, nənəndədir bütün günahlar,

Bağışla sən bizi qızım, nə olar?!



İLHAM: – Bağışla sən bizi, bağışla Gülnar,

Qızım günahkarıq, hər vaxt günahkar!



(pərdə)
SON

17.08.1996 – 3.09.1997





Azərbaycan xalq nağılı əsasında yazılmış

1 hissəli, 2 pərdəli, 7 şəkilli mənzum dram

Əsər ilk dəfə 2007-ci ildə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatırında tamaşaya qoyulmuşdur.




İŞTİRAK EDƏNLƏR
1. Nəbi – varlı kişi.

2. Arvad – Nəbibin arvadı.

3. Çoban – Nəbibin çobanı,

4. Təpəgöz – Nəbibin övladlığa götürdüyü oğlu.

5. İmran – Təpəgözün əlindən qacan kənd əhli.

6. Qəmər xanım – İmranın qızı.

7. İsgəndər – Qəmər xanımın oğlu.

8. Şir – İsgəndərə analıq edib süd ilə böyüdən.

9. Kişi – Əjdahaya dönən qaranlıq dünyanın sahibi.

10. Qoca – qaranlıq dünyaya düşən Yəmən padşahın oğlu.

11. Zümrüd quşu–qaranlıq dünyada qanadları qandallanmış quş.


I pərdə, I şəkil
Şiş dağının ətəyi. Nəbi kişi ilə arvadı dağın ətəyindədirlər. Bir az aralıda çoban tütəyini çalıb qoyun-quzularını otarır. Nəbi çox fikirli və kefsiz halda gah tütün dolu müşdüyünü somurur, gah da sağa-sola gedib-gəlir.

ARVAD: – O, dəvəsi ölmüş ərəblər kimi,

Yenə doldurubsan çöhrənə qəmi.

Qəmli görünürsən ay kişi yenə,

Qadan alım, axı nə olub sənə?



NƏBİ: – Heç nə olmayıbdı, qorxma ay arvad,

Bir azca kefsizəm olma narahat.



ARVAD: – Yox, əl çəkməyəcəm mən səndən kişi,

Bilməliyəm səni üzən hər işi.

Mənə etməlisən dərdini agah,

Gərək ki, bir gülüb, bir də çəkək ah.



(Nəbi müşdüyünü somurub söndürür və arvadının yanına gəlir)

NƏBİ: – Arvad, ağrım-acım agahdır sənə,

Axı biz Tanrıya nə etmişik, nə?!

Olsada həyatda hər imkanımız,

Çoxlu qızılımız, mal-heyvanımız.

Ancaq biz yatan vaxt qara torpaqda,

Kim od qalayacaq bizim ocaqda?! (hirslə)

Kim yandıracaqdı çırağımızı?!

Kim saxlayacaqdı var yoxumuzu!

Bəs niyə gecəmiz dönüb gündüzə!

Tanrı şil övladda vermədi bizə!



ARVAD (kefsiz halda): –Darıxma ay kişi darıxma, yenə,

Şükür deyək Tanrı məsləhətinə!

Yəqin ki, Tanrının pis bəndəsiyik,

Məsləhət onundur, nə edəsiyik?

Artıq günortadır dur gedək evə,

Sonra qayıdarsan sən bu tərəfə.



Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin