MühaziRƏ – 10 relyefin su eroziya və su akkumulyasiya formalari


ç a y   t e r r a s l a r ı



Yüklə 445,23 Kb.
Pdf görüntüsü
səhifə13/20
tarix28.04.2022
ölçüsü445,23 Kb.
#115581
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
Geomorfologiya - Muhazire 10

ç a y   t e r r a s l a r ı   deyilir. 

 

Çay terrasları relyefin erozion formalarının əsas elementlərindən biri olub, onun 



inkişaf tarixinin və yeni tektonik hərəkətlərin öyrənilməsində mühüm rol oynayır. 

 

Pliosen və postpliosen (dördüncü dövr) terraslar üzrə beynəlxalq komisiyanın 



tərifinə  görə,  terras,  axarsuyun  sahilə  təsiri  nəticəsində  əmələ  gələn  allüvial 

çöküntülərin və  ana süxurların erozion səthinə uyğun olan düz sahələrdir.  

 

Rus  geomorfoloqlarının  fikrincə,  terraslara  verilən  bu  tərif  düzgün  deyil.  Bu 



tərifə əsasən terras adı altında relyef forması deyil, yalnız üfüqi səth başa düşülür.  

 

İ.S.Şukinə görə terras başqa relyef formaları kimi üç ölçü ilə (en, uzunluq və 



hündürlük) müəyyən edilməlidir. 

 

Dərənin  inkişaf  tarixində  terras  çöküntülərinin  böyük  əhəmiyyəti  vardır.  Ona 



görə də İ.S.Şukin yamacda pillə təşkil edən düz səthi ondan aşağıda yerləşən növbəti 

pillənin  yamacı ilə birlikdə terras adlandırmağı təklif edir. 

 

S.S.Şulsun,  terrasın  səthi  ilə  ondan  aşağıda  yerləşən  pillə  yamacını  müxtəlif 



yaşlı  hesab  edərək,  bir  terrasa  daxil  etməməsi  haqqındakı  fikri  yanlışdır.  Terrasın 

əmələ gəlməsi onun səthinin formalaşması ilə başlayır və pillə yamacının yaranması 

ilə qurtarır. 

      Bəzi müəlliflər (S.S.Sobolev və başqaları) çay dərəsində müşahidə edilən bütün 




pillələri  terras  adlandırılar.  Bu  düzgün  deyil.  Yalnız  mənşəyi  çayın  erozion  və 

akkumulyativ fəaliyyəti ilə əlaqədar olan pillələr terras adlana bilər. 

 

Buna  müvafiq  olaraq  dəniz  və  göllərin  sahilində  müşahidə  edilən  pillələrdən 



yalnız mənşəyi dalğalanma proseslərinin fəaliyyəti ilə əlaqədar olan pillələr terras 

adlana bilər. 

 

Çay dərəsinin  yamaclarında yerləşən  və  morfoloji cəhətdən terrasa bənzəyən, 



lakin  mənşə  etibarilə  ondan  fərqlənən  pillələrə  isə  psevdoterras,  yaxud  yalançı 


Yüklə 445,23 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin