MühaziRƏ – 10 relyefin su eroziya və su akkumulyasiya formalari



Yüklə 445,23 Kb.
Pdf görüntüsü
səhifə14/20
tarix28.04.2022
ölçüsü445,23 Kb.
#115581
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
Geomorfologiya - Muhazire 10

terras deyilir. 

 

Psevdoterras aşağıda göstərilən yollarla əmələ gəlir: 



 

1)  Çay  dərəsinin  yamacında  çayın  fəaliyyət  zonasından  kənarda  üzə  çıxan, 

üfüqi  yatmış  və  denudasiyaya  müxtəlif  dərəcədə  davamlı  layların  növbələşməsi 

şəraitində  onların  terrasabənzər  səth  əmələ  gətirməsinə,  bunlara  struktur  terras 

deyilir. 

 

2) Sürüşmələr nəticəsində çay dərəsi yamacında pillələrin əmələ gəlməsi. 



 

3)  Çayın  qollarının  əsas  dərəyə  çıxarkən  yaratdığı  gətirmə  konusunun 

yuyulması nəticəsində yalançı terrasların əmələ gəlməsi. 

 

  4) Buzlaşmaya məruz qalmış dağlarda morenlərin dərə yamaclarında çökərək 



düz səthlər, pillələr əmələ gətirməsi. 

 

İndi əsl çay terraslarının morfoloji cəhətdən quruluşunu izah etməyə qayıdaq. 



Terrasların  bir  qismində  ana  süxurlar  üzə  çıxaraq  onların  səthini  əmələ  gətirir. 

Onların üstü nazik elüvial, arxa hissəsi isə delüvial çöküntülərlə örtülü olur. Bu cür 

terraslar  ana,  yaxud  erozion  terras  adlanır  və  adətən,  dağlıq  ərazidə  müşahidə 

edilərək terras pillələri sırasında ən yüksək vəziyyəti tutur. 

 

Terraslar çox  vaxt yaxşı çeşidləşmiş  və  laylaşmış çay çöküntüləri  ilə örtülür. 



Bu  çöküntülər  dağ  çaylarında  adətən,  qum  və  gillicə  ilə  sementləşmiş 

çaqıldaşılardan, düzənlik çaylarında isə gillicə və qumlardan ibarət olur. Göstərilən 

çöküntülər çayın akkumulyativ fəaliyyəti ilə əlaqədar olub, allüvium adlanır. Bəzən 

bunların tərkibində üzvi qalıqlarla zəngin olan axmaz allüvium linzalarına da təsadüf 

edilir. Bu cür terraslar allüvial terraslar adlanır. Bütünlüklə allüvium ilə  

təşkil  olunan  terraslara  akkumulyativ  və  alt  hissədə  səthi  eroziya  nəticəsində 

hamarlanmış  ana  süxurlardan,  üstü  isə  allüviumdan  təşkil  olunmuş  terraslara  isə 


Yüklə 445,23 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin