MühaziRƏ – 10 relyefin su eroziya və su akkumulyasiya formalari



Yüklə 445,23 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix28.04.2022
ölçüsü445,23 Kb.
#115581
1   2   3   4   5   6   7   8   9   ...   20
Geomorfologiya - Muhazire 10

eroziya deyilir.  

E r o z i y a   b a z i s i 

 

 

Axar  sular  bir  sahədə  eroziya,  o  biri  sahədə  isə  akkumulyasiya  işi  aparmaqla 



tədricən  öz  yatağının  meyilliyini    bütün  dərə  boyunca  bərabərləşdirir.  Meyillik 

bərabərləşdikcə çay yatağının özü də tədricən düzəlməyə və çayın daşıma qüvvəsi 

də tənzimləşməyə başlayır. 

 

Çayda axan su səthinin uzununa profili hamar olsa da, çay yatağı dibinin  profili 



axımın turbulent xarakter daşımasından, yatağın bəzi sahələrində müşahidə  

edilən  köndələn axının təsirindən  və başqa səbəblərdən asılı olaraq çox  mürəkkəb 

quruluşa malikdir. 

 

Çayın uzununa profilinin hipsometrik cəhətdən ən alçaq  yerinə eroziya bazisi 



deyilir.  Meyillik,  eroziya  bazisindən  aşağıdakı  dəyişilmir  və  çay  öz  eroziya 

qabiliyyətini itirir. Eroziya bazisi tamamilə müxtəlif  xarakterli olub, bir çayın başqa 

bir  çaya  töküldüyü,  yaxud  çayın  gölə  və  dünya  okeanının  hər  hansı  bir  dənizinə 

töküldüyü yerə müvafiq gələ bilər. Dünya okeanı və onun ayrı-ayrı hissələrini  təşkil 

edən  dənizlərin  səviyyəsi  əsas,  mütləq  və  ümumi  eroziya  bazisi  adlanır,  onların 

yüksəkliyi  daimi  bir  yüksəklik  kimi  qəbul  olunur.  Lakin  qeyd  etmək  lazımdır  ki, 

uzun geoloji dövr ərzində dünya okeanının səviyyəsi iqlimin dəyişməsi nəticəsində 

və tektonik səbəblərdəən asılı olaraq dəyişə bilər.  

 

Ümumi eroziya bazisindən əlavə hər bir çayın hövzəsində yerli eroziya bazisi 



də  var.  Yerli  eroziya  bazisi  bir  çayın  başqa  bir  çaya,  yaxud  çay  yatağı  boyunca 

yerləşmiş  gölə  töküldüyü  yerlər  ola  bilər.  Yerli  eroziya  bazisi  müvəqqəti  xarakter 

daşıyır.  Onun  səviyyəsi  vaxt  keçdikcə  eroziya  və  akkumulyasiya  proseslərinin 

inkişafı nəticəsində dəyişə bilər. 

 

Yerli eroziya bazisi, çay yatağında səthə çıxan möhkəm süxurlar, çay dərəsini 



köndələninə kəsib keçən və qalxmaqda olan  cavan antiklinal qırışıqların yerləşdiyi 

sahə də ola bilər. Beləliklə, çayın yatağı boyunca bir neçə yerli eroziya  bazisi olur. 

Adətən,  yerli  eroziya  bazisindən  yuxarıda  akkumulyasiya,  aşağıda  isə  eroziya 

prosesləri maneəni kəsib akkumulyasiya sahəsinə çatır və burada akkumulyasiyanın 

eroziya ilə əvəz olunmasına səbəb olur. 

 

Çayın  eroziya  bazisinin  mənsəbdən  yuxarıda,  yaxud  aşağıda  yerləşməsi  çay 



suyunun  miqdarından,  axım  sürətindən  və  həmçinin  sahil  zonanın  tektonik 

rejimindən asılıdır. 




 

Yuxarıda  qeyd  olunduğu  kimi,  çay  bir  sahədə  eroziya,  o  biri  sahədə  isə 

akkumulyasiya fəaliyyətində olduğu üçün öz yatağının uzununa profilini bütün dərə 

boyunca  tədricən  düzəltməyə  və  qırıntı  məhsullarını  daşımaq  qabiliyyətini 

tənzimləməyə çalışır. Əgər çay buna nail olarsa, əmələ gələn uzununa profil normal, 

yaxud  da  tənzimlənmiş  profil  adlanır.  Əslində  isə  təbiətdə  normal  profilə  təsadüf 

edilmir. 

 

Çay dərəsində və hövzəsində iqlimin, tektonikanın, süxurların litoloji tərkibinin 



və s. daima dəyişkənliyi  ilə  əlaqədar olaraq  yatağın  uzununa profili də müvafiq 

dəyişikliklərə uğrayır. Ona  görə də normal profil  geomorfoloji  ədəbiyyatda  yalnız 

nəzəri bir anlayış olaraq qalır.  

 

İqlimin, tektonik hərəkətlər nəticəsində çay hövzəsi hipsometrik səviyyəsinin, 



maye  və  sülb  axımının,  eroziya  bazisi  və  ərazinin  meyilliyinin  daima  dəyişməsi 

reqressiv eroziya və qovuşmalara səbəb olur ki, bu da uzununa profilə təsir edir. Ona 

görə də çayların uzununa profili, adətən, rəvan olmur. Bir yerdə yatağın meyli çox, 

başqa yerdə isə az olur.  

 

Bəzi müəlliflər hamarlanmış və rəvan uzununa profili (normal profili) çayın son 



profili  kimi  qəbul  edərək,  onun  yaranmasından  sonra  çayın  eroziya  qabiliyyətini 

tamamilə  itirməsini  söyləyirlər.  Əslində  isə  normal  profil  yaransa  da  çay  ağırlıq 

qüvvəsinin təsiri ilə axmaqda davam edə bilər və buna görə də müəyyən dərəcədə 

eroziya fəaliyyətində olar. 

 

Çayın profilinin inkişafını üç mərhələyə ayırmaq olar: 1)hamarlanmamış profil, 



2) hamarlanmış profil (normal profil), 3) son profil  

 

Çayların uzununa profilinin formalaşmasında əsas rol oynayan amillərdən biri 



də  eroziya  bazisi  səviyyəsinin  dəyişməsidir.  Geomorfologiya  elminin  bu  vacib 

məsələsi  indiyə  kimi  mübahisəli  qalır.  Əvvəllər  belə  təsəvvür  edilirdi  ki,  eroziya 

bazisi  səviyyəsinin  açağı  düşməsi  çayın  öz  mənsəbindən  başlayaraq  dərininə 

kəsilməsinə  və  bu  prosesin  tədricən  axın  yuxarı  yayılmasına  səbəb  olur.  Lakin 

dərininə  kəsilmənin  kəmiyyəti  çay  yuxarı  getdikcə  azalır.  Bu  nəzəriyyə 

söylənilərkən  yerli  eroziya  bazisi,  çayların  yataqlarında    üzə  çıxan  möhkəm 

süxurların  rolu  nəzərə  alınmamışdır.  Əslində  isə  möhkəm  süxurlar  axın  yuxarı 

yayılmaqda  olan  dərinlik  eroziyasını,  çayın  mənsəbində  tamamilə  əks  rejimin 

yarandığı  dövrə  qədər  ləngidə  bilər,  yaxud  da  tektonik  hərəkətlər  bu  dövr 

müddətində  uzununa profili  formalaşdıran  proseslərin tamamilə başqa istiqamətdə 

hərəkət etməsinə səbəb olar.  

 

N.N. Makkoveyevin fikrincə, eroziya bazisinin dəyişməsi ilə dərinlik eroziyası 



arasında birbaşa əlaqə yoxdur. Onun fikrincə eroziya bazisinin aşağı düşməsi o vaxt 

dərinlik eroziyası  ilə  nəticələnir ki, dəniz  və  göl suyunun altından çıxmış  ərazinin 

ümumi  meyli  çayın  orta  axımındakı  meylindən  2-3  dəfə  artıq  olsun.  Əgər  meyl 



bundan az olarsa, dərinlik eroziyası  yalnız  mənsəbə  yaxın olan sahədə  yayılmaqla 

məhdudlaşır. 

 

Eroziya  bazisinin  qalxmasının  çayın  uzununa  profilinə  təsiri  məsələsi  daha 



mürəkkəbdir.  Bu  da  tamamilə  bir-birinin  əksi  olan  nəzəriyyələrin  meydana 

çıxmasına  səbəb  olmuşdur.  Eroziya  bazisinin  qalxması  iki  səbəbdən  ola  bilər:  1) 

çayın  töküldüyü  su  hövzəsi  səviyyəsinin  qalxması,  2)  bütün  çay  hövzəsinin  eyni 

vaxtda və eyni dərəcədə çökməsi. 

 

K.K.Markov  göstərir  ki,  eroziya  bazisinin  qalxması  ilə  əlaqədar  olaraq  çayın 



uzununa  profilinin  formalaşmasından  meydana  çıxan  dəyişikliklər  onun  yuxarı 

axınınadək  çatmır.  Eroziya  bazisinin  qalxmasının  dağ  çaylarına  təsiri  düzənlik 

çaylarına nisbətən daha azdır. 

 

İ.S.Şukin  göstərilən  müəlliflərdən  fərqli olaraq qeyd edir ki, çay suları bütün 



çay boyunca dinamik cəhətdən  müvazinətləşmiş vahid bir sistem təşkil etdiyindən 

onun  hər  hansı  bir  sahəsində  baş  verən  hadisə  başqa  sahələrdə  də  öz  təsirini 

göstərməkdədir. Çayın yatımı və axımın sürəti nə qədər zəif olsa, bir o qədər bu təsir 

böyük olacaqdır. 

 

Eroziya  bazisinin  qalxması  çayın  aşağılarında  akkumulyasiya  proseslərinin 



güclənməsinə və bu proseslərin tədricən axın yuxarı qalxmasına  

səbəb olur. 




Yüklə 445,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin