MühaziRƏ – 10 relyefin su eroziya və su akkumulyasiya formalari



Yüklə 445,23 Kb.
Pdf görüntüsü
səhifə5/20
tarix28.04.2022
ölçüsü445,23 Kb.
#115581
1   2   3   4   5   6   7   8   9   ...   20
Geomorfologiya - Muhazire 10

p r o l ü v i u m  adlanır. Bu çöküntülər relyefdə, adətən, gətirmə konusları, yaxud 

da  dağətəyi  şleyflər  əmələ  gətirir.  Allüvial  çöküntülər  prolüvial  çöküntülərdən 

onunla fərqlənir ki, prolüvial çöküntülərdə qranulometrik və laylaşma cəhətdən pis 

çeşidləşmə gedir. Qeyd etmək lazımdır ki, prolüvial çöküntülərdə çeşidləşmə üfüqi 

istiqamətdə müşahidə edilir. Konusların zirvələrinə yaxın sahələrdə ən iri qırıntılar, 

kənarlara getdikcə xırda məhsullar, lap kənarlarda isə gillicə çökür. Relyefin inkişaf 

tarixində  ərazinin  tektonik  hərəkətləri  rejiminin  dəyişməsilə  əlaqədar  olaraq, 

konusların  zirvəsi  gah  dağlara  doğru  soxulur,  gah  da  dağ  ətəklərindən  uzaqlaşır. 

Buna  görə  də  konusların  çöküntülərində  təbəqələşmə  izləri  müşahidə  edilir. 

Konusların  zirvələri  dağlara  soxulduğu  dövrdə  daha  iri  məhsulların  xırda 

məhsullarla,  dağların  uzaqlaşdığı  dövrdə  isə  xırda  məhsulların  iri  məhsullarla 

örtülməsi müşahidə edilir. 

 

Eroziya və akkumulyasiya prosesləri, zaman və məkan cəhətcə bir-birini əvəz 



edir. Ona görə yer üzərində elə bir geomorfoloji kompleks tapmaq olmaz ki, orada 

bu  proseslərdən  biri  inkişaf  etmiş  olsun.  Lakin  bəzi  yerdə  eroziya,  bəzisində  isə 

akkumulyasiya prosesləri üstünlük təşkil edir. Dağlıq ölkələrdə eroziya prosesləri və 

erozion relyef formaları geniş yayılmışdır. Lakin burada akkumulyasiya proseslərinə 

və akkumulyativ relyef formalarına (allüvial terras, gətirmə konusları və s.) təsadüf 

edilir.  Əgər  axar  sular  dağlardan  və  yüksəkliklərdən  yuyub  gətirdiyi    qırıntı 

məhsullarını  bütünlüklə  quruda  çökdürsəydi,  yer  üzərində  akkumulyativ  relyef 



formaları  üstünlük  təşkil  edərdi.  Əslində  isə  bu  qırıntı  məhsullarının  çox  hissəsi 

çaylar vasitəsilə okean və dənizlərə aparılaraq, çökmə süxurları əmələ gətirir. Ona 

görə də quruda erozion relyef formaları daha geniş yayılıb. 

 

Bitki  örtüyü  zəif,  süxurlar  isə  aşınmaya  davamsız  olduqda,  çoxlu  qırıntı 



məhsulu toplanır. Əgər yamaclar dik olarsa, yağışlar leysan xarakteri və qar örtüyü  

intensiv  surətdə  əriməyə  başlayırsa  toplanmış  qırıntı  məhsulları  və  palçıqlı-daşlı 

axınların yaranmasına səbəb olur. Kənd təsərrüfatında yamaclardan düzgün istifadə 

edilməsi və bitki örtüyünün məhv edilməsi bu hadisələr daha da qüvvətləndirir. Bu  

axınlar  ümumi  yarğan  və  dərələrdə  birləşərək  sel,  sil,  mur  adları  ilə  məşhur  olan 

axınlar əmələ gətirir. 




Yüklə 445,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin