MühaziRƏ – 10 relyefin su eroziya və su akkumulyasiya formalari



Yüklə 445,23 Kb.
Pdf görüntüsü
səhifə12/20
tarix28.04.2022
ölçüsü445,23 Kb.
#115581
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
Geomorfologiya - Muhazire 10

Subasarın relyefi 

 

 

 İnkişaf  etmiş  çay  dərəsi  dibinin  yastı  və  daşqın  zamanı  su  basan  hissəsinə            



s u b a s a r  deyilir. Subasar düzənlik çaylarında çox geniş sahələr tutur. Məsələn, 

Volqa çayı subasarının eni orta axınında 15-20 km, aşağı axınında isə 30-40 km-ə 

çatır. Subasarın eni, adətən, çayın mənsəbi istiqamətində artır. Lakin bu artım qeyri-

bərabər olur. Enli və dar sahələr bütün dərə boyu bir-biri ilə növbələşir.  Bu başlıca 

olaraq  çay  dərəsini  təşkil  edən  ana  süxurların  litoloji  tərkibindən,  ərazinin  geoloji 

quruluşundan və relyefin ümumi meyilliyindən asılıdır. 

 

İlk  baxışda  subasarın  səthi  düz  görünür.  Əslində  isə  onun  səthi  mikrorelyef 



formaları ilə mürəkkəbləşdirilmişdir. 

 

Böyük  düzənlik  çaylarında  subasar  üç  hissədən  ibarət  olub  hər  hissəsi  kənar 



tərəfdən sahil qum tirələri və valları ilə haşiyələnir.  

 

Subasar  ilə  birinci  terrasda  əksər  hallarda  axmazlar  yerləşir.  Meandr 



mahmızının  qırılması  və  köhnə  yatağın  çay  tərəfindən  tərk  edilməsi  nəticəsində 

əmələ  gələn axmazlar ilk axmaz, çay  yatağının qədim qollarından birinin  yerində 

əmələ gələn axmaz isə relikt axmaz adlanır. 



 

Vaxt keçdikcə axmaz çökəklikləri subasar allüviumun gillicəli çöküntüləri ilə 

dolur  və  subasarın  səthi  ilə  bərabərləşir.  Yataq  öz  vəziyyətini  demək  olar  ki,  heç 

dəyişmədiyindən  akkumulyasiya  getdiyi  zaman  yataqyanı  vallar  və  tirələr  əmələ 

gəlir ki, bunlar da birləşərək tirəli subasar əmələ gətirir. Bu cür subasarlara Dnepr, 

Oka  və  b.  çay  dərələrinin  daraldığı  sahələrində  və  Kür,  Araz,  Terek,  Kuban 

çaylarının  aşağılarında  təsadüf  edilir.  Bu  sonuncu  çaylarda  yataqyanı  tirələrin 

tədricən  təkamülü  və  yatağın  özündə  akkumulyasiya  getməsi  nəticəsində  çayın 

yatağı ətraf sahəyə nisbətən bir qədər hündürdə olur, daşqınlar zamanı su yataqyanı 

tirələri yararaq, ətraf düzənlikləri basır və bu sahələrin bataqlıqlaşmasına səbəb olur. 

 

Təsvir  edilən  subasarlar,  adətən,  düzənlik  çayları  üçün  xarakterikdir.  Dağ 



çaylarında isə eroziya fəaliyyəti  çox  qüvvətli  olduğundan  subasar  ya  heç  əmələ  

gəlmir, ya da parça-parça gah bir, gah da digər sahildə dar zolaq şəklində müşahidə 

edilir. Çaylar dağlarda yalnız geniş sinklinal depressiyalarda axdığı yerlərdə geniş 

subasar  əmələ  gətirir.  Məsələn,  Araz  çayı  Naxçıvan  və  aşağı  Araz  çökəkliklərini 

keçdiyi  yerdə  bəzən  eni  bir  neçə  kilometrə  çatan  subasar  əmələ  gətirir.  Belə 

sahələrdə dağ çayları, adətən, bir neçə qola ayrılaraq axır və bəzən meandrlar əmələ 

gətirir.     

                                          Ç a y   t e r r a s l a r ı 

 

Hər  hansı  bir  çay  dərəsinin  köndələninə  profilinə  nəzər  yetirsək,  onların 



yamaclarında  pillə  şəklində yerləşmiş  düz  səthləri  görə  bilərik. Bu düz  səthlərə 


Yüklə 445,23 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin