MühaziRƏ – 10 relyefin su eroziya və su akkumulyasiya formalari


Eroziya  bazisinin  dəyişməsi



Yüklə 445,23 Kb.
Pdf görüntüsü
səhifə17/20
tarix28.04.2022
ölçüsü445,23 Kb.
#115581
1   ...   12   13   14   15   16   17   18   19   20
Geomorfologiya - Muhazire 10

Eroziya  bazisinin  dəyişməsi.  Bu  hadisənin  çay  dərələrinin  inkişafına  təsiri 

haqqında yuxarıda danışıldığından burada bəhs edilmir 

 

Tektonik hərəkətlər öz xüsusiyyətlərindən asılı olaraq  terrasların morfologi- 

yasına müxtəlif dərəcədə təsir edir. Hövzənin bütünlüklə və eyni tərzdə qalxması, 

eroziya  bazisinin  alçalması,  eroziya  proseslərinin  güclənməsinə  və  eroziyanın 

reqressiv olaraq mənsəbdən mənbəyə yayılmasına səbəb olur. 

 

Tektonik hərəkətlər ritmik xarakter daşıdıqda terraslar əmələ gəlir. Hərəkətlərin 



zəiflədiyi  vaxt  akkumulyasiya  prosesləri  üstünlük  təşkil  edir  və  terras  səthinin 

çöküntüləri  əmələ  gəlir,  hərəkətlər  gücləndikdə  isə  çay  dərində  kəsilərək  terras 

pilləsi yamacının əmələ gəlməsinə səbəb olur. 

 

Çayın  mənbələri  daha  intensiv  qalxarsa  və  tektonik  hərəkətlər  axın  aşağı 



tədricən zəifləyərsə, terrasların nisbi yüksəkliyi də bu istiqamətdə azalır və çox vaxt 

mənsəbə  yaxın  yerdə  onların  səthi  bir  səviyyədə  birləşir.  Əgər  eyni  vaxtda  çayın 

mənsəbi çökməyə qalarsa, daha qədim terrasların səthi cavan terras çöküntüləri ilə 

örtülür. 

 

Çayın bütün hövzəsi qalxdığl  zaman, qalxma amplitudu  mənsəbdə daha çox- 




dursa, çayın dərininə kəsilməsi aşağılarda başlayıb tədricən yuxarılara doğru artır. 

Ona  görə  də  terrasların  maksimal  yüksəkliyi  mənsəbə  yaxın  sahələrdə  yerləşir  və 

çay yuxarı yavaş-yavaş alçalaraq yox olur.  

 

Çay  dərəsi  qalxmaqda  olan  antiklinal  və  çökməkdə  olan  sinklinal  qırışıqlar 



vasitəsilə  köndələninə  kəsilərsə,  çay  terrasları  deformasiyaya  uğrayır.  Sinklinal 

sahədə intensiv akkumulyasiya gedir, dərinlik eroziyasını yan eroziya əvəz edir, dərə 

genişlənir  və  çox  vaxt  daha  qədim  terraslar  cavan  allüvial  çöküntülərlə  örtülür. 

Antiklinal  qırışıq  sahələrdə  isə  dərinlik  eroziyası  güclənir,  yan  eroziya  çox  zəif 

gedir, dərə daralır. Möhkəm süxurlar üzə çıxarsa, astanalar və şəlalələr əmələ gəlir. 

Terraslar burada maksimal yüksəkliyə malik olub çay aşağı və yuxarı alçalır.  

 

Dərəni  kəsib  keçən  tektonik  pozulmalar  da  terrasların  quruluşuna  və 



yüksəkliyinə təsir edir. 

 

Çay  dərələrinin  geomorfoloji  quruluşunun  ən  maraqlı  məsələlərindən  biri  də 



onların  getdikcə  daralmasıdır.  K.Kayzer,  A.Zupan,  V.M.Devis  və  başqalarının 

fikrincə  çay dərinləşdikcə onun enerjisi  tədricən uzanan yüksək yamaclardan gəti- 

rilən  çoxlu  qırıntı  məhsulların  aparılmasına  sərf  edilir.  Buna  görə  də  çayda  yan 

eroziya zəifləyir və o öz dərəsini genişləndirə bilmir. 

 

İ.S.Şukin yuxarıdakı alimlərin fikrini rədd edərək göstərir ki, bu hal bütün çay 



dərələri  üçün  bir  qanun  ola  bilməz.  Bəzən  yeni  əmələ  gələn  dərənin  eni  qədim 

dərəninkindən  artıq  olur.  Belə  olduqda  qədim  dərənin  allüvial  dibi  bütünlüklə 

yuyulur  və  onun  izi  relyefdə  heç  qalmır.  Yeni  əmələ  gəlmiş  dərə  qədim  dərəyə 

nisbətən dar olarkən terraslarda müşahidə edilmir. Bəzən isə Ber-Babine qanununa 

əsasən və litoloji-tektonik səbəblərdən çay qədim dərənin allüvial dibini bir tərəfdən 

terras şəklində qoyaraq, o biri sahilə miqrasiya edir və yeni dərə bu sahilin yamacının 

yuyulması nəticəsində əmələ gəlir. 

 

Birbaşa dənizə və gölə tökülən çayların terrasları öz mənsəblərində həmin dəniz 



və göllərin terrasları ilə uzlaşır. Belə olduqda çöküntülərində dəniz faunası qalıqları 

olan  dəniz  terrasları  vasitəsilə  çay  terraslarının  və  onların  vasitəsilə  də  çayın  

yuxarılarında  müşahidə edilən başqa erozion relyef  formalarının ( düzəlmə  

səthlərinin,  morenlərin  və  başqa  buzlaq  relyef  formalarının  və  s.)  yaşı  müəyyən 

edilir. Bu,  ərazi relyefinin inkişaf tarixini öyrənmək məsələsini xeyli asanlaşdırır. 

 

Yuxarıda söylənənlərdən göründüyü kimi, çay dərələrinin geomorfolji quruluşu 



və inkişaf tarixi çay şəbəkəsinin inkişaf xüsusiyyətləri, iqlimin dəyişkənliyi, tektonik 

hərəkətlər və çayların töküldüyü okean, dəniz və göllərin səviyyəsinin tərədüdü ilə 

əlaqədardır. 

 

 



 

 




Yüklə 445,23 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin