Dərələrin asimmetrikliyi
Yamacları müxtəlif meyilliyə və quruluşa malik olan dərələrə asimmetrik
dərələr deyilir. Dərələrin asimmetrikliyi sahənin geoloji quruluşunun, səthə çıxan
süxurların litoloji tərkibinin, yamaclarda gedən denudasiya proseslərinin və çayın
özünün eroziya fəaliyyətinin müxtəlifliyi ilə müəyyən edilir.
Dərələrin asimmetrikliyinə birinci dəfə 1763-cü ildə M.V.Lomonosov diqqət
yetirmişdir. Rus alimi P.Palles Rusiyaya səyahətindən sonra qeyd edir ki, Volqa,
Ob, Yenisey, Lena və başqa çayların sağ sahilləri dik və hündür, sol sahilləri isə
alçaq və meyillidir.
1789-cu ildə fransız mühəndis-hidroloqu De-Lombardi Normandiyada apardığı
müşahidələr nəticəsində müəyyən edir ki, yağış gətirən küləklərin istiqamətinə
perpendikulyar axan çayların küləkdöyən yamacları dik, əks yamacları isə
meyillidir.
XIX-XX əsrlərdə çay dərələrinin asimmetrikliyinə aid bir sıra nəzəriyyələr
söylənilmişdir ki, bunları da aşağıdakı qruplara bölmək olar: 1)planetar, 2)iqlim,
3)struktur, 4)topoqrafik və 5)hidrodinamik.
Dostları ilə paylaş: |