MühaziRƏ – 10 relyefin su eroziya və su akkumulyasiya formalari



Yüklə 445,23 Kb.
Pdf görüntüsü
səhifə2/20
tarix28.04.2022
ölçüsü445,23 Kb.
#115581
1   2   3   4   5   6   7   8   9   ...   20
Geomorfologiya - Muhazire 10

eroziya və akkumulyasiya prosesləri gedir. Bu proseslərin kəmiyyət münasibətindən 

asılı  olaraq  çay  yatağının  quruluşu  vaxt  keçdikcə  dəyişikliyə  uğrayır.  Eroziya 

üstünlük təşkil edən sahələrdə yataq dərinləşir, akkumulyasiya üs- 

tünlük təşkil edən sahələrdə isə yataq çayın gıtirdiyi məhsullarla dolaraq dayazlaşır 

 

Axar suların  fəaliyyətini daha  yaxşı öyrənmək  üşün onun genetik enerjisinin 



nəyə  sərf  olunmasını  bilmək  lazımdır.  Suyun  kinetik  enerjisi:  1)  suyun  axmasına 

göstərilən müqavimətin (sürtünmə, turbulent və burulğan) qarşısını almağa; 2) asılı 

vəziyyətdə olan xırda məhsulun aparılmasına; 3) dib məhsullarının aparılmasına; 4) 

korroziya  proseslərinin  (dib  ilə  aparılan  materialın  yataqda  üzə  çıxan  süxurlara 

mexaniki  təsiri)  getməsinə;  5)axım  sürətinin  artmasına;  6)potensial  enerjiyə 

çevrilməyə (su qatı qalınlığının artması) sərf olunur. 

 

Eroziya  iki  formada  olur:  dərinlik  və  yan  eroziyası.  Dərinlik  və  yan  eroziya 



prosesləri,  adətən,  eyni  vaxtda  gedir.  Lakin  yan  eroziya,  dərinlik  eroziyasının 

zəiflədiyi  və  onun  tamamilə  akkumulyasiya  ilə  əvəz  olunduğu  vaxt  daha  yaxşı 

müşahidə olunur. 



 

Axar  suyun  fəaliyyətinin  ilk  dövrlərində  yatağın  müxtəlif  yerlərində  meyillik 

də  müxtəlif  olur.  Hər  bir  sahənin  meyilliyi  həmin  sahədə  eroziya  proseslərini 

tənzimləşdirən  əsas  amildir.  Yatağın  meyli  artdıqca  eroziya  da  gərginləşir,  çay  öz 

yatağını dərinləşdirir və yataqların meyl bucağı artır. Bu, dərinlik eroziyasının çay 

yuxarı tədricən yayılmasına və meyilliyin artmasına səbəb olur. Buna da reqressiv 




Yüklə 445,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin