MühaziRƏ – 10 relyefin su eroziya və su akkumulyasiya formalari


Dərə xətti – eroziyanın məhsuludur



Yüklə 445,23 Kb.
Pdf görüntüsü
səhifə6/20
tarix28.04.2022
ölçüsü445,23 Kb.
#115581
1   2   3   4   5   6   7   8   9   ...   20
Geomorfologiya - Muhazire 10

Dərə xətti – eroziyanın məhsuludur 

 

Dərənin əmələ gəlməsində, suyun dərinlik və yan eroziyasından əlavə aşınma 



prosesləri,  aşınma  məhsulunun  səthi  axım  vasitəsilə  yuyulması,  sürüşmələr, 

soliflükasiya, uçqun və s. proseslər də rol oynayır. Bu proseslər dərə yamaclarının 

çayın  təsirindən  azad  olan  hissəsini  süxurların  quruluşundan,  iqlimdən  və  s.  asılı 

olaraq formalaşdırır. 

 

Dərənin  ilk  inkişaf  mərhələsində  ümumi  eroziya  bazisinin  dərənin  dibinə 



nisbətən  aşağı  səviyyədə  yerləşməsindən  asılı  olaraq  dərinlik  eroziyası,  yamac 

proseslərinə nisbətən üstünlük təşkil edir və çay yatağına gətirilən məhsulları yuyub 

aparır.  Dərə  eroziya  bazisi  səviyyəsinə  yaxın  olan  dərinliyə  çatarkən  dərinlik 

eroziyası öz fəaliyyətini zəiflədir. Yamaclarda fəaliyyətdə olan başqa proseslər isə 

öz  işini  yeni  daha  kəskin  sürətlə  davam  etdirir.  Bununla  yanaşı  çay  öz  sahillərini 

intensiv sürətlə yuyur və dərəni tədricən genişləndirməyə başlayır.  

 

Çay  dərələri  özlərinin  müxtəlif  inkişaf  mərhələsində  müvafiq  fiziki-coğrafi 



şəraitdə tamamilə müxtəlif quruluşa malik olur. Bu dərələr genetik cəhətdən vahid 

bir sıra  əmələ gətirsə də, morfoloji əlamətlərinə görə bir-birindən fərqlənən tiplərə 

ayrılır. 

 


Yüklə 445,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin