ETK-larda mütəxəssislərə kitabxana-informasiya xidmətinin əsas istiqamətləri
Müstəqil dövlət quruculuğu təhsilin, elmin və iqtisadiy- yatın bütün sahələrində əsaslı keyfiyyət çevrilişi yaratmağı tələb edir. Xalqımızın bugünki ümdə vəzifəsi demokratik və hüquqi dövlətin bərqərar olması üçün ilk növbədə iqtisadiy- yatın inkişafında əlverişsiz meylləri qətiyyətlə aradan qaldır- maq, ona azadlıq və müstəqillik impulsu vermək əhalinin yaradıcılıq qabiliyyətini artırmaqdan ibarətdir. Bu baxımdan bütün fəaliyyət sahələrində indi daha çox dərəcədə şəxsiyyətin, iqtisadiyyatda çalışanların yüksək siyasi və peşəkar səviyyəyə malik olması, işə yaradıcı münasibəti ön plana ke- çir. Bu keyfiyyətlər öz-özünə yaranmır, ilk növbədə elmi- texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənməklə, onlar- dan səmərəli istifadə etməklə əldə edilə bilir. Bu baxımdan mədəni-maarif və elmi informasiya idarələri olan texniki kitabxanaların böyük rolu vardır.
Texniki kitabxanalar elmi və iqtisadi fəaliyyətin bütün istiqamətlərində dünyəvi nailiy- yətləri müxtəlif sənədlər əsasında təbliğ edir, tələbatçıların peşəkar səviyyəsinin yüksəldilməsinə öz spesifik iş xüsusiy- yətləri əsasında informasiya təsiri göstərirlər. Bu kitabxa- nalar şəbəkəsi respublikamızın kitabxana sisteminin ən mühüm sahəsinə çevrilmişdir. Qeyd etdiyimiz kimi, onlar texniki tərəqqidə fəal iştirak və iqtisadiyyatın bütün sahələri üçün köməkçi məlumat bazası xidməti göstərirlər.
Texniki kitabxanalar iqtisadiyyata kömək üçün müxtəlif vətən və xarici ölkə sənəd informasiyasından istifadə edirlər. Burada təkcə kitablarla deyil, yeni texniki nailiyyətləri daha səmərəli surətdə işıqlandıran jurnallarla, texniki ədəbiyyatın xüsusi növləri ilə (patent, standartlar və s.), istehsalat texniki sə- nədlərlə (təlimatlar, nümunəvi layihələr, çertyojlar və s.) iş aparılır. Çünki texniki kitabxanaların sənəd-informasiya bazası kimi fəaliyyəti və elmi-texniki tərəqqiyə əməli təsiri müxtəlif informasiyaların toplanması, işlənməsi, istiqamətli və operativ verilməsi əsasında təmin edilir. ETK-lar respublikamızın mədəni inkişafında, elmi-tex- niki fikrin təbliğində, texnika sahəsində çalışan tələbatçıların sənəd-informasiya tələbatının ödənilməsində uzunmüddətli fəaliyyət göstərirlər. Müstəqillik dövründə öz fəaliyyətini demokratik prinsiplər əsasında davam etdirən ETK böyük tarixi yol keçmiş, kitabxana tariximizi öz qiymətli təcrübəsi ilə zənginləşdirmişdir.
Texniki kitabxanaların əməli rolunun daha da artırıl- ması və kitabxana işinin səmərəlilik göstəricilərinin yüksəl- dilməsi bilavasitə oxuculara xidmətin təşkili ilə müəyyən edilir. ETK-larda oxuculara kitabxana-informasiya xidməti- nin müxtəlif forma və metodları fəal surətdə tətbiq edilir. Bunlardan informasiya və mütəxəssis günlərinin, ədəbiyyata açıq baxışın, informasiyanın seçilib yayılması sistemlərinin, rəhbər işçilərə fərqli xidmətin təşkili xüsusilə geniş şəkil almışdır. Bu vəzifəni həll etmək üçün ETK fondlarını elmi- texniki və istehsalat – texniki ədəbiyyatı komplektləşdir- məklə kifayətlənmək olmaz.
Həmin ədəbiyyatın təbliğinin yeni kitabxana-biblioqrafiya və informasiya metodlarını cəsarətlə tətbiq etmək həmişə aktual olmalıdır. Şübhəsiz ki, dünya informasiya məkanında işlənmiş çoxsaylı xidmət metodlarının və vasitələrinin hamısını bir- dən-birə, mexaniki surətdə texniki kitabxanalarda tətbiq et- mək qeyri-mümkündür. Burada sadə informasiya xidməti metodlarından başlamaq və getdikcə daha mürəkkəb xidmət metodlarının tətbiqi məqsədəuyğundur. Bu işdə texniki ki- tabxananın vəzifələri, funksiyaları, maliyyə imkanları, kadr təminatı və maddi-texniki vəziyyəti nəzərə alınmalıdır. Texniki kitabxanada informasiya xidməti müvəqqəti xarakter da- şımamalı, müntəzəm və kompleks xidmət forması olmalıdır. Ona görə ki, informasiya tələbatı öz məqsədi və mahiyyəti etibarilə fasiləsiz, daim təkmilləşən və zənginləşən iş prose- sidir.
Bildiyimiz kimi, informasiya sorğuları informasiya tələbatı əsasında fərdi və qrup oxucularına informasiyanın müxtəlif rejimlərdə xidmət üsulları və formaları ilə verilmə- sinin metodları və texnologiyasıdır. Hər hansı bir kitabxanada informasiya sorğuları bir dəfə verilirsə və bir dəfə də ödənilirsə, yəni fasiləli, kəsilən xarakter daşıyırsa o zaman belə proseslər ümumi halda “informasiya xidməti” anlayışı ilə, əgər bir dəfə verilən informasiya sorğuları xeyli müddət üçün daimi xarakter daşıyırsa və yeni informasiyalarla fasiləsiz surətdə ödənilərsə, ümumi formada “informasiya təminatı” anlayışı ilə ifadə edilir. İnformasiya təminatı bir sıra hallarda sorğular olmadan da kollektiv mütəxəssislərin (müəssisə və idarələrin) konkret profilinə uyğun olaraq aparılır. Məsələn, siqnal informasiyanın verilməsi, informa- siya nəşrlərinin (informasiya vərəqləri, texniki vərəqlər, tematik seçmələr, icmal-analitik informasiyalar və s.) hazır- lanması və istiqamətli şəkildə yayılması informasiya təminatı rejimləridir. Başqa sözlə desək, informasiya xidməti ancaq konkret sorğular əsasında, informasiya təminatı isə bir sıra hallarda konkret sorğular verilmədən müəyyən tematik elmi və istehsalat profili üzrə aparılan informasiya verilişidir. İnformasiya xidməti metodlarına sərgi-seminar, informasiya, elmi-texniki təbliğat, maqnit lentlərində məlumat bazalarının işlənməsi və verilməsi və s. daxildir. İSY, siqnal informasiya verilişi, informasiya nəşrlərinin yayılması və s. informasiya təminatı metodlarıdır. Həm informasiya xidmətini, həm də informasiya təminatını icra etməyə imkan verən sistemlər vardır ki, onlar inteqral avtomatlaşdırılmış elmi-texniki informasiya sistemləri adlanır. Qeyd edilməlidir ki, belə sistemlərdə informasiya təminatı fasiləsiz xarakter daşıyır və konkret informasiya əsasında formalaşır.
Son illərdə ölkəmizdə kitabxana quruculuğu sahəsində aparılan yenidənqurma işlərinin nəticəsi olaraq respublika- mızda bir sıra avtomatlaşdırılmış informasiya mərkəzləri yaradılmış və həmin sistemlərdə informasiya xidməti əlaqəli formada həyata keçirilir. ETK-larda əsasən sadə informasiya xidməti metodları (məs.: yeni daxil olmuş ədəbiyyatın infor- masiya bülletenləri, tematik sərgilər, informasiya günləri və s.) tətbiq edilir və hazırda qismən biblioqrafik informasiya təminatı metodlarına (məs: İSY, rəhbər işçilərə fərqli xidmət, tematik informasiya bülletenlərinin hazırlanması) keçirilir.
Bu cəhət informasiya işinin təşkilində ilkin ümumi xüsusiy- yətdir. Lakin təbii ki, informasiya təminatı metodlarının kompleks tətbiqi daha səmərəli perspektiv istiqamətdir və bu cəhətdən ETK-ın fəaliyyətini daha da surətləndirmək zəru- ridir. İnformasiya təminatı məqsədilə ilk növbədə ETK-ları kompyuter texnologiyası və internet sistemi ilə təmin etmək və onların maddi-texniki bazasını təkmilləşdirmək vacibdir. Çünki informasiya təminatı fasiləsiz prosesdir və ondan istifadə daimi xarakter daşıyır. Burada qarşıda duran əsas məsələlərdən biri də odur ki, ETK-da informasiya xidməti və qismən informasiya təminatı məqsədilə sənədlərin işlənməsi və verilməsi yeni tipli pro- seslər olmasına baxmayaraq paralel şəkildə aparılır və müs- təqil xarakter daşıyır. İşin belə təşkili informasiya xidmətinin dolğunluğunu və operativliyini aşağı salır və xeyli baha başa gəlir. Müasir informasiya orqanlarında isə belə eyni tipli pro- seslərin təşkili başqa xarakterdədir. Belə ki, hazırda respublikamızda bir sıra ixtisaslaşdırılmış (elm və texnika sahə- lərinə görə) elmi-texniki informasiya institutu vardır. Onlar əlaqədar sahələr üzrə cari informasiyanın biblioqrafik və referativ məlumatlarını hazırlayır, maqnit lentlərinə yazaraq bir-biri ilə mubadilə edir və həm də digər informasiya or- qanlarını (respublika, sahəvi, ərazi və s.) həmin informasi- yayla təmin edirlər.
Beləliklə, dövlətlərin siyasi quruluşun- dan, münasibətlərindən asılı olmayaraq hamı üçün əlverişli olan qarşılıqlı əmək bölgüsü şəraitində dünya informasiya məkanı tam əhatə edilir. Maqnit lentlərində verilən cari in- formasiyaların əlaqədar respublika dövlət kitabxanası tərə- findən alınması və fəaliyyəti öyrəndiyimiz RETK-ın profilinə uyğun olaraq paylanması həm əlaqədar respublika dövlət kitabxanasını, həm də RETK-nı sənədlərin biblioqrafik işlənməsi və informasiya xidməti məqsədilə hazırlanması işlərindən azad edə bilər ki, bu da kitabxananın maliyyə sərfiyyatını xeyli azalda bilər. Mütəxəssislərə kitabxana-informasiya xidmətinin üçüncü əsas xüsusiyyəti ondan ibarətdir ki, informasiya orqanlarında əsasən mühəndis texniki işçilərin, müəssisələrin və idarələrin peşə informasiya tələbatı ödənilir.
Bu məqsədlə biblioqrafik və referativ informasiyalardan və informasiya nəşrlərindən istifadə edilir. TK-da ümumtəhsil, elmi və peşə informasiya xidməti kompleks əlaqədə ödənilir, nəinki biblioqrafik və referativ informasiyalarda, həm də müxtəlif növ ilkin sənəd- lərlə xidmət edilir. Buradan da aydın olur ki, ETK-larda informasiya xidməti məzmunu etibarilə kompleks xarakter daşıyır və bütün mütəxəssis oxucu kateqoriyalarını əhatə edir. Ona görə də ETK-ların informasiya xidməti işlərinin diapazonu davamlı olaraq genişlənir və daha da təkmilləşdirilir.
Texniki kitabxanalarda mütəxəssislərə informasiya xidmətinin təcrübi texnologiyasını izah edərkən məlum olur ki, informasiya işi ilə məşğul olan bütün idarələrin, o cümlə- dən kitabxanaların ilkin və son məqsədi tələbatçılara, mütəxəssis oxuculara daha yaxşı və istiqamətli xidmət göstərməkdən ibarətdir. Bu isə ancaq informasiya tələbatını real şəkildə öyrənmək əsasında təmin edilə bilər. İnformasiya tələbatı yalnız xidmət proseslərini optimallaşdırmaq üçün öyrənilmir, kitabxana işinin bütün istiqamətləri üçün vacib məlumatların meydana çıxarılmasına şərait yaradır. ETK-larda mütəxəssislərin informasiya tələbatını öyrə- nərkən ilk növbədə aşağıdakılar nəzərə alınmaldır:
1) Mühəndis-texniki işçilərin və ixtisaslı fəhlələrin digər oxucu qruplarına nisbəti;
2) Kitabxanaların əhatə etdiyi regionların profilinə uy- ğun olaraq əsas oxucu kateqoriyalarının informasiya təminatı
Birinci məsələyə dair məlumatları yerli icra orqanla- rından, yaxud statistika idarələri tərəfindən əldə etmək olar. Belə informasiyalar hər üç-dörd ildən bir təkrarən alınma- lıdır. Çünki cəmiyyətin inkişafı ilə əlaqədar olaraq rayonda yeni-yeni sosial, mədəni və təsərrüfat obyektləri, yaranır, mütəxəssislərin xüsusi çəkisi və tərkibi dəyişir və artır. Digər tərəfdən, mövcud vəziyyətlə əlaqədar mütəxəssislərin qarşısına yeni problemlər və vəzifələr çıxır ki, bunlar da konkret informasiya tələbatının məzmununa və istiqamətlərinə təsir göstərir. Bunlardan başqa, mütəxəssislərin təcrübəsi, yaşları, mövcud informasiyalardan istifadə səviyyəsi informasiya tələbatının məzmununun dəyişməsinə səbəb olur. Respublika Elmi-Texniki Kitabxanasının hesabatların- dan məlum olur ki, informasiya tələbatı real, təcrübi baxım- dan ayrı-ayrı mütəxəssis kateqoriyalarına görə öyrənilməlidir.
Dostları ilə paylaş: |