Kitabxana fondunun kataloqlaşdırılmasının
kompyuterləşdirilməsi.
1.Qurbanov A.İ., Abdullayeva R.A. Fərdi kompüterlərin proqram təminatı: dərs vəsaiti, 2-ci cild .-Bakı:,Çaşıoğlu, 2006, 183 s., (şəkilli).
2.Xəliilov M.S., Qurbanov A.İ. İnformatika: dərslik. - Bakı:,Bakı Universiteti, 2003, 383 s., (şəkilli).
3.Kazımov R. İnformasiyalaşmış cəmiyyət və kitabxanaların vəzifələri // Müasir informasiya - kommunikasiya texnologiyası jurnalı,- 2005,- N2 5,- s. 42-46.
4.Musayeva N.N. Elektron ehtiyatların biblioqrafik təsviri //"İnformatika texnologiyası və tətbiqi proqramlar" mövzusunda aspirant və tələbələr üçün respublika elmi konfransının materialları,- Bakı., 2000,- səh.6-8.
Kitabxanaçı əməyini yüngülləşdirmək, əmək məhsuldarlığını və effektivliyini yüksəltmək, informasiya məhsullarını, xidmət növlərini keyfiyyət və kəmiyyət baxımından artırmaq, kitabxana fondunun etibarlı sürətdə mühafizəsi və bu fonddan daha geniş oxucu kontingentinin səmərəli istifadəsini təmin edir. Ənənəvi texnoloji prosesləri kompüterləşdirməklə kitabxanaçı əməyinin korporasiyasına nail olmaq, bununla da kitabxanada görülən bir sıra işlərin təkrar görülməsinin qarşısını almaq olar. Həmçinin görülən işlərin keyfiyyətinə mərkəzləşmiş və qarşılıqlı nəzarət təmin olunur, kollektiv əmək mədəniyyəti formalaşır. Bunun nəticəsində də iş vaxtından və kadr ehtiyatlarından səmərəli istifadə etmək, maliyyə vəsaitlərinə qənaət etmək mümkün olur. Kitabxana proseslərinin kompüterləşməsi həmçinin «ədəbiyyatın hərəkətinə» nəzarət etməyə, kitabların fonda vaxtında qaytarılmasına və bununla ondan səmərəli istifadəni təmin edir.
• Elektron kataloqun yaradılması. Elektron kataloq kitabxana fondunun «güzgüsüdür». Elektron kataloq vasitəsilə oxuculara uzaq məsafədən operativ informasiya xidməti, fondun idarə olunması həyata keçirilir. Kitabxananın İnternetdə yerləşdirilmiş Elektron kataloqu dünyanın istənilən nöqtəsindən oxucuya kitabxananın fondu ilə tanış olmağa, çoxaspektli axtarış vasitələri ilə ədəbiyyat axtarışını aparmağa və tapılmış ədəbiyyatı sifariş etməyə, ədəbiyyatın elektron nüsxəsi olduqda isə onu əldə etməyə imkan verir. Ənənəvi kataloqdan fərqli olaraq elektron kataloq oxucuya axtarılan ədəbiyyat haqqında geniş məlumat - ədəbiyyatın nüsxələrinin sayı, istifadə üçün «azad» nüsxələrin sayı, cari anda fondda olmayan nüsxələrin vəziyyəti, kimdə olması, nə vaxt qaytarılacağı və s. informasiyalar verir. Elektron kataloq biblioqrafik informasiya bazasının daha etibarlı qorunmasını təmin edir və oxucunun onu xarab etməsi praktiki olaraq qeyri- mümkündür. Lakin ənənəvi kataloqda təəssüf ki, biblioqrafik informasiya daşıyıcıları olan kartoçkaların itməsinə, istifadə nəticəsində «oxunmaz» vəziyyətə düşməsinə hələ də rast gəlmək olur. Digər tərəfdən çoxminli ənənəvi kataloqda kartoçkanm itməsi faktının aşkar olması üçün müəyyən vaxt lazım gəlir və bəzən də bu mümkün olmur. Elektron kataloq kitabxanalararası biblioqrafik informasiya mübadiləsini təmin edir. Bunun üçün biblioqrafik məlumatlar bazası beynəlxalq maşınla oxunan formatlar əsasında yaradılmalıdır. Elektron kataloq həmçinin hər bir kitabxananın «imicini» formalaşdırır. Kitabxananın yüksək nüfuza və reytinqə malik olması üçün elektron kataloq zəngin məlumat bazasına və mükəmməl axtarış aparatına malik olmalıdır. Məhz bununla kitabxana coğrafi uzaqlıqdan asılı olmayaraq özünə dünyanın istənilən ölkəsində oxucu cəlb edərək xidmət göstərə bilər.
Elektron sənəd mübadiləsi xidmətinin təşkili; Bu xidmət oxucu sifarişini uzaq məsafədən yerinə yetirmək, kitabxanalararası elektron sənəd mübadiləsini təmin edir. Elektron sənəd göndərişi «ödənişli» xidmətdir. Kitabxanada düzgün menecment və marketinq siyasəti aparılarsa, bu xidmət nəticəsində kitabxana əlavə gəlir əldə edə bilər. Bundan başqa bu xidmət kitabxana fondunun komplektləşdirmə qıtlığının qarşısını qismən də olsa ala bilər.
Elektron kitabxanaların yaradılması. Elektron kitabxanalar müasir dövrün əsas tələbi olub, cəmiyyətin informasiyalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən elektron kitabxanaların təşkili hər ölkənin informasiya siyasətinin tərkib hissəsinə çevrilmişdir. Elektron kitabxanalar informasiya mübadiləsi sistemlərinin, virtual informasiya mühitinin yaradılmasına, distan təhsilin inkişafına, cəmiyyətin peşə və ümumi mədəniyyət səviyyəsinin artmasına xidmət edir. Onun vasitəsilə oxucular dünyanın istənilən nöqtəsindən 24 saat müddətində kitabxananın informasiya ehtiyatından istifadə edə bilirlər.
Qeyd edək ki, kitabxananın kompüterləşməsi zamanı inzibati-amiranə idarəetmə üsulu yolverilməzdir. Kompüterləşdirmə kitabxanada müasir idarəetmə üsullarının tətbiqini, işçilər üçün müvafiq iş şəraitinin təşkilini, stimullaşdırmanı, düzgün menecment və marketinq siyasətinin
həyata keçirilməsini tələb edir. Kompüterləşməyə cəlb olunan bütün əməkdaşlar kompüterləşdirmənin əhəmiyyətini və məsuliyyətini dərk etməlidir. Kitabxananın
kompüterləşdirilməsi kollektiv əmək tələb etdiyindən və informasiyanın dəqiqliyinin zəruri olduğundan işçilər arasında sağlam və qarşılıqlı hörmətə əsaslanan münasibətlər formalaşmalıdır. Bu tələbata cavab verməyən işçilər işdən, xüsusilə də informasiya təminatı işindən uzaqlaşdırılmalıdır. Layihə yerinə yetirilərkən hər bir şəxsin konkret vəzifələri müəyyən edilməli və bu vəzifələrin konkret vaxtda yerinə yetirilməsi təmin olunmalıdır. Bu işə xüsusi nəzarət olmalı, bu və ya digər səbəbdən vəzifələr yerinə yetirilmədikdə həmin vəzifələr başqalarına həvalə olunmalıdır (müvəqqəti və uzun müddətli). Buna görə işçilərin «daha geniş» ixtisaslaşmaya sahib olmasına xüsusi fikir verilməlidir. Kompüterləşdirmənin müsbət nəticələnməsi üçün nizam-intizama əməl olunmasına xüsusi fikir verilməlidir.
MÜHAZİRƏ 5.
Dostları ilə paylaş: |