Sifariş düyməsini sıxmalıdır. Bu zaman Zakaz.asp server əlavəsi avtomatik cari sifarişi kitabxananın verilənlər bazasına əlavə edir. Kitabxanada «Elektron sənəd göndərişi» Avtomat- laşmış İşçi Yeri vasitəsilə sifarişlər təhlil olunur və yerinə yetirilməsi mümkün olan sifarişlər istifadəçiyə elektron poçt vasitəsilə çatdırılır.
İndi isə xaricdə tətbiq olunan bir sıra elektron sənəd göndərişi sistemləri ilə tanış olaq:
The Un Cover Document Delivery Service amerikan sistemi olub, 18 min adda müxtəlif ingilis dilli dövri mətbuatda nəşr olunmuş, 9 milyondan artıq məqalələrdən ibarət elektron məlumat bazası əsasında sənəd axtarışını və göndərişini təmin edir. Sənəd göndərişi 24-48 saat müddətində Ariel proqramı, faksla həyata keçirilir və ödənişin orta qiyməti 10$-15$-dır. Sistem açar sözlərə, müəllif və ya sərlövhəyə, predmet rubrikasına, mövzuya, nəşr tarixinə, serial indekslərə görə (məsələn, İSNN) sənəd axtarışını təmin edir. Tapılmış sənəd əsasında oxucuya sifariş forması və qiymət təklif olunur.
British Library Document Supply Center (DSC) sistemi Britaniya kitabxanasının sənəd göndəriş mərkəzində tətbiq olunur və insan fəaliyyətinin bütün sahələrinə aid müxtəlif ölkələrdə və müxtəlif dillərdə nəşr olunmuş informasiya ehtiyatları əsasında sənəd göndərişini təmin edir. Elektron ehtiyatların axtarışı xüsüsi Web əlavə - OPAC modulu vasitəsilə həyata keçirilir. Sistem sifariş olunmuş elektron sənədi 2 saat müddətində sifarişçiyə çatdırır.
«HHHOH» elektron sənəd göndəriş sistemi Rusiya EA kitabxanasında 1996-cı ildən tətbiq olunur1. Sənəd göndərişi ilk vaxtlar elektron poçt, hal-hazırda isə FTP xidməti vasitəsilə həyata keçirilir. Oxuculara göndərilən sənədlərin surəti həmçinin Web serverlərdə toplanılır və təkrar sifariş olduqda oxucular onu Web brauzer vasitəsilə əldə edə bilər. Elektron sənədlər əsasən PDF formatı və istifadəçinin istəyindən asılı olaraq RTF və TİF formatında çatdırıla bilər. Sifariş xüsusi qeydiyyat forması vasitəsilə verilir. Ödəniş abonement ödənişi, köçürmə və elektron «pul» vasitəsilə yerinə yetirilir.
PyccKHİı Kypbepb elektron sənəd göndəriş sistemi 1998-ci ildə yaradılmış və 100 ölkənin 2500 kitabxanasının elektron kataloqu vasitəsilə sənəd axtarışını, kitab, məqalə avtoreferatların elektron surətinin oxuculara və Rusiya və xarici ölkə kitabxanalarına göndərişini həyata keçirir. Sistem sənədin müəllifə, sərlövhəyə, nəşr yerinə və tarixinə, mövzuya görə axtarışını təmin edir. Sifariş olunan sənəd «səbətə» daxil olunur. «Səbətdəki» məlumatlar avtomatik olaraq sifariş formasına əlavə olunur. Sifarişçi bu formada əlavə olaraq elektron sənədin tipini, göndəriş və ödəniş formasını müəyyən etməlidir. Sənəd göndərişi elektron poçt, FTP, faks, adi poçt, kuryer xidmətləri və Ariel proqramı vasitəsilə həyata keçirilir. Ödəniş, elektron ödəmə sistemi, kredit kart, bank hesabı və s. vasitəsilə həyata keçirilir.