Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri



Yüklə 1,54 Mb.
səhifə1/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   68

Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri.

Plan:


  1. Ana dilinin tədrisinin məqsəd və vəzifələri.

  2. Ana dilinin tədrisi metodikası bir elm kimi.

  3. Ana dilinin tədrisi metodikasının başqa elmlərlə əlaqəsi.



    1. Ana dilinin tədrisinin məqsəd və vəzifələri.

Dil cəmiyyətin hər bir üzvü üçün vacib olan ünsiyyət vasitəsidir. Dil ən böyük abidədir. İnsan hər şeyi öyrənməkdə və tərbiyə almaqda, başlıca olaraq, sözdən istifadə etdiyi üçün dil özünü təlim və tərbiyə üzrə işin mühüm vasitəsi kimi göstərir.

Ana dilimizin inkişafında misilsiz rol oynayan, bu dilin dünya arenasına çıxması üçün əlindən gələni edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Ana dilimiz bizim sərvətimizdir. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil böyük bir aləmdir. Hər bir xalq öz dili ilə yaranır, ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə çatdırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.

Azərbaycanın ilk peşəkar ədəbiyyatşünas tənqidçisi, dilimizin saflığı və inkişafı uğrunda mübariz Firidun bəy Köçərli yazmışdır: “Ana dili millətin mənəvi diriliyidir. Ananın südü bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır”.

Ana dili nitq inkişafının əsası, bütün biliklərin xəzinəsidir”. (K.D.Uşinski).

Yaxşı demişlər ki, dilini qorumayan xalqın qılıncı da kəsməz. Ona görə də ana dilinin saflığını qorumalı, onu körpəlikdən uşaqlara öyrətməliyik. Uşağın təlim və tərbiyəsinin mahiyyəti, onun təfəkkürünün inkişafı, şəxsiyyətin formalaşması ana dilinə necə yiyələnməsindən asılıdır.

Körpəlik dövründən uşaqlarda ana dilinə məhəbbət tərbiyə edilməlidir. Onlar bilməlidirlər ki, Azərbaycan dili dünyada ən gözəl dillərdən biridir. Dilə yiyələnmə prosesinə ailədə başlanır. Uşaq məktəbə gələnədək ana dilinin köməyi ilə ətraf aləm haqqında müəyyən təsəvvürlər əldə edir. Bu təsəvvürlər isə onun lüğət ehtiyatını zənginləşdirir, dəqiqləşdirir, əşya və hadisələr haqqında fikirlərini formalaşdırır. Dilin köməyi ilə o, başqalarının dediklərini anlayır. Məktəbdə isə həmin iş sistemli, mütəşəkkil davam etdirilir.

Ana dili ümumtəhsil məktəblərində tədris olunmaqla şagirdlərdə nitq mədəniyyətinin formalaşmasına xidmət edir. Şagirdlər bu fənnin vasitəsi ilə milli mədəniyyət nümünəsi kimi ana dilini öyrənir, onun səs sisteminə, lüğət ehtiyatına, üslubi-qrammatik xüsusiyyətlərinə yaxından bələd olur, elmi, bədii, publisistik və digər üslublarda yaradılmış ədəbiyyat nümunələri ilə tanış olmaq imkanı qazanırlar. Eyni zamanda bu dildən istifadə edərək öyrənəcəkləri digər fənlərin daha yaxşı mənimsənilmə potensialını genişləndirirlər.

Ana dilinin ibtidai kursu yuxarı siniflərdə Azərbaycan dili və ədəbiyyatın öyrədilməsi sisteminin bünövrəsi hesab edilir. İbtidai siniflərdə ana dilinin tədrisində başlıca məqsəd uşaqların nitqini inkişaf etdirməkdir. Bu fikir ibtidai siniflər üçün ana dili proqramında öz əksini tapmışdır. “İbtidai siniflərdə ana dili fənninin tədrisində başlıca məqsəd şagirdlərə doğma dildə oxumağı, yazmağı öyrətmək, onların şifahi və yazılı nitqini inkişaf etdirməkdir”. Proqramda nitq inkişafı ana dilinin tədrisinin özünəməxsus prinsipi hesab olunur.

Ana dili ibtidai siniflərdə tədris fənlərinin əsasıdır. Ana dilinə yiyələnmək digər fənlərin mənimsənilməsində mühüm rola malikdir. Bu fənn müəyyən mənada inteqrativ fəndir. Ana dili özünün ilk mərhələsində hələ ədəbiyyat, botanika, zoologiya, coğrafiya, astronomiya, fizika, kimya, tarix və s. fənlərin xüsusi mövqe tapmadığı dövrdə onları da əvəz edir.

Ana dili üzrə aparılan tədris və təlim işləri ilə yanaşı, uşaqların mənəvi tərbiyəsi, həmçinin onların ümumi inkişafı vəzifələrinin yerinə yetirilməsinə də xidmət edir. Ana dilinin köməyi ilə uşaqlarda doğma vətənimizə, yurdumuzun azadlığı uğrunda çarpışan mübarizlərə, əmək adamlarına məhəbbət, xalqımızın adət və ənənələrinə, haqqa, ədalətə hörmət və sədaqət tərbiyə edilir. Bu fənnin tədrisi prosesində kollektivçilik, yoldaşlıq və dostluq hissləri, quruculuq işində fəal iştirak etmək meyli tərbiyə olunur.

Ana dilinin tədrisi prosesində müxtəlif çalışmaların yerinə yetirilməsi uşaqlarda müşahidəçilik, diqqətlilik, fəallıq, müstəqillik, yaradıcılıq kimi keyfiyyətlərin tərbiyə olunmasına güclü təsir göstərir. Bununla da ana dili özünün inkişafetdiricilik vəzifəsini yerinə yetirir.

Beləliklə, ibtidai siniflərdə ana dili tədrisinin qarşısında aşağıdakı vəzifələr durur:



  1. Şagirdlərə öz fikrini şifahi və yazılı şəkildə məzmunlu, rabitəli, məntiqi, dəqiq, canlı, obrazlı ifadə etməyi öyrətmək;

  2. Şagirdlərə düzgün, sürətlə, ifadəli, şüurlu oxumaq, kitablardan müstəqil istifadə etmək vərdişləri aşılamaq ;

  3. Şagirdlərə dəqiq, aydın, səliqəli, rabitəli kalliqrafiya vərdişləri aşılamaq;

  4. Şagirdlərə ilkin orfoqrafiya və punktuasiya vərdişləri aşılamaq;

  5. Şagirdləri xalqımızın şifahi xalq ədəbiyyatı nümunələri, yazılı ədəbiyyatın gözəl inciləri, onların köməyi ilə milli adət və ənənələrimizlə tanış etmək;

  6. Şagirdlərə ətraf aləm, təbiətdə və cəmiyyətdə baş verən hadisələr, qanunlar və qanunauyğunluqlar haqqında məlumat vermək;

  7. Şagirdlərin məntiqi təfəkkürünün inkişafını və idrak fəaliyyətinin fəallığını təmin etmək;

  8. Şagirdlərdə yüksək əxlaqi keyfiyyətlər - doğma dilə, xalqa, vətənə, əmək adamlarına məhəbbət hissi, mənəvi təmizlik, halallıq, xeyirxahlıq, rəhimlilik, əqidəlilik və s.tərbiyə etmək;

  9. Şagirdlərdə təlim prosesində, gələcək əmək və ictimai fəaliyyətində lazım olacaq keyfiyyətlər (səy, iradəlilik, hər şeyi bilmək həvəsi, müşahidəçilik, təşəbbüskarlıq, müstəqillik, yaradıcılıq və s.) tərbiyə etmək;

10.Şagirdləri inkişaf etdirmək və s.





Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin