Məzmun standartları - təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Əsas standart fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir. Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir. Alt standart əsas standartlarda ifadə olunmuş fikrin müəyyən hissəsidir. Alt standartlar təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır, inteqrativliyi və təlimin məzmununun davamlı inkişafını təmin edir.
Kurikulumda məzmun nəticələr formasında verilir. Bu nəticələrin ölçülməsi mümkün olduğundan onlara həm də təlim standartları demək olar. Təlim standartları təsdiq olunaraq müəyyən bir dövr üçün sabit qalır.
Standartlara aid nümunə:
1.- Məzmun xətti.
1.1.- Məzmun xəttinin 1-ci əsas standartı.
1.1.1.- 1-ci əsas standartın alt standartı.
a) Alt standartlar - sinifdən-sinfə keçdikcə dəyişir.
b) Alt standartlarda - mürəkkəb fikirlər daha sadə fikirlərə bölünür.
c) Alt standartlar - təlim məqsədlərinin müəyyən olunması üçün zəmin olan komponentləri əks etdirir.
Məsələn:
1.2. - Şagird şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1- Müşahidə etdiyi əşya, hadisələr haqqında və şəkillər üzrə danışır.
1.2.2.- Dialoqlarda sadə nitq etiketlərindən istifadə edir.
1.2.3.- Nitqdə sadə bədii ifadələrdən istifadə edir.
1.2.4.- Nitqində müvafiq jest və mimikalardan istifadə edir.
Dostları ilə paylaş: |