Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


I sinif üçün “Azərbaycan dili” dərslik komplekti



Yüklə 1,54 Mb.
səhifə32/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   68
I sinif üçün “Azərbaycan dili” dərslik komplekti

  • II sinif üçün “Azərbaycan dili” dərslik komplekti

  • III sinif üçün “Azərbaycan dili” dərslik komplekti

  • IV sinif üçün “Azərbaycan dili” dərslik komplekti

    8.1 I sinif üçün “Azərbaycan dili” dərslik komplekti

    Keçən əsrin sonu və yaşadığımız əsrin əvvəllərindən bu günə kimi təhsil sahəsində baş verən dəyişikliklərə nəzər salsaq, nə qədər böyük irəliləyiş və yenilik olduğunu görərik. Əlbəttə ki, bu yeniliklərdən ən əsası respublikamızın bütün orta ümumtəhsil məktəblərinin I, II, III, IV siniflərində yeni kurikulumun tətbiq olunmasıdır.

    Məlum olduğu kimi, XXI yüzillik ağılın, intellektin təntənəsi əsridir. Respublikamızın milli mənafeyi Azərbaycan məktəbinin ilk növbədə, məhz ağıl, intellekt məktəbi olmasını tələb edir. İntellekt məktəbinin yaranması isə yalnız o zaman mümkündür ki, birinci növbədə, onun tədris vəsaitləri, o cümlədən

    dərsliklər intellektual xarakter daşımaqla şagirdləri düşünməyə, axtarış aparmağa, müxtəlif konstruksiyalar etməklə özlərinin yaradıcılıq bacarıqlarını nümayiş etdirməyə sövq etsin. Şagirdlər özlərinin təlim nailiyyətlərini əldə etməkdə dərsliyin istiqamətverici rolundan istifadə edə bilsinlər.

    Fənn üzrə dərslik komplektləri təlim prosesində standartlara nail olunması üçün yaradılan minimum resurslardır. Müəllim tədris etdiyi fənnin məzmun standartlarına özünün təlim fəaliyyətinin əsas istiqamətləndiricisi kimi baxmalı, onlara nail olunması üçün dərslik komplekti ilə kifayətlənməməli, imkan daxilində daha çox resursdan istifadə etməyə çalışmalı və şagirdlərə də bunu öyrətməlidir. İldən-ilə bu resursların həcmi artmalı, müəllim və şagirdin təlim fəaliyyəti üçün daha yaxşı imkanlar yaradılmalıdır.

    I sinif üçün “Azərbaycan dili” dərslik komplekti.

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Ana dili kurikulumu” (I-IVsiniflər) əsasında hazırlanmışdır və 3 kitabdan-dərslik, iş dəftəri və müəllim üçün vəsaitdən ibarətdir. Bunların hər biri əvvəllər nəşr olunmuş vəsaitlərdən əsaslı şəkildə fərqlənir və birlikdə şagirdlərin ana dili fənni üzrə məzmun standartlarına nail olması üçün minimum zəruri təlim resurslarını təşkil edir.

    Dərslik – Hərfə hazırlıq təlimi dövrü (əlifba-savad təlimi) və hərf təlimi dövrü (oxu-savad təlimindən sonrakı dövr) hissələrinə ayrılmışdır. Əlifba dövrünün ilk dərsləri şəkillər üzrə şagirdlərin nitqini inkişaf etdirir, onlara fənnin məzmun xətlərindən biri olan dil qaydalarını-cümlə, söz birləşməsi, söz (əşya, əlamət, hərəkət bildirən), səs (sait və samit), hərf, heca haqqında ilkin biliklər öyrədir. Nitq inkişafı dövründə şagirdlər nitqimizin cümlələrdən, cümlələrin sözlərdən, sözlərin səslərdən əmələ gəldiyini öyrənir, sözlərin müxtəlifliyini dərk edərək onlar vasitəsilə fikir ifadə etmək bacarığına yiyələnirlər.

    Dərslik şagirdlərə ətraf aləmin cisim və hadisələrdən ibarət olduğunu dərk etməyi, bu cisimlərin bir-birindən forma, ölçü və rənginə görə fərqləndiyini öyrədir. Şagirdlər cisim və hadisələri müqayisəli şəkildə öyrənir, onlar arasında səbəb və nəticə əlaqələrini dərk edirlər. Bu da onların təfəkkürünü inkişaf etdirir. Dərslikdə şagirdlərin lüğət ehtiyatlarını artırmaq üçün sinonim, antonim, omonim sözlər və söz birləşmələrindən istifadə olunub.

    I sinifdə Azərbaycan dilinin həftədə 9 saat olmaqla 31 həftə, yəni 279 saat ərzində tədrisi nəzərdə tutulur. Məlumdur ki, kiçik summativ qiymətləndirmələr 4-6 həftədən bir aparılır və bu dövrü əhatə edən hər bir tədris mərhələsi dərslikdə əks olunmuş müəyyən bir bölməyə (mövzuya) uyğun gəlməlidir.

    Təqdim olunan dərslik üzrə I sinifdə Azərbaycan dilinin tədrisinin 7 mərhələdə keçilməsi nəzərdə tutulur. Burada mərhələlər aşağıdakı bölmələr şəklində təqdim olunmuşdur.



    Ümumi illik planlaşdırma




    Yüklə 1,54 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   28   29   30   31   32   33   34   35   ...   68




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin