Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri



Yüklə 1,54 Mb.
səhifə37/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   68
Dərs ayı

Bölmələr

Dərs həftəsi

Dərs sayı

Saat sayı

I

Ailə və məktəb

4

20

40

II

Niyə belə deyi-

rik?

4

20

40

III

Zəhmətkeşlik

4

20

40

IV

Yüz min “niyə”?

4

20

40

V

Dostluq

4

20

40

VI

Ana təbiət

4

20

40

VII

Əxlaqi dəyərlər

4

20

40

VIII

Kainatın sirləri

4

20

40

Cəmi




32

160

320

Bölmələrdə təqdim olunan oxu və dinləmə mətnləri, eləcə də danışma və yazı fəaliyyətləri müvafiq bölmələrin mövzusu ilə bağlıdır. Hər bir dərs dərslikdə və ya müəllim üçün vəsaitdə verilmiş müəyyən mətnlə bağlı olduğundan dərslərin mövzusu həmin mətnin adı ilə eynidir. Bəzi mətnlər bir neçə dərs üçün nəzərdə tutulur.

Hər bir dərs bir deyil, bir neçə məzmun xətti (dinləyib anlama və danışma, oxu, yazı, dil qaydaları) üzrə əhatə edə bilər. Dərs vaxtının həmin fəaliyyət istiqamətləri üzrə bölüşdürülməsi, təqdim edilən sual və çalışmaların sinifdə yerinə yetirilməsi, yoxsa evə tapşırılması müəllimin öhdəsinə buraxılır. Dərslik komplektinin əsas vəzifəsi Ana dili kurikulumunda təsbit olunmuş məzmun standartlarının tədrisdə reallaşdırılması üçün yetərincə material təqdim etməkdir. Bununla yanaşı, müəlliflərin fikrincə, ev tapşırığı kimi araşdırma və layihələr üzrə işlərin verilməsi daha məqsədəuyğundur.



Sinifdənxaric oxu - dərslərinin təşkili forması da müəllimlərin öz öhdəsinə buraxılır. Dərslikdə verilmiş istənilən mətni və ya məktəb kitabxanasında şagirdlərin yaş səviyyəsinə uyğun olan hər hansı bədii kitabı bu məqsədlə istifadə etmək olar. Bu halda həmin mətn evdə oxumaq üçün tapşırıla bilər. Mətn üzrə iş isə sinifdə iş dəftərində verilmiş və ya müəllimin tərtib etdiyi sual və tapşırıqlar əsasında yerinə yetirilə bilər. Yazıçı və şairlərin bəzi əsərləri dərslikdə müvafiq yaş qrupu üçün uyğunlaşdırılmışdır. Dərs zamanı şagirdlərdə müəyyən psixoloji narahatlıq, sarsıntı, lazımsız reaksiya yarada biləcək məqamlar ixtisar edilmiş və ya dəyişdirilmişdir. Bundan başqa, əsərlərin adaptasiyası zamanı şagirdlərin söz ehtiyatı, intellektual səviyyəsi və nəhayət, məzmun standartından doğan təlim məqsədi nəzərə alınmışdır.

Dərslikdə bir sıra mətnlərin müəllifi göstərilmir. Bunların bir qismi şifahi xalq ədəbiyyatı nümunələri, digər bir qismi isə dərslik müəlliflərinin mətnləridir. Dərslik komplektində təqdim olunmuş materiallar komponentlər üzrə aşağıdakı kimi bölüşdürülmüşdür.






Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin