Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


Yalnız bu mühazirəyə aid ədəbiyyat



Yüklə 1,54 Mb.
səhifə61/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   68
Yalnız bu mühazirəyə aid ədəbiyyat:

1.Y.Ş.Kərimov “Ana dilinin tədrisi metodikası”. Bakı, 2010

2. . I sinif ücün “Azərbaycan dili” dərsliyi , iş dəftəri və “Müəllim ücün metodik vəsait” Bakı,2012

3. Ş.Z.Nəbiyeva “Ana dili dərslərində şagirdləri fəallaşdıran tapşırıqlar” Bakı, 2010


Mühazirə 14: Savad təlimi dövründə istifadə olunan əyani vasitələr və didaktik materiallar.Yazı təlimi

Plan:

1.Əyani vasitələr

2. Didaktik oyunlar

3. Savad təlimi dövründə nitq və təfəkkürün inkişafı.

4.Yazı təlimi
14.1.Əyani vasitələr

Təhsilin ən məsuliyyətli və mürəkkəb dövrü ibtidai təlimdir. Onun qarşısında duran əsas vəzifə şagirdləri ilkin bacarıqlara yiyələndirməkdir. Məhz bu dövrdə kiçikyaşlı şagirdlərə oxu, yazı və hesablama vərdişləri aşılanır, onlarda sual vermək, əqli nəticə çıxarmaq, mühakimə yürütmək, öz mövqeyini müdafiə etmək, sübuta yetirmək, sadə nəzəri təfəkkürə, nitq mədəniyyətinə malik olmaq və s. kimi bacarıqlar formalaşdırılır.

Əlifba təlimi dövrünün mürəkkəbliyini nəzərə alaraq müəllim bu dövrə böyük məsuliyyətlə hazırlaşmalıdır.

Dərs ili başlananadək müəllim proqramı və “Azərbaycan dili” dərsliyini diqqətlə öyrənməli, onunla işləməyin yollarını müəyyənləşdirməli, şəkilli əlifba və kəsmə əlifbanın əldə edilməsi və yazılıb hazırlanmasını unutmamalıdır. Sinif üçün əlifba kassası və düzüm lövhəsinin hazırlanması da zəruridir.

Bu mərhələdə istifadə olunan didaktik material və əyani vəsaitlərdən bir neçəsini nəzərdən keçirək:

a) Kəsmə əlifba. Səs təhlil-tərkib metodunun tətbiqində kəsmə əlifba əvəzsiz vəsaitdir. Kəsmə əlifba ilə işin təşkili düzüm lövhəsi ilə hərflər yazılmış kartoçkaların qoyulduğu cibcikli kassa tələb edir. Kəsmə əlifbadan sinifdə nümayiş etdirilən əyani vəsait və paylama materialı kimi istifadə olunur. Müəllim şagirdləri fərdi kassa, sinif əlifba kassası, onlardan istifadə yolları ilə tanış etməlidir. O, yeni səsi ifadə edən böyük və kiçik hərfi kəsib göstərməli, əlifba kassasının cibciyinə qoymalı və şagirdləri başa salmalıdır ki, kassada hərflər dərslikdəki ardıcıllıqla yığılmalıdır.

Şagirdlərdən biri müəllimin dəvəti ilə düzüm lövhəsində yeni hərfin olduğu heca və ya söz düzərkən digər şagirdlər öz əlifba kassalarında düzüm xətkeşinə eyni tipli hecalar və sözləri müstəqil düzürlər.

Sinif qarşısına çıxarılmış şagird düzüm lövhəsində kəsmə əlifba ilə dələ sözünü düzür, digəri həmin sözdən dənə sözünü əmələ gətirmək üçün l hərfini n hərfi ilə əvəz edir, üçüncü dərə sözünü əmələ gətirmək üçün n hərfini r hərfi ilə əvəz edir, dördüncü isə dəri sözünü əmələ gətirmək üçün sözün axırındakı ə hərfini i hərfi ilə əvəz edir.

Kəsmə əlifba ilə maraqlı didaktik oyunlar keçirmək mümkündür: müəllim yazı taxtasında da hecasını düzür və ona başqa heca əlavə etməklə dana sözünü düzəltməyi tələb edir. Uşaqlar na hecasını əlavə etməklə dana sözünü düzürlər. Yaxud, müəllim k hərfini göstərir, şagirdlərdən tələb edir ki, şəkilli kartoçkaların içindən adının baş hərfi k olan əşya şəkillərini seçsinlər. Bəzən yazı dərsində şagirdlərin sözləri və cümlələri əvvəlcə kəsmə əlifba ilə düzüb, sonra yazmaları onların böyük diqqətlə, orfoqrafik və kalliqrafik cəhətdən səhvsiz yazmalarını təmin edir. Bir hərfə görə fərqlənən sözlərin (ad-ot, ad-at, dar-tar, dələ-tələ, dər-tər, sal-şal, sən-şən, as-aş, zər-sər və s.) kəsmə əlifba ilə düzüldükdən sonra yazılması çox faydalıdır.



b) Hərəkət edən əlifba. mövqeli oxu vərdişinin formalaşması üçün hərəkət edən əlifbadan istifadə olunur.

Hərəkət edən əlifba kiçik pəncərələri olan lövhələrdən ibarət abakdır. İki- qat karton lövhənin üst qatında qarşı-qarşıya eyni ölçüdə pəncərə açılır. Pəncərələrin araları tikilir. Beləliklə, ikiekranlı lövhə hazırlanır. Pəncərələrin altı ilə iki karton lövhənin arası ilə üzərində hərflər və ya hecalar yazılmış karton lent buraxılır: məsələn, sol tərəfdəki pəncərənin üzəri ilə n, t, r, l, d, ş, y samitləri, sağ tərəfdəki pəncərənin altı ilə üzərində a, o, u, i, ə saitləri yazılmış lent keçirilir.






n a



Hərəkət etdirilməklə saitlərin hər biri növbə ilə bütün samitlərlə görüşdürülür və ekranda na, no, nu, ni, nə, ta, to, tu, ti və s. hecalar alınır.

Hecaları ardıcıllıqla deyil, adda-budda da düzəltmək olar. Yalnız bir sütundakı pəncərələrdən lent keçirilən abak da maraqlıdır. Bunun üçün ikiqat karton lövhəsinin üst qatında bir pəncərə açılır və onun sağ tərəfində, məsələn, al hecası yazılır. Pəncərədən yavaş-yavaş üzərində b, d, z, l, m, s, ş samitləri yazılmış lent keçirilir. Şagirdlər bal, dal, lal, mal, sal, şal sözlərini oxuyurlar.





a

n o r da na



t u r so yı



ş ə r sa rı



s ı r do lu



d r nu













Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin