Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri



Yüklə 1,54 Mb.
səhifə19/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   68
Qrup


Vaxt



Məzmununa

görə dolğun məlumat


İnti-zam


Tərti-bat


Bədii-

lik


Oriji- nal fikir


Əmək- daşlıq


Özünə

qiymət vermək


Ye-

Kun

I

5

5

4

5
















II

4

4

5

4
















III

4

4

5

4
















IV

4

4

5

5

















Tərtibatda - klaster, şəkil, Venn diaqramını yaxşı işləyənlərə rəsmə görə qiymət verilir.

Bədiilikdə - əlavə şeir, atalar sözü və yaxud mahnı oxudularsa, yüksək qiymətləndirilir.

Orijinalda - elə bir fikir söylənilir ki, mətndə yoxdur, amma bu fikir qimətləndirilir.

Boş damaya - müəllim hər hansı bir mövzu yaza bilər.

Əməkdaşlıq - qrupda hamı işləyir, işləməyənə isə aşağı qiymət yazılır.



    1. Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydası


Şagird nailiyyətlərinin monitorinqi diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (irəliləmə və geriləmələrin izlənməsi) və summativ (kiçik, böyük, yekun qiymətləndirmə) qiymətləndirmə formalarında aparılır. Qiymətləndirmənin bu 3 növündən hər biri digərinə xidmət edir, bir-birini tamamlayır və hər 3 növ öz mahiyyətinə uyğun olaraq şagirdlərin bilik və bacarıqlarının standartlarına əsasən ölçülür.

I. Diaqnostik qiymətləndirmə: Hər bir müəllim keyfiyyətli dərsə yiyələnmək üçün başlanğıcda özünə “Şagirdlərin bilik və bacarıqlarının səviyyəsi necədir?”, “Şagirdlər tədris edilmiş materialı necə mənimsəyiblər?”, “Əldə olunmuş bilikləri tətbiq edə bilərlərmi?”, “Şagirdlərin dərsi yaxşı mənimsəmələri üçün hansı məsələlərə xüsusi diqqət yetirilməlidir?” və s. kimi suallara cavab verməlidir. Məhz bu suallara cavab tapmaq üçün müəllim şagirdlərin müvafiq hallarda qrup və ya sinfin hazırkı vəziyyətinə qiymət verməli, yəni diaqnoz qoymalıdır. Buna görə də aşağıdakı üsullardan istifadə olunmalıdır: Məsələn, müsahibə (şifahi yolla), tapşırıq vermə (çalışmalar), valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq üsulları və s. Diaqnostik qiymətləndirmənin aparılma formaları siniflərə uyğun olaraq dəyişir. Məsələn, ilk dəfə məktəbə qədəm qoyan şagirdlə aparılan diaqnostik qiymətləndirmə digərindən fərqlənir. Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, müəllimin şəxsi dəftərində qeyd olunur, nəticələr barədə valideynlər, sinif rəhbəri və digər fənn müəllimlərinə məlumat verilir.

II. Formativ qiymətləndirmə: Bu qiymətləndirmə növü şagirdlərin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş irəliləmələrini və geriləmələrini izləmək, bu proses zamanı qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsil alanı istiqamətləndirmək məqsədi ilə aparılır. Yeni və ənənəvi qiymətləndirmə arasında fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdlərin təlim fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr şagirdlərin təlim nəticələrinə nail olması və nəticədə summativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədi ilə aparılır. Məhz formativ qiymətləndirmə sayəsində şagirdlər gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymətlər almaq üçün deyil, yaxşı nəticələr göstərmək üçün çalışırlar. Bu qiymətləndirmədə istifadə olunan əlverişli üsul və vasitələr aşağıdakılardır: müşahidə, müsahibə və ya sorğu, şifahi sual-cavab, oxu, yazı, rollu oyunlar, testlər, tədqiqat. Formativ qiymətləndirmənin nəticələri sinif jurnalında qeyd olunmur. Müəllimin şəxsi qeyd dəftərində, şagird qovluğunda (portfolio) toplanır. Portfolio dərs ili ərzində məktəbdə saxlanılır və ilin sonunda şagirdlərə təhvil verilir.

III. Summativ qiymətləndirmə: Summativ qiymətləndirmə bir neçə yerə bölünür:

Kiçik summativ qiymətləndirmə (s.), böyük summativ qiymətləndirmə (S.) və yekun qiymətləndirmə. Kiçik summativ qiymətləndirmə bəhs və bölmələrin sonunda müəllim tərəfindən aparılır. Müəllim 6 həftədən sonra şagirdlərin biliyini yoxlayaraq jurnalda qeyd edir. Birinci yarımilin sonunda isə böyük summativ qiymətləndirmə məktəb rəhbərliyinin iştirakı ilə sinif (fənn) müəllimi tərəfindən aparılır. Sonrakı yarımildə də bu kiçik və böyük summativ qiymətləndirmə mərhələləri təkrarən aparılır. Nəhayət, tədris ilinin sonunda bütün il boyu alınan qiymətlər hesablanır, nəticələr çıxarılır və qiymətlər jurnala yazılır.

Qiymətləndirmə standartları - məzmun standartlarının hansı səviyyədə reallaşdığını yoxlamaqla baş vermiş dəyişikliklərin dərəcəsini müəyyən edir.


    1. Yüklə 1,54 Mb.

      Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin