Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


Mühazirə 7: İbtidai siniflərdə istifadə olunan yeni təlim texnologiyaları



Yüklə 1,54 Mb.
səhifə26/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   68
Mühazirə 7: İbtidai siniflərdə istifadə olunan yeni təlim texnologiyaları

Plan:

    1. Ana dilinin tədrisində fəal (interaktiv) təlim metodu.

    2. Yeni təlim üsulları

    3. İş formaları



    1. Ana dilinin tədrisində fəal (interaktiv) təlim metodu.

Bu gün dünya təcrübəsində geniş yayılmış yeni pedaqoji informasiya texnologiyalarından, interaktiv təlim metodlarından istifadə olunur. “İnteraktiv” termini – “dialoq, qarşılıqlı əlaqədə fəaliyyət göstərmək” kimi izah olunur. İnteraktiv təlim metodları və priyomlarının tətbiqi tədris prosesini xeyli intensivləşdirir. İnteraktiv təlim metodları üçün aşağıdakı cəhətlər səciyyəvidir:

- uşağın fəal fəaliyyəti;

- müəllimin uşaqlarla və uşaqların bir-biri ilə əməkdaşlığı;

- didaktik materiallardan geniş istifadə olunması;

- uşaqların qrupda qeyri-ənənəvi yerləşməsi;

- uşaqlarda fəal öyrənmə mövqeyi;

- təfəkkürün müstəqilliyi və sərbəstliyi;

- əməkdaşlıq, qrupda qarşılıqlı fəaliyyət;

- həyati məqsədlərə nail olmaq üçün biliklərin yaradıcı tətbiqi;

- uşaqların müəyyən mövzu ətrafında qruplar üzrə birgə fəaliyyəti;

- dərs zamanı əyləncəli və riyazi oyunlardan, süjetli və musiqili səhnəciklərdən istifadə;

- dərsdə sosial və psixoloji şəraitin yaradılması;

-müəllim tərəfindən şüurlu surətdə idraki problem situasiyasının yaradılması;

- problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması;

- şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması.

“Fəal (interaktiv)” təlim dedikdə, şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlim nəzərdə tutur. Fəal (interaktiv) təlim tədrisin və idrak fəaliyyətinin təşkili və idarə olunması metodlarının məcmusudur.

Bu metodların köməyilə şagirdlərin fəaliyyəti üçün (müstəqil düşünmək, əqli nəticə çıxarmaq, mövzu ətrafında müəyyən fikir söyləmək, öz fikir və hisslərini geniş istifadə etmək) geniş imkanlar yaranır. H.Qardner söyləmişdir ki, biz şagirdlərimizin müxtəlif üsullarla dərk etməsini inkişaf etdirməklə təhsilin keyfiyyətini yüksəldə bilərik.

Təlim şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə zənginləşdirilməsinə, biliklərin “hazır” şəkildə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən mühüm bacarıq və vərdişlərin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlib. Bu zaman şagirdlər müəllimin rəhbərliyi altında xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan, ən vacib təlim materialının öyrənliməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər. Belə dərslərdə şagirdlər təlim prosesinin tam hüquqlu iştirakçıları olurlar və bilirlər ki, fəal axtarış və kəşflər etdikləri zaman biliklərə yiyələnirlər. Bu yolda şagirdlər tədqiqatçı, müəllim isə bələdçi kimi çıxış edir. Əgər şagird öz istəyinə və öz fəaliyyətinə əsasən yeni bilikləri kəşf edirsə, onda o, dərsə yaradıcı və maraqla yanaşır, əldə etdiyi bilikləri uzun müddətə və möhkəm mənimsəyir.

Fəal (interaktiv) təlim müasir tədrisin başlıca vəzifələrindən biri olan “öyrənməyi öyrətmək” prinsipinə yönəlmiş bilikləri müstəqil əldə etməyə imkan yaradır. Fəal təlimin nəticəsində şagirdlərdə bilikləri daha müstəqil, sərbəst qavrama və mənimsəmə, məntiqi, tənqidi və yaradıcı təfəkkür, habelə problemlərin həlli və qərar qəbul edilməsi, nəzəri və praktiki məsələlərin əlaqəli qavrayışı üzrə və elmi-tədqiqat vərdişləri, geniş dünyagörüşü formalaşdırılır, qarşılıqlı hörmət hissi və əməkdaşlıq vərdişləri aşılanır.

Yeni təlim metodlarının tətbiqi informasiya - kommunikasiya texnologiyalarının təlim prosesində səmərəli istifadəsi prosesi bu gün uğurla həyata kecirilir. Fəal (interaktiv) təlimin üstünlüklərinə baxmayaraq, müəllim ənənəvi metodlardan istifadəsindən tam imtina etməməlidir. Təlimin məqsədindən, məzmunundan, şagirdlərin hazırlığından asılı olaraq müəllim öz seçimini etməlidir.




    1. Yüklə 1,54 Mb.

      Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin