8.4 IV sinif üçün “Azərbaycan dili” dərslik komplekti.
Təqdim olunan dərslik komplekti mövzuların tədrisi və qiymətləndirilməsi baxımından bir-birini tamamlayan 3 kitabdan ibarətdir: 1) Dərslik 2) Müəllim üçün metodik vəsait (MMV) 3) İş dəftəri
IV sinifdə Azərbaycan dilinin tədrisinin 8 mərhələdə keçirilməsi nəzərdə tutulur. Dərslik komplektində bu mərhələlər ayrı-ayrı bölmələr şəklində təqdim olunmuşdur. Hər bölmədə 20 dərs, hər dərs 2 saat üçün nəzərdə tutulmuşdur. Beləliklə, dərslik dəsti 320 saat üçün nəzərdə tutulmuş 160 dərsdən ibarətdir.