Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


Mühazirə 2: İbtidai siniflərdə ana dili tədrisi tarixinə dair



Yüklə 1,54 Mb.
səhifə4/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   68

Mühazirə 2: İbtidai siniflərdə ana dili tədrisi tarixinə dair.

Plan:


1.İlk öyrətmə metodları

2.İlk dərsliklər

3. Ana dili tədrisi inkişafının birinci mərhələsi

4.Ana dili tədrisinin ikinci dövrü

5.Ana dilinin tədrisi metodikasının inkişafının III dövrü

2.1.İlk öyrətmə metodları

Azərbaycanda XX əsrin əvvəllərinədək mollaxanalar ilk təhsil müəssisəsi sayılırdı. Uşaqlar təhsilini mollaxanalarda alırdılar. Burada təhsil fərdi təşkil olunurdu. Bu növ təhsili başa çatdıran uşaqlar mədrəsəyə (o zaman üçün orta və ali təhsil hesab olunan təhsil müəssisəsinə) daxil ola bilərdilər. Burada ərəb və fars dilləri öyrənildiyi halda, ana dili (türk dili) tədris olunmurdu. Mollaxanalarda savad təlimi bütün Yaxın Şərqdə olduğu kimi, höccələmə (hərfi) metodu ilə təşkil olunurdu. Bu metodla uzun illər təhsil almiş uşaqlar düzgün oxumağı və yazmağı bacarmırdılar.

Mollaxanalarda tətbiq olunan “höccələmə” üsuluna görə, hər hansı bir hərfin müəyyən səsini bildirmək əvəzinə, yalnız adları söylənilirdi, söz və hecalar səslərə ayrılmırdı. Halbuki əlifba təliminin əsas məqsədi şagirdləri hərfin adı ilə deyil, onun əsl səsi ilə tanış etməkdir.

XIX əsrin sonlarında Şuşada M.M.Nəvvab, İrəvanda Mirzə Kazım Əsgərzadə, Şamaxıda S.Ə.Şirvani, Ordubadda və Naxçıvanda Məmmədtağı Sidqi və s. tərəfindən “yeni üsullu” məktəblər (yəni “üsuli - cədid”) açılmışdı. Belə məktəblər xalq arasında “milli məktəblər” adlandırılırdı.

Burada əlifba Azərbaycan sözləri əsasında öyrədilir, dərslər ana dilində keçilir, rus dili ayrıca bir fənn kimi saxlanılırdı. Bu məktəblər dünyəvi biliklər verən mütərəqqi istiqamətli milli məktəblər idi. Bu məktəblərdə əlifba höccələmə metodu ilə yox, onun bir qədər asanlaşmış növü ilə heca metodu ilə öyrədilirdi. Bu üsula görə hərflərdən sonra birdəfəlik hecaları oxutmaq lazımdır. Məsələn, ba, ta, ma, bi, ti, mi, bo, to, mo və s.

15-20 ildən sonra isə, əsasən, fərdi təlimə xidmət edən bu metod sövti (səs metodu) metodu ilə əvəz edildi. XIX əsrin axırlarında bəzi şəhərlərdə əlifba təlimi türk sözləri üzərində qurulmağa başlayır. Bu isə sövti (səs metodu) metoda keçilməsini tələb edirdi.

Bu metoda görə hər bir hərflə ifadə olunan səs əlifba sırasına görə deyil, tələffüz asanlığına, çoxişləkliyinə görə düzülürdü.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin