9.2.Perspektiv planlaşdırma aparmaq məqsədilə müəllim üçün zəruri hesab edilən
Bacarıqlar
Ana dili üzrə təlim materialının planlaşdırılması, bütövlükdə Azərbaycan dilinin tədrisi müəllimindən yerli şəraiti, sinfin hazırlığını nəzərə almaqla yaradıcı fəaliyyət göstərməyi tələb edir :
1. Məzmun standartlarına əsasən dərslikdəki tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq. Standartlar qrupuna əlavə standartlar daxil etmək.
2. Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək. Lazım gələrsə, mövzuları dəyişmək və ya artırmaq.
3. İnteqrasiya üçün əlavə imkanlar müəyyən etmək.
4. Əlavə resurslar seçmək.
5. Mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaq.
6. Mövzuya görə nailiyyətlərin qiymətləndirilməsinin növlərini müəyyənləşdirmək.
Tədris planına görə dərs ili I siniflərdə 31, II- IV siniflərdə 32 tədris həftəsindən ibarətdir. Dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır.
Dərs ili iki yarımilə bölünur:
Birinci yarımil – 15 sentyabr – 29 dekabr
İkinci yarımil – 06 yanvar – 31 may
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:
Payız tətili – 12 – 17 noyabr ( 6 gün )
Qış tətili – 30 dekabr – 05 yanvar (7 gün )
I siniflər üçün əlavə tətil – 12 – 17 fevral (6 gün )
Yaz tətili – 17 – 24 mart (8 gün)
Nümunəvi perspektiv (illik) planlaşdırma sxemi.
Dostları ilə paylaş: |