Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri



Yüklə 1,54 Mb.
səhifə41/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   68
Tədris vahidi

Möv-

zular

Standart-lar

İnteqra-

siya

Resurs-

Lar

Qiymət-ləndirmə

Saat

Tarix

























Cari (gündəlik) planlaşdırma nümunəsi.

  1. Mövzu

  2. Məqsəd (reallaşdırılacaq standartları göstərməklə)

  3. İnteqrasiya

  4. İş forması

  5. İş üsulları

  6. Resurslar

  7. Dərsin mərhələləri:

- Motivasiya, problemin qoyuluşu

- Tədqiqatın aparılması

- Məlumat mübadiləsi

- Məlumatların müzakirəsi

- Nəticələrin çıxarılması

- Yaradıcı tətbiqetmə (ev tapşırığı)

- Qiymətləndirmə (məqsədə görə müəyyən mərhələdən sonra aparıla bilər).

Təhsil proqramından (kurikulumundan) fənn proqramlarına (kurikulumlarına) keçid.



Təhsil proqramları (kurikulumları).




Fənn proqramları (kurikulumları).




Təhsil pillələri və fənlər üzrə ümumi təlim nəticələri.




Siniflər üzrə ümumi təlim nəticələri.

Yalniz bu mühazirəyə aid ədəbiyyat:

1.Y.Ş.Kərimov “Ana dilinin tədrisi metodikası”. Bakı, 2013

2.“Kurikulum” məcmuələri. 2008-2012

3.“Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları”. Bakı, 2008

Mühazirə 10: Savad təliminin metodikası

Plan:

1.Savad təlimi məşğələlərinin sistemi

2. Azərbaycan dilinin səsləri və onların hərflərlə ifadə olunma qaydası. (Fonetika və qrafika)

3. Oxunun mövqeliliyi prinsipi.

4. Heca tələffüz və oxu vahididir.

5. Oxu vərdişinin inkişafı psixologiyası.

6. Altıyaşlıların psixoloji xüsusiyyətləri və onların təliminə verilən pedaqoji tələblər

10.1. Savad təlimi məşğələlərinin sistemi

Savad təlimi tədrisi prosesinin başlanğıcı, şagirdlərin təhsilinin, ümumi inkişafının bünövrəsi hesab olunur. Savad təlimi dövründə başlıca məqsəd uşaqları oxu, yazı texnikasına yiyələndirmək, onlara ilkin oxu və yazı vərdişləri aşılamaq, onların nitqini, təfəkkürünü, idrak marağını inkişaf etdirməkdir.



Bu məqsəddən irəli gələn vəzifələr aşağıdakılardan ibarətdir:

  1. Dilimizin gözəlliyini hiss etdirmək və ona məhəbbət oyatmaq;

  2. Başqalarının nitqini dinləməyi və eşitməyi öyrətmək;

  3. Nitq səslərini düzgün tələffüz etməyi öyrətmək;

  4. Sözləri, cümlələri, kiçikhəcmli mətnləri düzgün, səlis, bütöv sözlərlə, şüurlu oxumağı öyrətmək, nitqin səs mədəniyyətini tərbiyə etmək;

  5. Nitqin sürətini, intonasiya ifadəliliyini, rabitəliliyini gözləməyi öyrətmək;

  6. Hərfləri kalliqrafik cəhətdən düzgün, gözəl, təmiz, səliqəli, rabitəli, sürətlə yazmağı, müxtəlif şəraitdə bir-biri ilə düzgün bitişdirməyi öyrətmək;

  7. Sözləri və kiçikhəcmli mətnləri üzündən köçürməyi, sözlərdən və kiçikhəcmli mətnlərdən ibarət imla yazmağı öyrətmək;

  8. Şagirdlərin ətraf aləm haqqında təsəvvürlərini genişləndirmək və lüğət ehtiyatını zənginləşdirmək.

Bütün bunların əsasında savad təliminin axırında şagirdlər dəqiqədə 20-25 sözü sürətlə, bütöv sözlərlə (çətin sözləri hecalarla) oxumağı, cümlələri 15-20 sözdən ibarət olan mətni hərf buraxmadan, hərf əlavə etmədən, bir hərfi digəri ilə əvəz etmədən üzündən köçürməyi, 8-10 sözü, həmçinin həmin həcmdə mətni müəllimin diktəsinə əsasən yazmağı bacarmalıdırlar.

10.2. Azərbaycan dilinin səsləri və onların hərflərlə ifadə olunma qaydası. (Fonetika və qrafika)

Savad təlimi dövründə məşğələlərin düzgün təşkili müəllimin dilimizin səs sistemini nə dərəcədə bilməsindən asılıdır. Azərbaycan dili iltisaqi dillər qrupuna daxildir, yəni dilimizdə sözlərin kökü dəyişmir, ona müxtəlif şəkilçilər artırmaqla yeni formalar, yeni sözlər düzəldilir. Dilimizin səsli olmasına baxmayaraq, səslə hərf arasında tam uyğunluq yoxdur.

Savad təlimi dövründə uşaqlar sözdəki səsləri hərflərlə əvəz etməyi, yəni yazmağı və əksinə, hərflərin birləşməsini, sözləri səs formasına tərcümə etməyi, başqa sözlə, oxumağı öyrənirlər. Ona görə də əlifbanı düzgün öyrənmək üçün səslər və hərflər arasında fərqi dəqiq təsəvvür etmək lazımdır.

Dilimizdəki sözlərin bir qismində səs və hərflərin sayı eynidir: məsələn, ata, ana, quzu, sahil, dünya və s. Elə sözlər də var ki, onlarda səslərin sayı, hərflərin sayından azdır: məsələn; dostluq, müəllim [dosluq], [mə:lim] şəklində tələffüz olunur. Nəhayət, elə sözlər də var ki, səslərin sayı hərflərin sayından artıqdır: məsələn, ailə, teatr, sözləri [ayilə], [teyatr] şəklində tələffüz edilir. Birincidə 4 hərf, 5 səs, ikincidə isə 5 hərf, 6 səs var.

Müəllim dilimizin fonetik quruluşunu o zaman şüurlu öyrədə bilər ki, fonem nəzəriyyəsi ilə, fonologiya ilə tanış olsun. Profеssоr Ə.Dəmirçizadə və A.Axundov dilimizin özünəməxsus fonem sistemi olduğunu sübut etmiş və bu problemin müxtəlif aspektlərini işləmişlər. Sözlər və onların formaları dilin ən kiçik vahidi olan fonemlərin köməyi ilə fərqlənir. Əlifbamızda 32 hərf var. Dilimizin fonem tərkibinə isə 40 müstəqil fonem (15 sait, 25 samit) daxildir. Fonemlər ona görə müstəqil hesab olunur ki, onların özünəməxsus səs cildi var və onlar müəyyən leksik mənası olan dil vahidlərini (sözləri) bir-birindən fərqləndirə bilir.

Dilimizdəki səslər iki qismə ayrılır: 1) Dil vəzifəsi olan səslər, yəni leksik-qrammatik mənası olan, morfemləri (dil vahidləri) fərqləndirən səslər; 2) Dil vəzifəsi olmayan səslər.

Fonemlər dil vəzifəsi olan, mənanı fərqləndirən səslər olmaqla birinci qrupa daxildir. Al, ol, el, il sözlərində a, o, e, i saitləri, əl, ət, əz, əs, əm, əy, ər sözlərində l, t, z, s, m, y, r samitləri müstəqil fonemdir. Onlar müəyyən leksik mənası olan sözləri fərqləndirir. İkinci qrupa fonem çalarları daxildir. Əsas fonemlər hər yerdə sabit qaldığı halda, onun çalarları müxtəlif mövqelərdə müxtəlif şəkil alır.

Fonem çalarlarının özləri də iki qismə ayrılır:

  1. Bəzən sözləri fərqləndirə bilir: məsələn, ad-at-od-ot sözlərində d-t səsləri mənanı fərqləndirdiyi halda, süd-süt, kənd-kənt sözlərində fərqləndirə bilmir. Belə hal fonem variantı adlanır. Uşaqlar öyrənməlidirlər ki, saitlər asanlıqla tələffüz olunur. L saiti müstəsna olmaqla bütün saitlər heç bir səslə birləşmədən heca olur. Samitlər isə yalnız saitlərlə qoşulduqda heca əmələ gətirir. Səsin iştirakı dərəcəsinə görə tələffüzdə samitlər belə təsnif olunur: sonorlar (l, m, n, r), cingiltililər (b, c, d, g, ğ, j, q, v, y, z) və karlar (ç, f, h, x, k, p, s, ş, t).

Savad təlimi zamanı həmçinin bilmək lazımdır ki, samitlər uzadıla bilən (m, ş, r, l, n, s, z, ğ, f) və ani tələffüz edilən, yaxud partlayışlı (k, g, p, t, d, b, q, ç) olur. Səslər tələffüz asanlığına, həmçinin ayrılma və birləşmə çətinliyinə görə də fərqlənir: l, m, n, r sonorları, x, ğ, s, ş samitləri çətin tələffüz edilir. p, k, t samitləri də çox çətin tələffüz olunur. Ən çətin tələffüz olunanlar isə ç, f samitləridir.

  1. Çalarların bir qismi isə heç vaxt müstəqil fonem kimi işlənmir: məsələn, y samitinin kar qarşılığı olan x, incə ı, b, n çalarları sözləri fərqləndirə bilmir. Belə çalarlar fonem variasiyaları adlanır. Bu baxımdan nitq səslərinin sayı çoxdur. Nitqdə ü saitinin 7; l samitinin 8; v samitinin 9; d samitinin 12 variantından istifadə olunur.

Sözlərin çoxişləkliyi də mühüm məsələdir. Axtarışlar nəticəsində elə qənaətə gəlinmişdir ki, dilimizdə ən çox a, ə, i, n, p, l, d, ı, y səsləri, ən az h, ğ, p, f, j səsləri işlənir.

Müəllim səslərin işlənməsindəki dispributivlik (bölüşdürmə) prinsipini də bilməlidir. Bu prinsipə görə dilimizdəki səslər bir-birindən asılı olaraq sözlərdə yerləşdirilməkdə özünəməxsus xarakterə malikdir: məsələn, ı, ğ hərfləri dilimizə məxsus sözlərin əvvəlində, e, ö, o saitləri isə sonunda işlənmir (mövqe, təvazö, kino kimi alınma sözlər müstəsnadır).


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin