MEYARLAR
Şagirdlər:
|
Təqdim
edir
|
Cümlə
qurur
|
Fərqləndi-
Rir
|
Nəticə
Çıxarır
|
1.
|
|
|
|
|
2.
|
|
|
|
|
3.
|
|
|
|
|
Mənim otağım.
Mövzu: Mənim otağım
Standart:
3.1.5 .Bir neçə cümlədən ibarət müşahidə xarakterli mətn yazır.
4.1.7. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır və fərqləndirir.
Məqsəd:
1. Şagirdlərin təsviretmə bacarıqları inkişaf etdirilir.
2. Şagirdlərə otaqlarını səliqəli saxlamağı və vaxtdan düzgün istifadə
etməyi öyrədilir.
3. Şagirdlər əlamət bildirən sözləri tanıyır.
İnteqrasiya: H.b. 2.2.3, 4.1.2.
İş forması: Kiçik qruplarla iş.
İş üsulu: Beyin həmləsi, diskussiya.
Resurslar: Dərslik, şəkillər, iş vərəqləri.
Dərsin gedişi:
I mərhələ: Motivasiya, problemin qoyuluşu (10 dəq)
Müəllim dərslikdəki şəkli göstərir.
- Şəkildə kimi görürsünüz?
- Anar dərsini harada hazırlayır?
- Onun otağı necədir?
- Otağı təsvir etmək üçün bizə hansı sual kömək etdi?
- Necə? sualına cavab verən sözlər əşyanın əlamətini bildirir. Sizin də otağınız Anarın otağı kimi səliqəli və təmiz olur?
Tədqiqat sualı: Nə üçün biz otağımızı təmiz və səliqəli saxlayırıq? Əşyanın əlaməti nə deməkdir?
Tədqiqat sualı əsasında şagirdlərin fərziyyələri dinlənilir.
II mərhələ:Tədqiqatın aparılması (15 dəq)
Müəllim şagirdlərlə birlikdə dərslikdə təsvir olunmuş otağa nəzər salır. Şagirdlər Anarın otağı haqqında fikirlərini söyləyirlər. Sonra müəllim qruplarda işləmə qaydaları ilə şagirdləri tanış edir.
Tədqiqat işinin aparılması üçün müəllim şagirdləri 5 kiçik qrupa bölüb iş vərəqlərini paylayır və tapşırığın yerinə yetirilməsi üçün ayrılan vaxtı dəqiqləşdirir.
I qrup: Rəngsiz şkaf və divar saatı şəkli verilir.
Bu şəkilləri rəngləyin. Şəkillərdəki əşyalar bir-birindən nə ilə fərqlənir?
II qrup: Rəngsiz divan və stol şəkli verilir.
Bu şəkilləri rəngləyin. Şəkillərdəki əşyalar bir-birindən nə ilə fərqlənir?
III qrup: Əşyaları dağıdılmış otaq şəkli verilir.
Otaqda əşyaların yerini tapın və ox vasitəsilə otağı səliqəyə salın.
IV qrup: “Səliqəsiz otaq və dərsə gecikən oğlan” şəkli verilir.
Şəkildə nə baş verdiyini izah edin.
V qrup: Anarın gün rejimi təsvir edilmiş süjetli şəkillər verilir.
Bu şəkilləri oxlarla ardıcıl düzün və izah edin.
III mərhələ: İnformasiya mübadiləsi (10 dəq)
Qrupların iş vərəqləri yazı taxtasından asılır. Cavablar dinlənilir, əlavələr edilir.
IV mərhələ: İnformasiyanın müzakirəsi və təşkili (7 dəq)
Müəllim dərsliyə müraciət edir və orada olan əşyaları bir-birindən fərqləndirmək üçün onların əlamətlərini göstərir, müzakirə üçün yönəldici suallar verir.
Yönəldici suallar:
- Otağınızda hansı əşyalar olur?
- Bu əşyaları harada yerləşdirirsiniz?
- Əşyalar nə üçün öz yerində olmalıdır?
- Əşyalar bir-birindən hansı əlamətlərinə görə fərqlənə bilərlər?
- Oğlan nə üçün dərsə gecikir?
- Gecikməmək üçün nə etmək lazımdır?
V mərhələ: Nəticə və ümumiləşdirmə
Müzakirə başa çatır. Müəllim şagirdlərin cavablarını ümumiləşdirir. Sonda şagirdlər birlikdə təmizlik və səliqəli olmaq haqqında mahnı oxuyurlar.
Nəticələr dərsin məqsədləri ilə müqayisə edilir.
Qiymətləndirmə. Müəllim hazırladığı meyar cədvəli əsasında formativ qiymətləndirmə aparır.
Dostları ilə paylaş: |