Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


Mühazirə 11: Əlifba təliminə hazırlıq dövrü



Yüklə 1,54 Mb.
səhifə50/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   68
Mühazirə 11: Əlifba təliminə hazırlıq dövrü

Savad təliminə sentyabrın 15-də başlanılır və fevralın ortalarında başa çatdırılır. Bu dövrdə uşaqlara ilkin oxu və yazı texnikasını öyrətməklə yanaşı, düzgün, sürətli, ifadəli və şüurlu oxu vərdişlərinin əsasını qoymaq, lüğət ehtiyatını zənginləşdirmək vəzifələri də yerinə yetirilir.

Savad təlimi məqsəd və vəzifələrindən asılı olaraq 3 dövrə bölünür: əlifba təliminə hazırlıq dövrü, əlifba təlimi dövrü və əlifba təlimindən sonrakı dövr.

Bu dövrdə qarşıya qoyulan əsas standartlar və ümumi məqsədlər öz əksini tapmalıdır.

Əsas standartlar:


  • Şagird dinlədiyi fikri anladığını nümayiş etdirir.

  • Şagird şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.

  • Şagird qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.

  • Şagird oxu texnikası və ilkin oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.

  • Şagird yazı texnikasına və ilkin yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.

  • Şagird zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

1- ci sinifdə “Oxu” məzmun xəttinin inkişafı üç mərhələyə bölünür:

1. Hərf təliminə hazırlıq.

2. Hərf təlimi və oxu texnikasına yiyələnmə.

3. Oxu texnikasının inkişafı və şüurlu oxu.



Bu dövrdə aşağıdakı ümumi məqsədlər yerinə yetirilməlidir:

  • Cümlə qurulmasının öyrənilməsi məqsədi ilə şagirdləri sözlərin xüsusiyyətləri ilə tanış etmək.

  • Şagirdləri əşya, əlamət və hərəkət bildirən sözlər və onların sxematik təsviri ilə tanış etmək.

  • Şagirdlərin cümlə qurmaq bacarıqlarını inkişaf etdirmək.

  • Şagirdləri cümlə anlayışı, onun qurulması və sxematik təsviri ilə tanış etmək.

  • Oxuya hazırlıq məqsədilə şagirdləri qrammatika elementləri ilə ardıcıl tanış etmək.

  • Süjetli şəkillər üzrə şagirdlərin şifahi nitqini inkişaf etdirmək.

  • Şagirdləri söz, heca, səs anlayışı və sözün səs tərkibi, onun sxematik təsviri ilə tanış etmək.

  • Şagirdləri lüğət ehtiyatının zənginləşdirilməsi məqsədilə müxtəlif texnikalar vasitəsilə alınan sözlərin, yaxınmənalı, əksmənalı, eynimənalı, eyniköklü sözlərin öyrənilməsi ilə tanış etmək.

Əlifbaya hazırlıq təlimi dövründə şagirdlərlə şəkillər üzrə iş prosesində şifahi nitqin formalaşdırılması, sözlərin səlis deyilişi, təmiz ədəbi tələffüz qaydalarının öyrədilməsi zamanı lüğət ehtiyatını zənginləşdirmək, tək-tək, süjetli şəkillər vasitəsilə şagirdlərin nitqindəki qeyri-dəqiqliyi aradan götürmək kimi işlər aparılır, mükəmməl cümlə qurmaq bacarığına xüsusi diqqət yetirilir. Uşaqların nitqinə “söz” anlayışı daxil edilir, sözlərin müxtəlif funksiyalı olması və bu sözlərin birləşməsindən cümlələrin əmələ gəlməsi öyrədilir. Bunun üçün xüsusi şərti işarələrdən necə istifadə etmək, sözlərə müvafiq suallar vermək və bu sözlər vasitəsilə cümlələr qurmaq bacarıqları inkişaf etdirilir.

I sinif üçün“Azərbaycan dili” dərsliyinin I hissəsi şəkillər üzərində işləmək üçün müəllimlərə maraqlı material verir. Şagirdlərin nitqini inkişaf etdirmək üçün dərslikdə müxtəlif mövzularda şəkillər verilmişdir.

Əlifba təliminə hazırlıq dövründə fonematik təhlilə geniş yer verilir. Bu təhlil zamanı şagirdlər bu və ya digər sözü hecalara və səslərə ayırmaqla müxtəlif quruluşlu sözlərdə səslərin ardıcıllığını müəyyənləşdirməyi öyrənirlər. Belə təhlilin aparılmasında məqsəd şagirdi oxu və düzgün yazı texnikasına hazırlamaqdır.

Fonematik təhlilə aid nümunə:

Müəllim: - “Nazlı” sözünü tələffüz edək.

Şagird: - Nazlı

M: -Tələffüz edildikdə bu söz neçə hissəyə ayrılır?

Ş: - Naz - lı.2 hissəyə.

M: - Bu hecadır.Tələffüz edildikdə Nazlı sözü asanlıqla 2 hissəyə ayrılır. Deməli, Nazlı sözündə iki heca var. Naz - lı. Birinci heca hansıdır?

Ş: -Naz.


M: - Bu hecanı tələffüz edərkən hansı ilk səsi eşidirsiniz? Naz (müəllim birinci səsi xüsusi tonla deyir).

Ş: - [n]


M: - Bu hecanı tələffüz edərkən hansı ikinci səsi eşidirsiniz? Naz (müəllim ikinci səsi xüsusi tonla deyir).

Ş: - [a]


M: - Bu hecanı tələffüz edərkən hansı üçüncü səsi eşidirsiniz? Naz (müəllim üçüncü səsi xüsusi tonla deyir).

Ş: - [z]


M: - Naz - lı. İkinci heca hansıdır?

Ş: - lı.


M: - Bu hecanı tələffüz edərkən hansı ilk səsi eşidirsiniz? -lı (müəllim birinci səsi xüsusi tonla deyir).

Ş: - [l]


M: - Bu hecanı tələffüz edərkən hansı ikinci səsi eşidirsiniz? -lı (müəllim ikinci səsi xüsusi tonla deyir).

Ş: - [ı]


Fonematik təhlil prosesində şagirdlər nitq, cümlə, söz, heca, hərf, sait, samit anlayışları ilə tanış olurlar. Təcrübə göstərir ki, şagirdlər sözü səslərə ayırmağı və səsləri sözdə birləşdirməyi, onların sayını və ardıcıllığını müəyyənləşdirməyi öyrənən kimi, səslərin hər birini müvafiq hərflə ifadə etmək, yəni sözü yazmaq və qrafik işarələr üzrə müvafiq səsləri yenidən birləşdirmək, yəni oxumaq bacarığına yiyələnirlər. Hərflə tanış olmadan səs təhlili və tərkibi üzrə aparılan çalışmaların əhəmiyyəti əvəzsizdir. Uşaqlar sözlərin səslərə ayrılması və səslərin söz şəklində birləşdirilməsinin mahiyyətini başa düşən kimi ayrı-ayrı səsləri bitişik tələffüz etmək tələb oluna bilər: məsələn, “ a, n, a – səslərini bir yerdə deyin ”. Savad təlimi dövrünün müvəffəqiyyəti müəllimin şagirdlərə nə dərəcədə bələd olmasından asılıdır. Uşaqlara dinləməyi və eşitməyi, baxmağı və görməyi öyrətmək son dərəcə vacibdir. Uşaqlarda diqqətlə qulaq asmaq, müəllimin və yoldaşlarının dediklərini düzgün eşitmək, müəllimin dediklərinə əməl etmək, eşitdiklərini yadda saxlayıb, yerinə yetirmək bacarığı da tərbiyə edilməlidir.

Hazırlıq dövründə nitqin cümlələrə, cümlələrin sözlərə, sözlərin hecalara ayrılması üzrə ilkin praktik iş aparılır. Müəllimin tələbi ilə şagirdlər hər sözü deyərkən neçə dəfə fasilə etmələri, nəfəs almaları üzərində müşahidə aparır və sözün neçə hissədən ibarət olduğunu müəyyənləşdirirlər. Sözləri hecalara ayırarkən bir neçə priyomdan istifadə etmək olar: 1) Biləyi çənənin altına qoyub, alt çənənin neçə dəfə aşağı düşüb-qalxması ilə hecanın sayını müəyyənləşdirmək. 2) Sözdəki hər hecanı tələffüz edərkən bir barmağı qatlamaq. 3) Hər hecanı tələffüz etdikdə əli yavaşca partaya vurmaq. 4) Nazik zolaqlar şəklində kəsilmiş kağızı ağızın qarşısında tutub, sözü tələffüz edərkən zolaqların neçə dəfə yellənməsinə fikir vermək və s.

Bu dövrdə şagirdlərin yazıya hazırlanmaları üzrə də iş getməlidir. Müəllim onları partada düz əyləşmək, dəftəri qoymaq, gözlə dəftər arasında məsafəni gözləmək, qələmi tutmaq və s. qaydalarla tanış edir.

Uşaqların diqqətinin xüsusiyyəti elədir ki, onlar bir işlə uzun müddət məşğul ola bilmir, tez yorulurlar.

Ona görə də hər 10-15 dəqiqədən sonra fəaliyyətin növünü dəyişmək, müsahibəni, nağıl etməni uşaqların fərdi fəaliyyəti ilə əvəz etmək tələb olunur. Heç olmasa, hər 10 dəqiqədən bir gimnastika dəqiqəsi (bilək və barmaq hərəkətləri ) təşkil etmək lazımdır. İşin belə təşkili yorulmanın qarşısını alır.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin