Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


Həyatdan misal gətirərkən dinlədiyi fikrə münasibətini əsaslandırır



Yüklə 1,54 Mb.
səhifə54/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   68
Həyatdan misal gətirərkən dinlədiyi fikrə münasibətini əsaslandırır.

4.1.7. Məqsəd və intonasiyaya görə cümlələri fərqləndirir.

Nida cümlələrini müvafiq intonasiya ilə tələffüz edir.

1.2.1. Müşahidə etdiyi əşya, hadisələr haqqında və şəkillər üzrə danışır.

Bildiyi məlumatları əlavə etməklə şəkillər üzrə danışır.



Motivasiya

Müəllim indiyə qədər keçilən hərflərin böyük və kiçik çap yazılışlarını nümayiş etdirir:

Aa Nn Əə Ll Mm İi Tt Bb Rr

Müəllim hərfləri göstərdikcə şagirdlər müvafiq hərfin işarə etdiyi səsi tələffüz edir və həmin səslə başlanan sözlər deyirlər.

Müəllim: - Deməli, bu hərflərin hamısı sözün əvvəlində gələ bilər. Bu gün keçəcəyimiz hərf isə keçdiyimiz hərflərdən fərqli olaraq, sözlərin əvvəlində gəlmir, yalnız ortasında və ya axırında gəlir.

İnteqrasiya (T. i.)

Müəllim uşaqlara partalarının üstünə rəngli karandaşları qoymağı təklif edir. O, rəng adlarını sadaladıqca şagirdlər həmin rəngdə olan karandaşı yuxarı qaldırırlar:

-Qırmızı, sarı, yaşıl, narıncı, çəhrayı.

Müəllim bildirir ki, bu gün keçəcəkləri yeni səs və hərf həmin rənglərin adında işlənib. Şagirdlər bu səsin “ı” olduğunu müəyyən edirlər.



Oxu. Dil qaydaları. ( Fəndaxili inteqrasiya )

(St. 2.2.1. st.4.1.7.) Şagirdlərin diqqəti 38-ci səhifənin yuxarı sol küncündəki ayı şəklində, “ı” hərfinin çap və əl yazısı şəklinə yönəldilir. Səhifənin sol tərəfində və lövhədə verilmiş sözlər hecalarla, sonra bütöv oxunur.

Şagirdlərdə sual yarana bilər: Əgər “ı” səsi heç vaxt sözün əvvəlində gəlmirsə, böyük “I” hərfi nəyə lazımdır? Müəllim izah edir ki, bəzən mətn başlıqlarında bütün hərflər böyük hərflə yazılır. Buna misal olaraq 39-cu səhifədəki “Arılar” mətninin başlığı göstərilir.

Dərslikdəki mətn sözləri hecalarla tələffüz etməklə oxunur. Sonra müəllim dialoqdakı cümlələrin sonunda qoyulmuş nida işarəsinin funksiyasını başa salır. Şagirdlər bir daha bu cümlələri həyəcan, qorxu ifadə etməklə oxuyurlar.

“Narın” və “mamır” sözlərinin mənaları araşdırılır. Onlardan hansının ad, hansının əlamət bildirən söz olduğu müəyyən olunur.

Fənlərarası inteqrasiya (Riy.) Müəllimin tapşırığı ilə şagirdlər 1-dən 10-a kimi sayıb hansı rəqəm adında “ı” səsinin olduğunu müəyyən edirlər. “Altı” və”atlı” sözlərinin hərf tərkibi araşdırılır və fərq müəyyən olunur. 38-ci səhifədəki 1-ci tapşırıq yerinə yetirilir.

Yazı

(St. 3.1.1, 3.1.2) Böyük və kiçik “I ı” hərfinin yazılışı ilə bağlı fəaliyyət yerinə yetirilir. 39-cu səhifədə əl yazısı ilə verilmiş sözlər və cümlə üzündən köçürülür.

Müəllim uşaqlara arı, qarışqa, ayı, cırcırama şəkillərini nümayiş etdirir və adlarını soruşur. Daha sonra şagirdlər yazı taxtasında bu sözlərin hərf sxemini çəkir və bildikləri hərfləri sxemin müvafiq xanalarında yazırlar.

Dil qaydaları

(St. 4.1.2) Şagirdlər 38-ci səhifədə yazılmış “ALBALI” sözünü hecalarla oxuduqdan sonra 1-ci, 2-ci və 3-cülərə bölünürlər. Müəllim “albalı” sözünün hər hecasını bir qrupa verərək bu hecaya başqa hecalar artırmaqla mümkün qədər çox söz düzəltməyi tapşırır.

1-cilər: al (al-ma, al-ça, al-çaq, al-tı, al-qış);

2-cilər: bal (ba-cı, Ba-kı, ba-zar, a-ra-ba, so-ba, tor-ba, zor-ba, ba-lış, ba-ha, o-ba, ya-ba);

3-cülər: lı (at-lı, ba-kı-lı, yal-lı, bal-lı, işıq-lı, sa-vad-lı, a-zər-bay-can-lı, var-lı).

Dinləmə

(St. 1.1.2) Aşağıdakı mətn səsləndirilir:

Şəhər parklarında yaşıllıq, gül-çiçək bol olur. Mən çiçəklərə qonub şirə çəkirəm. Bir də baxırsan ki, bir ana balaca uşağın əlindən tutub gəzdirir. Vızıldayıb yanından keçirəm, uşaq qorxub anasına qısılır. Amma nahaq yerə. Mən ki onunla dost olmaq istəyirəm. Qəribədir, uşaqlar mənim düzəltdiyim balı xoşlayırlar, amma məni sevmirlər. Amma mən onlardan incimirəm.

Sual: Sizcə, bu mətn kimin dilindən deyilir? (arının) Nə üçün arı uşaqların yanından keçəndə onlar analarına qısılırlar? Siz də arıdan qorxursunuz? Bəs balı necə, sevirsiniz? Arının dedikləri haqqında nə düşünürsünüz?

Şagirdlərin arılar haqqında bilikləri yoxlanılır. Müəllim uşaqlara çatdırır ki, arı heç vaxt birinci hücum etmir. O, özünü müdafiə etmək üçün sancır.

Danışma

(St.1.2.1.) Şagirdlər şəklə baxmaqla oxuduqları mətni genişləndirərək danışırlar. Şəkildə təsvir olunan qızın yəqin ki, arı yuvasına (pətəyinə) toxunduğu vurğulanır.

39-cu səhifədəki 2-ci tapşırıq yerinə yetirilir.

Qiymətləndirmə

Vəsaitin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəllərinə əsasən təlim məqsədlərinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.

I səsi və hərfi.

II variant:

Mövzu: I səsi və hərfi

Standart: 2.2.1, 2.2.2, 2.2.3, 2.2.4, 4.1.2.

Məqsəd:

1. I səsi və hərfinin xüsusiyyətlərini anlayır.

2. Səs və hərflərdən hecalar düzəldir.

3. Sözləri hecalarla və bütöv oxuyur.

4. I səsinin sözdəki yerini müəyyənləşdirir.

İş forması: Kiçik qruplarla iş.

İş üsulu: Müzakirə.

Resurslar: Müxtəlif şəkillər, kəsmə hərf və hecalar, dərslik, süjetli şəkillər, heca cədvəli.

Dərsin gedişi :



I mərhələ: Motivasiya, problemin qoyuluşu.

Uşaqlarla belə bir oyun keçirilir: müəllim müəyyən sözləri lövhədə yazır (məsələn: top, Paşa, alma, ayı).

Yardımçı suallar:

1.Bu sözlərin axırıncı hərfi ilə başlayan yeni sözlər deyə bilərsinizmi?

2.Hansı hərf ilə başlanan söz tapmaq mümkün olmadı?

Tədqiqat sualı: I hərfi digər hərflərdən nə ilə fərqlənir?

II mərhələ:Tədqiqatın aparılması.

Şagirdlər 4 qrupa bölünür, qruplara tapşırıqlar yazılmış iş vərəqləri verilir.

İş vərəqi 1.Verilmiş hərfləri birləşdirməklə hecalar düzəldin, söz daxilində işlədin.

İş vərəqi 2. Hecaların sonuna uyğun gələn saiti artırın, alınan sözləri hecalara bölün.






ar




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin