Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri



Yüklə 1,54 Mb.
səhifə58/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   68
axırında işlənir.




Ş

Saitlə birləşib heca əmələ

gətirir.




Sözlər əmələ gətirir.



Qiymətləndirmə: Müəllim meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində qiymətləndirmə aparır. Qiymətləndirməni “+”və “-” işarələri ilə göstərir.

.


I variant:

“V v” hərfi. Baba və nəvə



Məzmun standartları

Təlim məqsədləri

2.2.1. Kiçikhəcmli mətnləri düzgün tələffüz etməklıə oxuyur.

Sözləri hecalarla və bütöv oxuyur.

1.2.1. Müşahidə etdiyi əşya, hadisələr haqqında və şəkillər üzrə danışır.

Həyatda (şəkildə, videofilmdə) gördükləri varlıqlar və onlarla bağlı təəssüratları barədə danışır.

2.2.2. Müxtəlif bədii mətnləri (nəzm, nəsr) fərqləndirir.

Nəsrlə yazılmış mətnin əsas struktur elementlərini (abzasları) fərqləndirir.

2.2.3. Mətnin şəkilli planını tutur.

Mətnin müxtəlif hissələrinə aid olan illüstrasiyaları müəyyən edir.

3.1.1. Hərflərin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətti boyunca düzgün yazır və bitişdirir.

Böyük və kiçik “V v” hərfinin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca düzgün yazır və bitişdirir.

3.1.2. Əl yazısı şəklində olan sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür.

Əl yazısı şəklində olan sözləri və cümlələri üzündən köçürür.

Motivasiya

Müəllim aşağıdakı şeri səsləndirir:

Bizim vətən nəğməmiz,

Uzaqlara yayılsın.

Səsimizdən hər tərəf,

Yuxusundan ayılsın.

Gözəl Vətən, can Vətən,

Bizə mehriban Vətən.

Teymur Elçin

Suallar: Söylədiyim şeir nə haqqındadır? “Vətən” sözünün ilk səsi hansıdır?



Oxu

(St. 2.2.1) Şagirdlərin diqqəti dərsliyin 58-ci səhifəsində verilmiş “v” hərfinin çap və əl yazısı şəklinə yönəldilir. “Velosiped”, “dəvə”, “tilov” sözlərinin hərf sxemi araşdırılır, lövhədə verilmiş sözlər oxunur. “Peyvənd”, “kvadrat” sözlərinin mənaları araşdırılır.

1-ci tapşırıq. Şagirdlər sözlərdə çatışmayan hecaları sağdakı sütundan tapır və söz oxuyurlar. Bu tapşırığı yerinə yetirərkən “canlı abak” üsulundan da istifadə etmək olar (“Y” hərfi dərsində (MMV., səh 58) bu üsuldan istifadə olunmuşdur). Şagirdlər hecaları iri vərəqlərdə yazıb əllərini tuturlar. “Ley” və “bol” hecaları sinfin qarşısından keçir. “Vo” hecası keçərkən onlar bu hecanı tutub saxlayılrlar. Bu qayda ilə tapşırığın icrası davam etdirilir.

2-ci tapşırıq. Şagirdlər şəkillərin adını (dəvə və quş) deməklə verilmiş şəkildə dəvəquşunun təsvir olunduğunu müəyyən edirlər.



Danışma

(St. 1.2.1) Dərsliyin 59-cu səhifəsində verilmiş mətni oxumamışdan əvvəl müəllim şagirdlərə suallarla müraciət edir:

-Kim meşədə (dağda, çəməndə) olub? Orada gördüklərinizlə bağlı təəssüratlarınızı danışın. Meşədə yetişən hansı bitkilərin adını çəkə bilərsiniz? Bu bitkiləri tanıyırsınızmı? Fərqləndirə bilirsinizmi? Böyüklərdən bu bitkilər haqqında nə eşitmisiniz?

Qeyd: Bu mətnin mövzusu bitki aləmi ilə bağlıdır. Kənd uşaqları canlı təbiətlə daha yaxından təmasda olduqlarından şəhər və kənd məktəbliləri üçün bu suallar fərqli qoyula bilər.

Müəllim təbiət mənzərəsini əks etdirən videofilm nümayiş etdirir. Şagirdlər gördüklərini sözlə təsvir edirlər.

Sual: Bitkilərin insan həyatında hansı rolu var?

Oxu

(St. 2.2.2) Şagirdlər “Baba və nəvə” mətnini oxuduqdan sonra müəllim abzas haqqında məlumat verir. Bildirir ki, abzas nəsrlə yazılmış mətnin bitkin bir hissəsidir. Mətndə hər bir abzas yeni sətirdən başlanır.

Sual: “Baba və nəvə” mətnində neçə abzas var?

Oxu

(St. 2.2.3) Mətnlə bağlı 3-cü və 4-cü suallar cavablandırılır. Müəllim “abzas” anlayışını daha dərindən mənimsətmək üçün əlavə suallar verə bilər:

- 1-ci şəkil hansı abzasa aiddir?

- 3-cü şəkil hansı abzasa aiddir?



Yazı

(St. 3.1.1, 3.1.2) Böyük və kiçik “V v” hərfinin yazılışı ilə bağlı 59-cu səhifədə verilmiş yazı nümunələri köçürülür.



Qiymətləndirmə

Vəsaitin giriş hissəsində verilmiş müvafiq qiymətləndirmə cədvəllərinə əsasən təlim məqsədlərinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.



II variant:

V səsi və hərfi.



Mövzu: V səsi və hərfi

Standart: 1.1.1, 2.2.1, 2.2.2, 2.2.4, 4.1.2.

Məqsəd:

1. V səsini tək və heca daxilində tələffüz edir.

2. V səsi və hərfinin köməyi ilə hecalar düzəldir.

3. Tərkibində v səsi və hərfi olan hecalardan sözlər qurur.

4. Sözlərdə v səsi və hərfinin yerini müəyyən edir.

5. Verilmiş şəkil əsasında cümlələr qurur.



İnteqrasiya: Tex.1.3.1. Riy.1.3.1.

İş forması: Böyük qruplarla iş, kiçik qruplarla iş.

İş üsulu: Müzakirə, beyin həmləsi.

Resurslar: İş vərəqi, kəsmə əlifba, dərslik, rəngli şəkillər, rəngli karandaşlar.

Dərsin gedişi:



I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə fikrində tutduğu sözlə bağlı cümlələr deyir. Şagirdlər bu cümlələrə əsasən həmin sözü müəyyənləşdirirlər.

“Vaqon” cavabı alındıqdan sonra v hərfi lövhədən asılır. Müzakirə yolu ilə v səsinin samit olduğu müəyyən edilir. Şagirdlərdən v səsi və hərfi olan sözlər soruşulur.

Tədqiqat sualı: V səsi və hərfinin hansı xüsusiyyətləri var?

II mərhələ: Tədqiqatın aparılması.

Şagirdlər ilin fəsilləri təsvir olunmuş şəkillər əsasında 4 qrupa bölünür. Qruplara tapşırıq yazılmış iş vərəqləri paylanır.


Onunla Onunla


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin