Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


Ana dili tədrisinin ikinci dövrü



Yüklə 1,54 Mb.
səhifə7/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   68
2.4.Ana dili tədrisinin ikinci dövrü

Ana dili tədrisinin II dövrü (1933-1957) üçün ən böyük, həm də düşünülməmiş hadisə 1940-ci ildən məktəblərimizdə rus qrafikasına (Кiril əlifbasına) keçilməsi idi. Dilimizin fonetik sistemi, fonoloji incəlikləri və qrammatik xüsusiyyətlərinin həmin əlifbaya uyğun gəlməməsi, hərflərin yazılmasındakı bəzi qondarma qaydalar I sinifdə əlifba təlimi, ümumiyyətlə, təlim prosesi üçün ciddi çətinliklər törədirdi. Elə bunun nəticəsi idi ki, rus qrafikası ilə əlifbamız sonralar bir neçə dəfə dəyişikliklərə məruz qaldı. Bununla əlaqədər yeni proqram və dərsliklərin yaradılması, əlifba və hüsnxət təlimi metodikasının problemi qarşıya çıxdı.

Savad təlimində əsası K.D.Uşinski tərəfindən qoyulmuş səs təhlil-tərkib metodundan istifadə edilməyə başlandı. Dərs təlimin əsas təşkilat forması hesab edildi.

Yeni tədris planı və proqrqmlarının yaranması və tezliklə stabil dərsliklərin tərtibini və metodların təkmilləşdirilməsini mühüm bir məsələ kimi irəli sürdü. 1923-cü ildən dərsliklərin tərtibində Veysəl Mustafazadə, Yusif Zeynalov, Əli Məsrur Qafarlı kimi yeni ruhlu praktik müəllimlər cəlb edildi. Onların içərisində Y. Zeynalovun xidmətləri xüsusilə fərqlənir. O, 30 ildən artıq bir dövrdə ana dilinin, ibtidai təlim problemlərinin həllinin fəal iştirakçısı olmuşdur. 1933-1936-ci illərdə V.Mustafazadənin “Əlifba” dərsliyindən istifadə olundu. 1937-ci ildən həmin dərslik müəyyən dəyişikliklərlə Y.Zeynalovun və Ə.M.Qafarlının müəllifliyi ilə çap edilmiş, 1946-cı ildən 1962-ci ilədək məktəblərimizdə Y.Zeynalovun tərtib etdiyi və bir neçə dəfə təkmilləşdirdiyi “Əlifba” dərsliyi, həmçinin I sinif üçün “Ana dili”(oxu) dərsliklərindən fasiləsiz istifadə olunmuşdur.

1933-cü ildə İ. Qaryağdı və M. Ələsgərli II sinif üçün yeni ruhlu “İkinci il” dərsliyi yaratdılar. Bu dərslik sonralar “Ana dili” adı ilə Ə. Qafarlı tərəfindən yazılmışdır.

N. Səmədzadə və başqaları tərəfindən yazılmış “Üçüncü il” dərsliyindən 1931-1935-ci illərdə istifadə olunmuşdur. 1936-cı ildə İ. Hacızadə və F. Qasımzadə III sinif üçün “Oxu kitabı” yaratdılar. Bu dərslik təkmilləşdirildikdən sonra 1937-ci ildən 1947-ci ilədək “Ana dili” altında A.Abdullayev və F. Qasımzadənin müəllifliyi ilə çap edildi.

1933-1957-ci illərdə artıq dilçiliyimizin nitq inkişafı və orfoqrafiya problemlərinin həllini qarşıya qoyurlar. Başlıcası isə. Tədris planında dilimizin müstəqil bir fənn kimi tədrisinə geniş yer verilir. Ona görə də dilin tədrisinə xidmət edəcək dərsliklərin yaradılması zərurəti qarşıya çıxır. Dil üzrə ilk dərslik Ə. Babazadə tərəfindən yazılmış və 1933-cü ildə çap edilmiş II sinif üçün “türk dili” dərsliyidir. 1936-cı ildə Q. Ələkbərlinin II sinif üçün “Türk dilinin qrammatikası və yazı qaydaları” dərsliyi çap edilir. Y. Zeynalov 1946-cı ildə I-II siniflər, həmçinin III sinif üçün “Sərf və yazı qaydaları” dərs vəsaitini yazır. 1949-1950-ci dərs ilində I sinifdən Azərbaycan dilinin bir fənn kimi tədrisinə başlandı. Q. Ələkbərlinin 1936-cı ildə II sinif üçün tərtib etdiyi dərsliyin təkmilləşdirilmiş variantı “Azərbaycan dili” adı ilə 1950-ci ilədək çap olunur. 1951-1969-cu illərdə isə II sinifdə Ə.M. Qafarlının “Azərbaycan dili” dərsliyindən istifadə olunmuşdur.

1933-cü ildə Ə. Babazadə III sinif üçün də “Türk dili” dərsliyini yazmışdır. Bu dərsliyi 1938-ci ildə A. Abdullayevin, onu isə 1951-ci ildə R.Rüstəmovun “Azərbaycan dili” dərsliyi əvəz etdi. Bu dərslikdən 1970-ci ilədək istifadə olundu.

Bəs ana dili tədrisi metodikasının inkişafının ikinci mərhələsində (1931-1958) metodik ədəbiyyatın səviyyəsi necə idi?

1931-ci ildən pedaqoji mətbuatda ibtidai məktəb pedaqogikası və metodikası sahəsində B.Çobanzadə, Y.Zeynalov, C.Cuvarlı, Q.Ələkbərli, Y.Şirvan, M.Muradxanov, N.Hacıyevin məqalələri dərc olunur.

1932-ci ildə professor B.Çobanzadə və C.Məhəmmədzadənin “Türk dilinin metodikası” əsəri çapdan çıxdı. Bu kitabda pedaqoji texnikumlar, ali pedaqoji məktəblərdə kurs haqqında məlumat verilir. Dil dərslərinin mövqeyi, mahiyyəti, proqramlarının məzmunu açılır, dil dərslərinin quruluşu, tədrisi, xüsusilə savad təliminin metodları və s. məsələlər yığcam əhatə olunur, şagirdlərin nitq inkişafı ön plana çəkilirdi.

1934-cü ildə Ə. Dəmirçizadə müəllimlərin IV sinif üçün “Türk dili” dərsliyi ilə işləmələri üçün yazdığı metodik məktubda nitqin təmizliyi məsələsindən bəhs etmişdir: “Doğru yazmaq üçün doğru söyləmənin, ədəbi dildə danışmağa vərdiş öyrətmənin çox böyük əhəmiyyəti vardır. Bu etibarla, müəllimlət birinci ildən başlayaraq şagirdlərlə ədəbi dildə danışmalıdırlar. Təəssüflə qeyd edilməlidir ki, bizim müəllimlərimiz öz yerli şivələrindən ayrılıb, ədəbi dildə danışmağa hələ vərdiş etməmişlər”

1939-cu ildə Ə.M. Qafarlı və Q. Ələkbərlinin “Savad təlimi və yazı metodikası” kitabı, 1940-cı ildə “İbtidai məktəb müəllimlərinə kömək” adlı iki məqalələr məcmuəsi, Y.Zeynalovun “I sinif müəllimləri üçün ana dilindən metodik göstərişlər”, Q. Ələkbərlinin “İbtidai məktəbin oxu metodikası” kitabları çap edilir. Nəhayət, 1942-ci ildə Q. Ələkbərli, Y. Zeynalov, Ə. M. Qafarlı, M. Ələkbərovun “İbtidai məktəbdə Azərbaycan dili metodikası” kitabı çap olunur. Bu, respublikamızda ibtidai siniflərdə ana dili təliminə dair ilk metodikadır.

1939-cu ildə Ə.M.Qafarlı və Q.Ələkbərlinin “Savad təlimi və yazı metodikası” kitabı, 1940-ci ildə “İbtidai məktəb müəllimlərinə kömək” adlı iki məqalələr məcmuəsi və s. kitabları çap edilir.

Nəhayət, 1942-ci ildə Q.Ələkbərli, Y.Zeynalov, Ə.M.Qafarlı, M.Ələkbərovun “İbtidai məktəblərdə Azərbaycan dili metodikası” kitabı çap olunur. Bu, respublikamızda ibtidai siniflərdə ana dili təliminə dair ilk metodikadır.




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin