Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi



Yüklə 0,95 Mb.
səhifə13/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   39
mühazirə VBİS-qisa(1)

ANY açar sözü verilmiş qiyməti (bir sorğunun seçiminin) digər seçimin hər hansı bir qiyməti ilə müqayisə etmək üçün istifadə olunur.


EXISTS operatoru alt sorğunu arqument kimi götürür və əgər alt sorğu hanısa bir sətiri qaytarırsa - doğru, əks halda yanlış qiymət alır.


Mühazirə 6
VBIS-in linqvistik və proqram təminatı
Linqvistik vasitələr
VBIS-in linqvistik vasitələrinə onun fəaliyyəti üçün istifadə olunan müxtəlif dillər və lüğətlər daxildir. Lüğətlər sistem kataloqunda saxlanır.
VBIS-də istifadə olunan dillərə aşağıdakılar aiddir:
- verilənlərin təsviri üçün dillər;
- verilənlərlə əməliyyat aparmaq üçün dillər;
- tətbiqi proqramların yaradılması üçün işlədilən dillər;
Həm istifadəçilər, həm də VB-nin adminstratoru verilənlərin strukturunun təyini və təsviri məqsədilə verilənlərin təsviri dillərindən istifadə edirlər. Təsvir səviyyəsinə uyğun olaraq 3 tip dillərdən istifadə olunur:
- xarici sxemin – sorğuların – təsviri üçün dillər
- konseptual sxemin təsviri üçün dillər;
- daxili sxemin təsviri üçün dillər.
.
Sorğu dili əsasən xüsusiləşdirilmiş xarakter daşıyır, yəni o istifadəçinin tələblərinin ödənilməsi baxımından yaradılır. Müasir VBIS-lərdə əsasən QBE və SQL dillərindən istifadə edilir və VBIS-lərin demək olar ki, hamısı SQL dilini dəstəkləyirlər.
VBIS-lərdə xüsusi təyinatlı sorğu dillərindən də geniş istifadə olunur. Bu dillər əsasən interaktiv rejimdə işləmək üçün nəzərdə tutulur və dialoq dilləri adlanır. Dialoq dilinin də müxtəlif formaları mövcuddur.
1) təşəbbüskarı sistem olan dialoq; 2) təşəbbüskarı istifadəçi olan dialoq; 3) qarışıq (sərbəst) dialoq, yəni təşəbbüskarı həm sistem, həm də istifadəçi ola bilən dialoq.
Təşəbbüskarı sistem olan dialoqlu sistemlərdə ən geniş yayılmış sorğu dili «menyu» prinsipi əsasında qurulan dildir. Bu dil quruluşca sadə və təbii dilə daha yaxın olduğundan istifadəçilər üçün əlverişlidir. 2və 3cü dialoqda əmrlər dillərinin bu və ya digər növlərindən istifadə edilir.
Konseptual və daxili sxemlərin təsviri və verilənlərlə əməliyyat aparmaq üçün tərkibində faylların, yazıların və onlar arasındakı əlaqələrin təsviri üçün konstruksiyalar olan proqramlaşdırma dilindən və ya sistemin xüsusi dilindən istifadə olunur.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin