Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi



Yüklə 0,95 Mb.
səhifə14/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   39
mühazirə VBİS-qisa(1)

Proqram vasitələri
VBIS-in proqram təminatı verilənlər bazasının yaradılması və istismarı ilə əlaqədar olan proseduraları yerinə yetirən proqram modullarından ibarət mürəkkəb kompleksdir. Bu kompleksin yerinə yetirdiyi əsas funksiyalar aşağıdakılardır:
- verilənlər bazasının yaradılması;
- verilənlər bazasının redaktəsi;
- verilənlər bazasının genişləndirilməsi;
- istifadəçi sorğularının emal üçün hazırlanması;
- verilərin axtarışı;
- verilənlər bazası ilə istifadəçilər arasında interfeysin təşkili;
- axtarış nəticələri üzərində sorğunun tələb etdiyi əməliyyatların yerinə yetirilməsi;
- verilənlərin tamlığının və mühafizəsinin təmin edilməsi;
- sistemin interaktiv rejiminin idarə olunması;
- teleemal rejiminin idarə olunması;
- sistem kataloqunun yaradılması və idarə edilməsi.
Bu proqramlardan əlavə VBIS-in tərkibinə yaddaş sərfini azaltmaq üçün verilənlərin sıxlaşdırılmasını və açılmasını yerinə yetirən, verilənlərin düzgünlüyünü yoxlayan və digər servis xarakterli proqramlar da daxil edilir.


Mühazirə 7
Verilənlər bazasının administratoru
Verilənlər bazasının administratoru (VBA) verilənlər bazasına qoyulan tələblərin formalaşdırılmasına, layihələndirilməsinə, reallaşdırılmasına, və müşayiət edilməsinə cavab verən şəxs və ya şəxslər qrupudur.
VBA-nın yerinə yetirdiyi əsas funksiyalar
1. VB-yə qoyulan tələblərin reallığının qiymətləndirilməsi
VBA tələbləri təhlil etməli və mümkünsüz tələblər haqqında sifarişçiyə və icraçıya xəbər verməlidir..
2. VB-nin layihələndirilməsinin qiymətləndirilməsi
. Bunun üçün konseptual sxemin tətbiq sahəsini tam əhatə edib-etməməsi, əlaqələrin tamlığı və informasiya tələblərinə uyğunluğu yoxlanır.
3.Verilənlərin xarici yaddaşda təşkil üsulunun seçilməsi və reallaşdırılması
4. Tələb olunan disk yaddaşının həcminin təyin edilməsi
5. Ehtiyat surətin çıxarılması
Ehtiyat surəti VB ilə işləyən zaman və ya başqa vaxt çıxarıla bilər. Ehtiyat surətinin təşkili zamanı administrator qarşısında 2 məsələ durur:
- ehtiyat surəti üçün hansı qurğunu seçmək;
- nə vaxt və hansı tezliklə ehtiyat surətini çıxarmaq.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin