Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi



Yüklə 0,95 Mb.
səhifə18/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   39
mühazirə VBİS-qisa(1)

Obyekt-yönlü sistemlər. Relasiya verilənlər bazalarının sürətli inkişafı, daha mürəkkəb məsələlərin həllinin mümkünlüyü və obyekt-yönlü proqramlaşdırma texnologiyasının inkişafı son illər obyekt-yönlü yanaşmanın verilənlər bazalarına tətbiqinə təkan vermişdir. Obyekt-yönlü yanaşma layihəçi üçün bir sıra üstünlüklərə malikdir. Onlardan əsasları aşağıdakılardır:
- ümumi sistemi bir neçə müstəqil mahiyyətlərə (obyektlərə) ayırmaq və onların müstəqil spesifikasiyasını müəyyənləşdirmək;
- obyekt-yönlü texnologiyanın irsi keçid və polimorfizm mexanizmlərindən istifadə etməklə sistemin fəaliyyətini daha səmərəli təşkil etmək;
-tətbiq sahəsinə məxsus real mahiyyətlərin davranışlarını layihələndirmənin ilkin mərhələlərindən başlayaraq izləməyə imkan verən obyekt modelləşdirməsini tətbiq etmək.
Verilənlərin obyekt modeli real həyatın mahiyyətlərinə daha yaxındır. Obyektləri cədvəllərə yerləşdirmədən saxlamaq və istifadə etmək mümkündür. Verilənlərin tipləri layihəçi tərəfindən təyin edilir və əvvəlcədən qəbul olunmuş tiplərlə məhdudlaşdırılmır.
Mürəkkəb obyekti relasiya verilənlər bazasına daxil etmək üçün onun verilənlərini dekompozisiya proseduru vasitəsilə ayırıb, cədvəllərə yerləşdirmək lazımdır.
Relasiya verilənlər bazasından obyektin oxunması zamanı isə o ayrı-ayrı elementlərdən yığılır və bundan sonra istifadə edilməsi üçün yararlı olur. Obyekt-yönlü VBIS-də isə obyektin verilənləri və həmin verilənləri emal edən metodlar bazada birlikdə saxlanır.
Obyekt-yönlü VBIS-dən istifadə edilməsi obyekt-yönlü layihələndirmə ilə yaradılan korporativ informasiya sistemləri üçün daha cəlbedicidir.
Obyekt-yönlü VBIS-lər hələlik çox azdır. Haqqında məlumat olan ilk obyektyönlü sistem JASMINE sayılır [37]. Bu sistem Internet/Intranet mühitləri üçün obyekt-yönlü multimedia tətbiqlərinin yaradılmasını dəstəkləyir.
Obyekt-relasiya tipli sistemlər
Yuxarıda göstərilən üstünlüklərinə baxmayaraq, obyekt-yönlü VBIS-dən istifadə edilməsi həmişə səmərəli olmur. Bir sıra hallarda obyektin verilənlərinin dekompozisiyası heç bir problem yaratmır və tamamilə məntiqli olur. Belə hallarda relasiya modelindən istifadə edilməsi daha səmərəli olur.
Bunu nəzərə alaraq, relasiya VBIS-lərin aparıcı istehsalçıları IBM və ORACLE firmaları özlərinin DB2 və ORACLE relasiya sistemlərinə obyekt-yönlü modelə uyğun üstqurum elementlərini əlavə etmişlər. Beləliklə, bu sistemlərlə işləyən zaman konkret situasiyadan asılı olaraq bu və ya digər modeldən istifadə etmək olar. Yaxın gələcəkdə bu cür hibrid sistemlərin sayının artacağı gözlənilir.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin