Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi


Mühazirə 9 Informasiya sisteminin qurulması üçün VBIS-in və aparat vasitələrinin seçilməsi



Yüklə 0,95 Mb.
səhifə19/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   39
mühazirə VBİS-qisa(1)

Mühazirə 9
Informasiya sisteminin qurulması üçün VBIS-in və aparat vasitələrinin seçilməsi
Informasiya sisteminin qurulmasında və tətbiqində proqram-aparat platformaları onun səmərəli fəaliyyətində böyük rol oynayırlar. IS-in proqam-aparat platformasının seçilməsi problemini iki hissəyə bölmək olar:
- VBIS-in seçilməsi;
- verilənlərin emalı üçün aparat vasitələrinin seçilməsi.
VBIS-in seçilməsi
Müəssisə rəhbərliyi, VB-nin administratoru və adi istifadəçi qarşısında VBIS-in seçilməsi problemi onun əldə edilməsi və ya yeni aparat-proqram platformasına keçid zamanı yaranır.
VBISi-in seçilmə prinsipləri
Məntiqi baxımından VBIS-in seçilməsində əsas prinsip onun IS-ə və VB-yə qoyulan tələblərə cavab verməsidir. Bu məsələnin praktiki həlli o qədər də asan deyil. Əvvala, IS-ə və VB-yə qoyulan tələblər və onların əsasında VBIS-ə qoyulan tələblər çoxdur və onlar vaxt ötdükcə, sistemin istismarı və müşayət edilməsi ərzində dəyişilir. Ikincisi, VBIS-in parametrlərinin sayı çox olduğundan, onların müqayisəsi çətinləşir. Bundan əlavə, VBIS haqqında informasiya əksər hallarda reklam xarakteri daşıyır və düzgün nəticə çıxarmağa imkan vermir.
Qısaca olaraq VBIS-in xarakteristikalarının qiymətləndirilməsi texno-logiyasına və onların qoyulan tələblərə uyğunluğunun təyin edilməsinə baxaq.
Istənilən proqram məhsulunu seçərkən diqqəti əsas parametrlərə cəlb etmək, digər parametrlərə görə isə «mümkün olanı əldə etmək», məsələn, nəzərdə tutulan əməliyyat sistemində işləməyin mümkünlüyü və ya ODBC interfeysinin nəzərə alınması və s. prinsipi ilə hərəkət etmək lazımdır.
VBIS-in seçilməsi prosedurunu 3 mərhələyə bölmək əlverişlidir. Əvvəlcə keyfiyyət səviyyəsində təklif olunan proqram məhsullarının yararlı olub-olmamasını qiymətləndirməklə seçim sahəsini daraltmaq, sonra seçilən sistemlərin texniki xarakteristikalarını daha ətraflı qiymətləndirmək və nəhayət son qərara gəlmək üçün seçilən sistemlərin məhsuldarlığını qiymətləndirmək lazımdır.
Proqram məhsulunun yaralığının əsas göstəricilərinə aşağıdakıları aid etmək olar:
- proqram məhsulunun növü;
- istifadəçilərin katiqoriyaları;
-istifadənin rahatlığı və sadəliyi;
-verilənlərin təsviri modeli;
-tətbiqin hazırlanması vasitələrinin keyfiyyəti;
-VB-nin düzgünlüyünü və təhlükəsizliyini təmin edən vasitələrin keyfiyyəti;
-kommunikasiya vasitələrinin keyfiyyəti;
- hazırlayan firma;
-dəyəri.
Hər bir təşkilat sadalanan göstəriciləri özünə məxsus olaraq əsas və əlavə katiqoriyalarına ayıra bilər.
Lazımi məhsulun axtarışına tələb və imkanların öyrənilməsindən başlamaq məsləhət görülür. Ilk növbədə proqram məhsulundan nə məqsədlə–peşəkar proqramçılar tərəfindən tətbiqi sistemlərin yaradılması üçün, hazırlıqsız istifadəçilərin interaktiv rejimdə işləmələri üçün və ya başqa məqsədlə–istifadə ediləcəyini təyin etmək lazımdır. 1-ci mərhələdə nəzərə alınmalı olan əsas parametrlər proqram məhsulunun növü və istifadəçilərin kateqoriyaları hesab olunur. Həll olunan məsələlərin xüsusiyyətindən asılı olaraq yerdə qalan göstəricilərdən bu və ya digəri əsas kimi götürülə bilər.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin