4.VB jurnalına dəyişikliklərin daxil edilməsi Hər dəfə verilənlər üzərində aparılan dəyişikliklər VBIS tərəfindən avtomatik olaraq jurnala daxil edilir. Bu jurnala istifadəçilər müraciət edə bilməzlər. Bəzi sistemlərdə icra olunan tranzaksiyalar da jurnalda qeyd olunur.
5.VB-nin tamlığının və təhlükəsizliyinin təmin edilməsi VB-nin tamlığı o deməkdir ki, VB-də tətbiq sahəsini adekvat əks etdirən informasiya saxlanır. VB-nin təhlükəsizliyi isə verilənlərin və tətbiqi proqramların şifrələnməsi, parol mexanizmi ilə mühafizəsi və digər vasitələrlə təmin edilməsidir.
Verilənlər bazası (VB)- bir-birilə qarşılıqlı əlaqələndirilmiş, müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunan verilənlər toplusudur. Verilənlər adətən fayllarda (cədvəllərdə) saxlanır. Verilənlər bazası elə təşkil olunur ki:
Istifadəçilər verilənlər bazası ilə işləyərkən VB üzərində aşağıdakı əməliyyatları yerinə yetirirlər: verilənlərin seçilməsi, əlavə edilməsi, dəyişdirilməsi və kənarlaşdırılması. Bu əməliyyatın yerinə yetirilməsi zamanı sistemdə baş verən proseslər və verilənlər mübadiləsi şəkil 1.1.-də göstərilmişdir. Burada adi xətlərlə idarəetməyə görə əlaqələr, tünd xətlərlə isə informasiya əlaqələri işarələnmişdir. Tətbiqi proqram köməyilə istifadəçinin verilənlər bazası ilə qarşılıqlı əlaqələr dövrünü aşağıdakı mərhələlərə ayırmaq olar: