Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi


Tətbiqin hazırlanması vasitələrinin keyfiyyətini



Yüklə 0,95 Mb.
səhifə21/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   39
mühazirə VBİS-qisa(1)

Tətbiqin hazırlanması vasitələrinin keyfiyyətini qiymətləndirərkən aşağıdakılar nəzərə alınır: istifadəçi interfeyslərinin qurulması imkanları; tətbiqi proqramların hazırlanması dilinin imkanları (proqram kodunun avtomatik generasiyası, proqramın sazlanmasının avtomatlaşdırılması, verilənlərin tamlığının avtomatik təmin edilməsi); müxtəlif obyektlərin (ekran formaları, sorğular, hesabatlar və s.) yaradılmasının avtomatlaşdırılması. Üstünlük tamfunksional generatorları («Usta», «Qurucu» və s.) olan və istifadəçinin işləməsi üçün rahatlığı təmin edən sistemlərə verilir.
VB-nin düzgünlüyünü və təhlükəsizliyini təmin edən vasitəlrin keyfiyyəti Müasir informasiya sistemlərində informasiyanın təhlükəsizliyi tələbi VBIS-də adekvat tədbirlərin görülməsini qarşıyı qoyur. Informasiyanın mühafizəsi funksiyalarına müraciət həm proqramları hazırlanması vasitələri səviyyəsində, həm də istifadəçi ilə VB administratoru səviyyəsində nəzərə alınmalıdır.
VB-nin düzgünlüyünün yoxlanması funksiyalarından əsasları aşağıdakılardır:
-VB cədvəlindəki yazıların əsas açara görə unikallığı (bəzi tamfunksional VBIS-lərdə bu yoxdur.);
-istinad tamlığının, yəni yazıların əlavə edilməsi, dəyişdirilməsi və silinməsi zamanı cədvəllər arasındakı əlaqələrin tamlığının avtomatik yoxlanması;
- VB qiymətlərinin düzgünlüyünün yoxlanması: verilənlərin tiplərinin və şablonlara uyğunluğunun yoxlanması, mümkün qiymətlər diapazonunun təyini, qiymətlərin arayış cədvəli ilə yoxlanması və s.
Kommunikasiya vasitələrinin keyfiyyətinin qiymətləndirilməsi zamanı proqram məhsullarının aşağıdakı xassələrinə diqqət yetirilməlidir:
-müxtəlif şəbəkələrdə VBIS-in işini təmin edən şəbəkə protokollarının dəstəklənməsi;
- VB ilə standart interfeyslərin dəstəklənməsi;
- VB-dəki informasiya ilə qrup şəklində işləmək üçün vasitələrin olması: dil vasitələri, istifadəçi interfeysinin funksiyaları, qrupun təşkili, səlahiyyətlərin məhdudlaşdırılması, icazəsiz müraciətlərdən mühafizə üçün administratorun funksiyaları və s.
- fərqli formatlara malik olan VB-lərdən impor edilmədən çevrilmə aparmadan istifadənin mümkünlüyü.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin