Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi



Yüklə 0,95 Mb.
səhifə22/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   39
mühazirə VBİS-qisa(1)

Hazırlayan firma. Proqram məhsulunun seçilməsində onun hansı firma tərəfindən hazırlanması müəyyən rol oynayır. Hazırlayan firmanın sanballı olması aşağıdakı üstünlüklər verir:
-məhsulun yüksək keyfiyyəti;
-sənədlərin və metodik materialların olması;
-yaranan problemlərlə əlaqədar məsləhətlərin alınması üçün «qaynar xəttin» olması;
-daha təkmil variantın yaranması üçün yüksək inamın olması.
Qeyd edək ki, VBIS-in növbəti variantı nisbətən tez meydana gəlir. Məhsulun seçilməsi zamanı onun yaranma tarixinə fikir vermək lazımdır. Ola bilər ki, cari anda rəqabətçi firma tərəfindən məhsulun növbəti variantının yaranmasına az qalıb və həmin məhsul bir çox parametrlərə görə baxılan məhsuldan üstündür.
Daha dayanaqlı maliyyə vəziyyətinə və aparat-proqram vasitəlrinin perspektivli dinamika ilə inkişafına malik olan firmalara üstünlük vermək lazımdır. Firmanın «müvəffəqiyyət» göstəriciləri kimi illik dövriyyə, işçi yeyyət, ümumi məhsulun, o cümlədən, alınan növ məhsulun satış həcmi və s. istifadə edilə bilər.
Məhsulun dəyərinə əsasən proqram məhsulunun növü və hazırlayan firma təsir edir. Tamfunksional VBIS-in dəyəri adətən 5000$ -10000$ arasında olur. VB serverləri isə daha bahalı olur, onların VB prosessorunun nüvəsinin qiyməti on minlərlə dollardan bir neçə yüz min dollara çatır. Sistemin ümumi dəyəriənə həmçinin tətbiqi instrumental vasitələr, sistemin konfiqurasiyasının saxlanması vasitələri, VB-nin inzibatçılığı (administrativliyi) və müşayət edilməsi daxil olur. Bəzən relasiya modelli böyük sistemlərin dəyəri million dollara çatır. Sistemin ümumi dəyərini müəyyənləşdirən əsas amillərdən biri də istifadəçilərin sayı hesab olunur.
Internet şəbəkəsinin meydana gəlməsi nəticəsində proqram məhsullarının, o cümlədən, VBIS-in pulsuz əldə edilməsi imkanı yarandı. Bu cür məhsullara misal olaraq sərbəst yayılan və «kliyent-server» texnologiyası ilə qurulan postrelasiya modelli POSTGRES 95 sistemini göstərmək olar. Lakin bahalı sistemləri Internet vasitəsilə pulsuz əldə etmək mümkün deyil.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin