Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi



Yüklə 0,95 Mb.
səhifə26/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   39
mühazirə VBİS-qisa(1)

Kliyent hissəsində müxtəlif məsələlər həll olunduğundan, ümumi tövsiyyə belə ola bilər: kompüter resurslarına tələbi təhlil etmək və mövcud maliyyə resursları çərçivəsində onları təmin etmək. Məsələn, videotəsvirlərin emalını tələb edən tətbiqi proqramlar video sistem xarakteristikaları (video yaddaşın tutumu, monitorun seçmə qabiliyyəti, prosessorun işləmə sürəti) yaxşı olan kompüterlərdə yerinə yetirilməlidir.
Server hissəsi haqqında isə daha müəyyən danışmaq olar, çünki onun sistem resurslarına olan tələbləri həll olunan tətbiqi məsələlərin xüsusiyyətlərindən az asılıdır. Serverlərdə əsas kompüter resurslarından istifadə edilməsinin xüsusiyyətlərinə qısaca nəzər yetirək.
Əsas yaddaş. Əsas yaddaşın (ƏY) xarakteristikaları, ələlxüsus tutumu, kompüterin xarakterisitkaları içərisində ən vacibləri sayılır. Kompüteri seçərkən yaddaşın tuğtumunun gələcəkdə artırılması imkanı nəzə alınmalıdır. Müasir kompüterlərin əksəriyyətində bu imkan var. Əsas yaddaşda verilənlər və proqramlar saçxlanır. VBIS-lə işləyərkən, ƏY-nin böyük bir hissəsi xarici yaddaşla mübadilə aparmaq üçün bufer (keş) kimi istifadə olunur. Kifayət qədər tutumlu keş yaddaşın olması daxiletmə/xaricetmə əməliyyatlarının sayını azaltmaqla, hesablama sisteminin məhsuldarlığını artırır. Müqayisə üçün qeyd edək ki, əsas yaddaşa müraciət maqnit disk yaddaşına müraciətə nisbətən 30000 dəfə tez yerinə yetirilir.
Tələb olunan bufer sahəsinin optimal ölçüsünün təyin edilməsi mürəkkəb məsələdir. Bunun əsas səbəbi ondan ibarətdir ki, bir çox amillərdən (həll olunan məsələlərdən, kliyent maşınların xarakteristikalarından, istifadəçilərin katiqoriyalarından və s.) asılı olaraq tətbiqi proqramların verilənlərə olan təlabatlarını əvvəlcədən təyin etmək mümkün deyil.
Buferin ölçüsünü təyin etmək üçün aşağıdakı üsullardan istifadə etmək olar: 1) serverdə informasiyanın emalı proseslərinin modelləşdirilməsi; 2) yaddaş sərfinin statistikasının təhlili. Müasir VBIS-lərin çoxunda keşdən səmərəli istifadə edilmənin qiymətləndirilməsi vasitələri mövcuddur. Çox vaxt keş bölünən yaddaş massivi kimi reallaşdırılır və onun ölçüsü idarəetmə faylında və ya VBIS cədvəllərində xüsusi parametrlə təyin edilir. Göstərilən üsullardan istifadə edilməsi çətin olduqda və həmçinin server ilk dəfə quraşdırıldıqda keşin ölçüsünü aşağıdakı emprik qaydalardan biri ilə təyin etmək olar.

Mühazirə 10



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin