1.Tətbiqi proqramla dialoq prosesində terminalın (1) istifadəçisi müəyyən verilənləri VB-dən almaq üçün sorğu formalaşdırır (2).
2.Tətbiqi proqram (3) verilənlərlə əməliyyat dilinin(SQL) vasitələri ilə sorğunu (4) formal şəklə salıb, VBIS-ə müraciət edir.
3. VBIS verilənlər lüğətinin köməyilə tələb olunan verilənlərin yerini təyin edir və onları əldə etmək üçün əməliyyat sisteminə (ƏS) müraciət edir (5).
4.ƏS-in fayl sisteminin proqramları seçilən verilənləri xarici yaddaşdan oxuyur və VBIS-in sistem buferlərində yerləşdirir (6).
5. VBIS alınan verilənləri tələb olunan formata çevirərək, onları tətbiqi proqramın uyğun sahəsinə köçürür (7) və əməliyyatın qurtarması haqda müəyyən formada siqnal verir (8)
1
6.Tətbiqi proqram(3) VB-dən seçilən veriləniəri istifadəçinin terminalinda (1) əks etdirir(9).
Istifadəçinin VBIS-lə dialoq rejimində işləməsi zamanı (tətbiqi proqramsız) VB ilə istifadəçinin qarşılıqlı əlaqə dövrü sadələşir:
1.Terminalın(10) istifadəçisi (14) sorğu dilində sorğunu formalaşdırır və verilənlərin seçilməsi tələbi ilə VBIS-ə müraciət edilir (11).
2.VBIS tələb olunan verilənlərin yerini müəyyənləşdirir və onların seçilməsi üçün ƏS-ə müraciət edir (5). ƏS seçilən verilənləri xarici yaddaş-dan oxuyub VBIS-in sistem buferlərində yerləşdirir (6).