Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi


ORACLE PVBİS-in XARAKTERİSTİKASI



Yüklə 0,95 Mb.
səhifə33/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   39
mühazirə VBİS-qisa(1)

ORACLE PVBİS-in XARAKTERİSTİKASI
Oracle VBİS-i – müxtəlif əməliyyat mühitlərində işi dəstəkləyən relyasiyalı verilənlər bazalarının müasir idarəetmə sistemidir. Oracle sistemi ən müasir texnologiyaları reallaşdırır və çoxlu imkanları dəstəkləyir ki, bu da onu kifayət qədər güclü sistem kimi xarakterizə etməyə imkan verir. Oracle VBİS-in arxitekturası iki mühüm hissədən ibarətdir: 1) proqram təminatından ibarət nüvə, və 2) sistem səviyyəsinin verilənlərinin strukturlarından ibarət verilənlər lüğəti. Verilənlər lüğəti verilənlər bazasını idarə edən nüvə tərəfindən istifadə edilir. VBİS-ə verilənlərə girişi idarəetmə üçün xüsusi olaraq hazırlanmış əməliyyat sistemi kimi baxmaq olar; onun əsas funksiyaları verilənləri saxlamaq, seçmək və təhlükəsizliyin təmin etməkdir. Əməliyyat sisteminə oxşar olaraq Oracle VBİS- VB-nin eyni zamanda işləyən istifadəçilərinə bəzi resurslar yığımına girişini idarə edir. VBİS-in alt sistemləri əməliyyat sisteminin uyğun olan alt sistemləri ilə çox oxşardır və ƏS-nin yaddaş, mərkəzi prosessor, giriş-çıxışın qurğuları və fayl strukturları kimi resurslara giriş xidməti funksiyaları ilə güclü inteqrasiya etmişdir. VBİS-in alt sistemləri icazəli istifadəçilərin şəxsi siyahısını dəstəkləyir və onların imtiyazları; keş yaddaşı və səhifə mübadiləsini idarə edir; bölünən resursları bloklayır; cədvəl sahəsindən istifadə edir; istifadəçinin sorğularını qəbul edir icra üçün planlaşdırır. Oracle VBİS-in VB-ni idarə edən nüvəsinin əsas funksiyalarına aşağıdakılar aiddir:
1) giriş-çıxış;
2) yaddaşı idarə etmək;
3) blokirovkaları idarə etmək;
4) tranzaksiyaları idarə etmək;
5) paylanmış əməliyyatlara nəzarət;
6) tranzaksiya jurnallarının doldurulması və verilənlər bazasının bərpası;
7) verilənlərin saxlanılmasının idarə edilməsi;
8) prosesin idarə edilməsi;
9) verilənləri idarəetmə dilinin dəstəklənməsi;
10) informasiyanın mühafizə edilməsi.
Oracle VBİS-i mürəkkəb proqram məhsuludur. Buna görə Oracle verilənlər bazası ilə istifadəçilərin işini təmin etmək üçün bütün sistemin işinə cavabdehlik daşıyan mütəxəssislər, yəni verilənlər bazasının administratorları tələb olunur. Məsələn, verilənlər bazasının administratorunun funksiyalarına aşağıdakılar daxil olur:
1) Oracle-nin nüsxəsinin yaradılması və onun işə salması;
2) VB-nin ilkin variantının yaradılması və sonradan onun genişləndirilməsini planlaşdırmaq;
3) sistemdə istifadəçilərin qeydiyyatı, onların imtiyazların, rollarının və profillərinin təyini;
4) VB-ın işinin izlənilməsi və onun fəaliyyətinin optimallaşdırması üzrə tədbirlər görmək;
5) VB-nin ehtiyat surətlərinin yaradılması və imtinadan sonra VB-nin bərpa edilməsi.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin