Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi


ORACLE VERILƏNLƏR BAZASININ OBYEKTLƏRİ



Yüklə 0,95 Mb.
səhifə34/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   39
mühazirə VBİS-qisa(1)

ORACLE VERILƏNLƏR BAZASININ OBYEKTLƏRİ
Oracle verilənlər bazasın obyektlərin müxtəlif tiplərdən ibarətdir. Onlar iki kateqoriyaya bölmək olar: sxem obyektləri və sxemə mənsub olmayan obyektlər,
Sxem – bu verilənlərin müxtəlif məntiqi strukturlu obyektlər yığımıdır. Hər sxem VB istifadəçisinə aiddir və onunla eyni ada malikdir. Sxemə aşağıdakı obyektlərdən ibarət ola bilər:
1) cədvəllər (tables);
2) təqdimetmələr və ya görünüşlər (views);
3) sinonimlər (synonyms);
4) ardıcıllıqlar (sequence);
5) indekslər (indexes);
6) klasterlər (clusters);
7) VB ilə əlaqələr (database links);
8) şəkillər (snapshots);
9) triggerlər (triggers);
10) saxlanılan prosedurlar və funksiyalar (stored procedures and functions);
11) paketlər (packages).
Sxemə aid olmayan, amma VB-da saxlanılan obyektlərə profillər, rollar, istifadəçilər, cədvəl fəzaları, müvəqqəti seqmentlər aiddir.


Obyektyönlü VBİS
Obyektyönlü verilənlər bazaları (OYVD) istiqaməti yaxın vaxtlarda yaranmışdır. Ən ümumi və klassik yanaşmada obyektyönlü yanaşma aşağıdakı konsepsiyalara əsaslanır:
• obyekt və obyektin identifikatoru;
• atributlar və metodlar;
siniflər;
• iyerarxiyalar və siniflərin varislikləri.
Obyektyönlü dillərdə və sistemlərdə real dünyanın istənilən mahiyyəti obyekt şəklində modelləşdirilir. istənilən obyekt özünün yaradılması zamanı sistem tərəfindən generasiya edilən unikal identifikator alır. Bu identifikator obyektin mövcud olduğu vaxtda həmişə obyektlə əlaqəlidir və obyekt vəziyyətini dəyişdikdə o dəyişmir.
Hər obyektin vəziyyəti və davranışı vardır. Obyekt vəziyyəti - onun atributlarının qiymətləri yığımıdır. Obyektin davranışı - obyektin vəziyyəti üzərində əməliyyat aparan metodlar yığımıdır (proqram kodudur). Obyektin atributunun qiyməti də həmçinin müəyyən obyekt və ya obyektlər çoxluğudur. Obyektin vəziyyət və davranışı obyektdə inkapsulyasiya olunmuşdur; obyektlərin qarşılıqlı təsiri məlumatların ötürülməsi və müvafiq metodların icrası əsasında həyata keçirilir.
Postgres sisteminin bir xüsusiyyəti onu obyektyönlü VBİS-in xüsusiyyətlərinə yaxınlaşdırır. Postgres-də verilənlər münasibətləri sahələrində istifadəçilər tərəfindən müəyyən edilmiş verilənlərin abstrakt tiplərini saxlamağa yol verilir. Bu VB-da davranış aspektinin tətbiqi imkanını təmin edir, yəni OYVB-nin həll etdiyi məsələni həll edir, hərçənd, əlbəttə, Postgres verilənlər modelinin semantik imkanları obyektyönlü verilənlər modellərindəkindən əhəmiyyətli dərəcədə zəifdir. Əsas fərq ondan ibarətdir ki, Postgres sinfinin sistemləri həm xarici proqramlaşdırma sistemi, həm də verilənlər bazalarını idarəetmə sistemi tərəfindən eyni cür anlanılan proqramlaşdırma dilinin mövcudluğunu nəzərdə tutmur.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin