Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi


Paylanmış VBİS-lərin xarakteristika və xüsusiyyətləri



Yüklə 0,95 Mb.
səhifə37/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   39
mühazirə VBİS-qisa(1)

Paylanmış VBİS-lərin xarakteristika və xüsusiyyətləri


Paylanmış VBİS-in funksiyaları. Tipik PVBİS, ən azı, mərkəzləşdirilmiş VBİS üçün müəyyən edilmiş bütün funksional imkanlar yığımını təmin etməlidir. Bundan başqa, PVBİS aşağıdakı funksional imkanları da yerinə yetirməlidir.
1. Uzaq saytlara girişi və şəbəkəyə daxil olan saytlar arasında sorğuları və verilənləri ötürməyə imkan verməlidir.
2. Kataloqda şəbəkədə verilənlərin paylanması haqqında məlumatları saxlamalıdır.
3. Paylanmış sorğuların emalı vasitələri sorğuların optimallaşdırmasını və uzaqdan müraciətin təşkilini təmin etməlidir.
4. Paralelliyi idarəedən genişləndirilmiş funksiyalar replika edilən (təkrarlanan) verilənlərin tamlığını dəstəkləməlidir.
5. Genişləndirilmiş bərpa funksiyaları saytların və əlaqə xətlərinin işində imtinaların ola biləcəyini nəzərə almalıdır.
Alternative Technologies firmasının prezidenti Makqovern paylanmış VBİS–lərin dəstəkləməli olduğu 13 əsas funksiyanı göstərmişdir. Onlara ətraflı baxaq. 
1. Verilənlərin paylanmış lüğəti (direktoriya). Lüğət verilənlərin tipi, onların yerləşdiyi yer və verilənlərə müdaxilə üsulu haqqında informasiyadan ibarətdir.
2. Dəyişikliklərin ikifazlı qeydiyyatının şəffaf protokolu. Bu protokol verilənlərin ziddiyətsizliyini təmin edir. Bir neçə qovşaqda verilənləri dəyişdirən tranzaksiya icra edildikdə ikifazalı qeydiyyat protokolu bütün tranzaksiyaların müvəffəqiyyətlə icrasını yalnız o halda təmin edir ki, hər bir qovşaqda emaletmə müvəffəqiyyətlə yerinə yetirilmış olsun. Əgər qovşaqlardan birində emaletmə müvəffəqiyyətlə yerinə yetirilməmişdirsə, o bütün tranzaksiyaların işinin nəticələri ləğv edir.
3. Üfqi və şaquli fraqmentasiya. Bu funksiya VB cədvəlini sətirlər (üfqi) və sütunlar (şaquli) üzrə "parçalamağa" və bu cədvəllərin hissələrini şəbəkənin müxtəlif qovşaqlarında yerləşdirməyə imkan verir.
4. Məlumatların surətinin çıxarılmasının müstəqilliyi. VBİS-in bu xüsusiyyəti şəbəkənin qovşaqlarında əlavənin (proqramın) məhsuldarlığını azaltmadan və verilənlərin ziddiyətsizliyini pozmadan verilənlərin surətlərini yaratmağa imkan verir.
5. Paylanmiş təqdimatlar (views). Təqdimat müxtəlif qovşaqlarda yerləşən cədvəllərin birləşdirilməsi (join) əməliyyatının icrası zamanı formalaşdırıla bilər.
6. Paylanmış sorğuların optimallaşdırılması. Mürəkkəb əməliyyatların, məsələn, cədvəllərin birləşdirilməsi alqoritmlərinin optimallaşdırılması verilənlərin qlobal şəbəkədə yerləşdirilməsini nəzərə almaqla yerinə yetirilir. Bu halda şəbəkənin yolvermə qabiliyyəti, onun yükləməsi və ötürülən informasiyanın həcmi, qovşaqların hesablama gücü nəzərə alınır. Bu informasiya əsasında cədvəllərin harada birləşdirilməsi haqqında (ən çətin əməliyyat kim) qərar qəbul edilir.
7. Tamlığın paylanmış məhdudiyyətləri. Bu funksiya verilənlərin istinad tamlığını təmin edir. Qovşaqlarda bəzi cədvəl-ustalardan asılı olan cədvəllər ola bilər. Cədvəl-ustalara dəyişiklik edildikdə avtomatik olaraq asılı cədvəllərin də modifikasiyası baş verir.
8. Lokal avtonomluq. Konkret qovşağın VB administratoru həm də bu qovşağın lokal VB verilənlərinə tam nəzarət edir. O başqa qovşaqların administratorlarından asılı olmayaraq sərbəst işləyə bilər.
9. Fasiləsiz emaletmə (continual operation). VB-ın lokal qovşağında yerinə yetirilən emaletmə digər qovşağın əmrləri ilə dayandırıla bilməz. Yəni, hər qovşaqda emaletmə asılı olmadan və tam yerinə yetirilir.
10. Yerləşmə müstəqilliyi. Verilənlərin saxlandığı yerlərin dəyişdirilməsi bu verilənlərlə işləyən əlavələrin (proqramların) dəyişikliyinə səbəb olmur.
11. Paylanmış tranzaksiyaların emalı. Bir neçə qovşaqda dəyişiklik edən tranzaksiya icra edildikdə də tamlıq məhdudiyyəti dəstəklənməlidir.
12. Eyni zamanda verilənlərə giriş vaxtı yaranan qlobal emaletmə və qarşılıqlı qapama problemləri. Verilənlərin qapanması VB-ın bütün qovşaqlarda yerinə yetirilə bilər. İki qovşağın bir-birini nə zaman qarşılıqlı qapaması aşkar edilməli və bu vəziyyət həll edilməlidir.
13. Kompyuterlərin tipindən, əməliyyat sistemlərindən, şəbəkə protokollarından, VBİS-in tiplərindən asili olmamaq. Bu müstəqillik həm VBİS-in təməl vasitələrinin, həm də şlüzlərin (gateways) istifadə edilməsi yolu ilə həyata keçirilir.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin