Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi


PVBİS-də şəffaflığın təmini



Yüklə 0,95 Mb.
səhifə38/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   39
mühazirə VBİS-qisa(1)

PVBİS-də şəffaflığın təmini
PVBİS-in tərifində iddia edilir ki, sistem son istifadəçi üçün paylanmış verilənlərin saxlanılmasının şəffaflığını təmin etməlidir. Şəffaflıq dedikdə sistemin reallaşdırılması incəliklərinin istifadəçilərdən gizlədilməsi anlaşılır. Məsələn, mərkəzləşdirilmiş VBİS-də proqramların verilənlərdən asili olmamasının təmininə də şəffaflığın bir forması kimi baxmaq olar, belə ki, bu halda verilənlərin təyini və saxlanılmasının təşkilində olan dəyişikliklər istifadəçidən gizlədilir. Paylanmış VBİS-lər şəffaflığın müxtəlif səviyyələrini təmin edə bilər. Ancaq istənilən halda məqsəd birdir: paylanmış verilənlər bazası ilə işi adi mərkəzləşdirilmiş VBİS-lə işə tamamilə analoji etmək. Şəffaflığın bütün növlərini istənilən PVBİS–də nadir hallarda tapmaq olar. PVBİS –də baş verə biləcək şəffaflıq aşağıdakılardır:
1) paylanmanın şəffaflığı;
2) tranzaksiyaların şəffaflığı;
3) yerinə yetirmənin şəffaflığı;
4) VBİS-dən istifadənin şəffaflığı.
Paylanmanın şəffaflığı. VB-ın paylanmasıının şəffaflığı son istifadəçilərə verilənlər bazasını vahid məntiqi bütöv sistem kimi qəbul etməyə imkan verir. Əgər PVBİS paylanmaının şəffaflığını təmin edirsə, onda istifadəçiyə verilənlərin fraqmentliyi (fraqmentliyin şəffaflığı) və ya onların yerləşdirilməsi (yerləşmənin şəffaflığı) haqqında hər hansı biliklər tələb olunmur.
Fraqmentliyin şəffaflığı paylanmaının şəffaflığının ən yüksək səviyyəsidir. Əgər PVBİS fraqmentliyin şəffaflığını təmin edirsə, onda istifadəçiyə bilmək tələb olunmur ki, verilənlər məhz necə fraqmentləşdirilmişdir.
Yerləşmənin şəffaflığı paylanmanın şəffaflığının orta səviyyəsini təşkil edir. Bu halda istifadəçi sistemdə verilənlərin fraqmentləşdirilməsi üsulları haqqında məlumatlara malik olmalıdır, amma ona məlumatların yerləşməsi haqqında məlumatlar lazım olmur.
Yerləşmənin şəffaflığı şəffaflığın daha bir tipi ilə – replikasiyanın şəffaflığı ilə çox sıx bağlıdır. Replikasiyanın şəffaflığı onu bildirir ki, istifadəçiyə fraqmentlərin mövcud replikasiyası haqqında məlumatlara malik olmaq tələb olunmur. Replikasiyanın şəffaflığının altında replikaların yerləşməsinin şəffaflığı başa düşülür. Ancaq elə sistemlər mövcud ola bilər ki, onlar yerləşmənin şəffaflıqlarını təmin etmir, amma replikasiyanın şəffaflığını dəstəkləyir.
Lokal təsvirin şəffaflığı – paylanmanın şəffaflığının ən aşağı səviyyəsidir. Sistemdə lokal təsvirin şəffaflığı mövcud olduqda istifadəçiyə həm istifadə edilən fraqmentlərin adlarını, həm də verilənlərin müvafiq elementlərinin yerləşməsini göstərmək lazımdır.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin