Bütün verilənlər bazaları iki tipə bölünür: əməliyyat və analitik. Əməliyyat tipi əsasən məlumatların gündəlik yığılması, emalı və saxlanılması üçün istifadə olunur. Saxlanılan məlumatlar dinamikdir, daim yenilənir. İstehsalat müəssisələri, satış şırkətləri, xəstəxanalar və s. əməliyyat verilənlər bazalarından istifadə edirlər, çünki onların məlumatları daim yenilənmə vəziyyətindədir. Əməliyyat məlumat bazalarının ədəbiyyatda rast gələn başqa bir adı OLTP (Online Transaction Processing) – real zamanda əməliyyatların emalı.
Analitik verilənlər bazaları müəyyən vaxt ərzində yığılmış məlumatların dinamikasını və dəyişməsini izləmək üçün istifadə olunur. Saxlanılan məlumatların tipi statikdir, yəni heç vaxt dəyişmir və ya nadir hallarda dəyişir. Marketinq araşdırmaları ilə məşğul olan şirkətlər, kimyəvi laboratoriyalar, geologiya şirkətlərini analitik verilənlər bazaları işlədən şirkətlər kimi nümunə göstərmək olar. Analitik məlumat bazalarının ədəbiyyatda rast gələn başqa bir adı OLAP (Online Analytical Processing) – məlumatların real zamanda analitik emalı.
Verilənlərin modelləri
Verilənlərin modeli onların necə və hansı qaydalarla strukturlaşmasını təyin edir.
Verilənlərin struktur modelləşdirilməsi üçün klassik və onların əsasında yaradılmış yeni modellərdən istifadə olunur. Klassik modellərə aşağıdakılar aiddir: iyerarxik, şəbəkə, relyasiya və obyekt-yönlü modelləri. Müasir modellər isə postrelyasiya və çoxölçülüdür.
İyerarxik model verilənlərin qraf şəkilində təsvirinə əsaslanır. Sxemin qraf diaqramında təpələr (düyünlər) mahiyyətlərin tipini, budaqlar isə mahiyyətlər arasındakı əlaqələri göstərir.
a) mümkün əlaqələr- «birin-birə» (1:1), «birin-çoxa» (1:M), «çoxun-birə» (M:1);
b) əlaqələr ağacvari struktura malikdirlər.
Əgər verilənlər təbii olaraq ağacvari struktura malikdirsə, iyerarxik modelin tətbiqi heç bir problem yaratmır. Lakin İyerarxik modeldə struktur dəyişikliklərinin aparılması, xüsusən altağaclann ağacdan kənarlaşdırılması və ya ağaca əlavə edilməsi böyuk çətinliklərlə əlaqədardır.
Ş əbəkə modeli də iyerarxik model kimi verilənlərin qraf diaqramı şəklində təsvirinə əsaslanır. İyerarxik modeldən fərqli olaraq, şəbəkə modelində (1:1), (1:M), (M:1) funksional əlaqələrlə yanaşı «çoxun-çoxa» (M:N) əlaqəsi də həyata keçirilir.
Relyasiya modeli (RM) verilənlərin strukturlarının nisbətlər şəklində təsvirinə və cədvəl formasında ifadə olunmasına əsaslanır. Relyasiya modelinin əsas üstün cəhətləri aşağıdakılardır:
relasiya modeli nisbətlər üzərində müxtəlif əməliyyatların aparılmasına və nisbətlər arasında istənilən tip əlaqənin reallaşdırılmasına imkan yaradır.
Cədvəllərin sayı artdıqca VB ilə işləmə sürəti aşağı düşür. Ona görə də mürəkkəb strukturlu böyük VB-lərin qurulması üçün obyektyönlü modeldən istifadə olunur
Cədvəl 2.1. Relyasiya modelinin elementləri
Hər bir nisbətdə bir və ya bir neçə atributdan açar kimi istifadə oluna bilər.
Açar- elə atribut və ya atributlar birləşməsidir ki, onun qiyməti ilə nisbətin hər bir korteji birmənalı təyin olunur. Nisbət bir neçə açara malik ola bilər. Onlara mümkün və ya potensialaçarlar deyilir. Baxılan halda onlardan biri seçilir və ona birinci və ya əsas açar deyilir. Açarlardan aşağıdakı məqsədlər üçün istifadə olunur.: