Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi


İstifadəçilərin İS ilə əlaqə yaratması üçün 3 dil vasitəsindən istifadə olunur: sorğu dili, menyu dili və təbii dil



Yüklə 0,95 Mb.
səhifə7/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   39
mühazirə VBİS-qisa(1)

Strukturlaşdırılmış sorğu dili_SQL. Verilənlərin tipləri.


İstifadəçilərin İS ilə əlaqə yaratması üçün 3 dil vasitəsindən istifadə olunur: sorğu dili, menyu dili və təbii dil.

Sorğu dilində istifadəçinin informasiya tələbi ciddi formal qaydalarla qurulan dildə istifadə olunur. İS-də standart dil kimi qəbul olunmuşdur. Sorğu dilinin imkanları geniş olduğundan, ondan həm reqlamentli, həm də ixtiyari sorğuları ifadə etmək üçün istifadə oluna bilər. Lakin bu dildə işləmək istifadəçilərdən xüsusi hazırlıq tələb edir.

Menyu dili hazırlıqsız istifadəçilərin İS ilə əlaqəsi üçün ən əlverişli ünsiyyət vasitəsidir. Əvvəlcədən planlaşdırılmış sorğular menyuya salınır və sistem həmin sorğuların emalı üçün hazırlanır. Menyu dili istifadəçilər üçün əlverişli olmasına baxmayaraq, ixtiyari sorğuların emalı üçün yaramır.

Təbii dil İS ilə ünsiyyət üçün ideal vasitədir. Lakin təbii dilin mürəkkəbliyi eyni fikirlərin müxtəlif ifadə üsulları, vahid terminalogiyanın olmaması və s. onun reallaşdırılmasını xeyli çətinləşdirir və bu səbəbdən də indiyədək İS-də ünsiyyət vasitəsi kimi təbii dildən istifadə olunması problemi həll olunmamışdır.




Sorğu dilləri haqqında ümumi məlumat.
VB-də saxlanan verilənləri əl üsulu ilə emal etmək olar. Bu halda VBIS-in uyğun vasitələrindən istifadə etməklə cədvəllərdəki verilənlərə ardıcıl olaraq baxmaq və onları redaktə etmək mümkündür. Lakin əl üsulu ilə verilənlərin emalı çox vaxt aparır və səmərəli olmur. Verilənlər üzərində əməliyyatlar çoxluğunu aparmaq, yəni yazıları cədvəllərə daxil və xaric etmək, redaktə etmək və həmçinin cədvəllərdən verilənləri seçmək üçün sorğu dillərindən istifadə olunur.
Relyasiya modelli VB üçün əsasən 2 dildən istifadə olunur:
-QBE (Query By Example)- nümunəyə görə sorğu dili;
- SQL (Structured Query Language )- strukturlaşdırılmış sorğu dili.
Sorğuların təsviri zamanı verilənlərlə əməliyyat aparmaq imkanlarına görə bu dillər praktik olaraq ekvivalentdirlər. Onların əsas fərqi sorğunun tərtibi üsullarındadır: QBE dili sorğunun əllə və vizual tərtibini nəzərdə tutur, SQL dilindən istifadə isə sorğunun proqramlaşdırılması deməkdir.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin