6. Məhsuldarlığın təmini və dəyişilən tələblərə reaksiya
7. Verilənlərin təhlükəsizliyi və tamlığı
Verilənlər bazasının administratoruna bir mütəxəssis kimi ciddi tələblər qoyulur. O informasiya texnologiyaları üzrə yüksək ixtisas səviyyəsinə malik olmalıdır ki, verilənlərin strukturunu, təşkil və emal üsullarını, dil və proqram vasitələrini araşdıra bilsin və düzgün qərarlar qəbul etsin. VB-nin administratoru həmçinin verilənlərin aid olduğu müəssisənin işini yaxşı təsəvvür etməli və verilənlərdən necə istifadə edilməsini bilməlidir. Bir sözlə, VB-nin administratorundan texniki bilikdən əlavə, tətbiq sahəsini yaxşı bilmək, istifadəçilərlə ünsiyyəti bacarmaq və alternativ hallarda mövcud standarlara uyğun qərarlar qəbul etmək tələb olunur.
Mühazirə 8
Verilənlər bazalarının idarəetmə sistemlərinin təsnifatı
Verilənlər bazalarının idarəetmə sistemlərini əsasən aşağıdakı əlamətlərə görə edirlər: 1) VBIS-in reallaşdırdığı proqramın növünə görə; 2) istifadə edilmənin xarakterinə görə; 3)verilənlərin modelinə görə.
Reallaşdırılan proqramın növünə görə VBIS-lərin təsnifatı
Reallaşdırılan proqramın növünə görə VBIS-ləri aşağıdakı siniflərə ayırırlar: 1)tamfunksional sistemlər; 2) VB serverləri; 3) VB kliyentləri; 4) VB ilə işləyən tətbiqi proqram hazırlamaq üçün vasitələr.
1. Tam funksional sistemlərə 70-ci illərin ortalarından başlayaraq tətbiq olunan ənənəvi VBIS-lər daxildir. Onlar əvvəlcə böyük, sonra mini və mikro (fərdi) kompüterlər üçün yaradılmışdır. Hazırda bu sinif sistemlərin çoxlu sayda, güclü və geniş imkanlı variantları mövcuddur. Onlara misal olaraq Clarion Database Developer, Data Ease, DataFlex, DBase IV, Access, FoxPro, Paradox, R:Base və s. göstərmək olar. Bu sistemlərin hamısı VB ilə on-line rejimində menyu əmrləri ilə işləmək üçün mükəmməl qrafik interfeysə malikdirlər. Sorğuların və hesabatların tərtib edilməsi üçün proqramlaşdırmaya ehtiyac yoxdur, bu işi sistemlərin hamısının dəstəklədikləri QBE dili vasitəsilə asan yerinə yetirmək mümkündür. Bundan əlavə, müasir funksional sistemlərin hamısı SQL dilini dəstəkləyirlər və onlardan bir çoxu peşəkar istifadəçilərə sistemin daxili dilində proqramlaşdırma vasitələri təqdim edirlər.
Bəzi sistemlərin tərkibinə əlavə olaraq VB-nin layihələndirilməsinin avtomatlaşdırılması üçün CASE vasitələri də daxil edilir. Digər verilənlər bazalarına və ya SQL-serverlərin verilənlərinə müraciət etmək üçün tam funksional VBIS-lər fakultativ modullara malikdirlər.
Dostları ilə paylaş: |