Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi



Yüklə 0,95 Mb.
səhifə16/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   39
mühazirə VBİS-qisa(1)

2.VB serverləri-kompüter şəbəkələrində verilənlərin emalı mərkəzlərinin təşkili üçün nəzərdə tutulur. Bu sinif VBIS-lər azdır, lakin onların sayı ildən-ilə artır. VB serverləri digər proqramlar (kliyentlər) tərəfindən SQL operatorları ilə verilmiş sorğulara görə verilənlər bazalarını idarə edirlər. VB serverlərinə misal olaraq aşağıdakı proqram sistemlərini göstərmək olar: NetWare SQL (Novell), SQL Server (Microsoft), InterBase (Borland), SQL BaseServer (Gupta), Intelligent DataBase (Ingress), Sybase (Sybase) və s.
3.VB kliyentləri - VB serverlərinə verilənlər üçün sorğu göndürən və alınan informasiyanı emal edib tələb olunan hesabata uyğun istifadəçilərə çatdıran proqramlardır. Bu proqramlar kimi tamfunksiyalı VBIS-lər, elektron cədvəllər, mətn prosessorları, elektron poct proqramları və s. istifadə edilə bilər. Bu zaman «kliyent-server» cütlüyünün elementləri eyni və ya müxtəlif firmaların proqram məhsulları ola bilər. Ümumi sistemin kliyent və server hissələri eyni firmanın məhsulu olduqda, onlar arasında funksiyaların paylanması rasional olur. Digər hallarda adətən «nəyin bahasına olursa olsun» prinsipi ilə verilənləri əldə etmək məqsədi güdülür. Bu cür birləşməyə misal olaraq hər hansı tamfunksional VBIS-dən birinin VB serveri, digərinin (başqa firmanın məhsulu) isə VB kliyenti rolunda çıxış etməsini göstərmək olar.
4.VB ilə işləmək üçün tətbiqi proqram hazırlayan vasitələr kliyent proqramlarının, VB serverlərinin və onların komponentlərinin, istifadəçilərin tətbiqi proqramlarının yaradılması üçün istifadə edilir. 1-ci və 2-ci qrup vasitələr əsasən sistem proqramları üçün nəzərdə tutulur. Istifadəçilərin tətbiqi proqramlarının hazırlanması üçün vasitələrə müxtəlif proqramlaşdırma sistemləri, proqramlaşdırma dilləri üçün proqram kitabxanaları və həmçinin CASE vasitələri aiddir
Göstərilənlərdən başqa, verilənlərin idarə edilməsi və VB-yə xidmət edilməsi üçün müxtəlif əlavə vasitələrdən, məsələn, tranzaksiyalar monitorlarından da istifadə edilir.
Istifadə edilmənin xarakterinə görə VBIS-lərin təsnifatı
Istifadə edilmənin xarakterinə görə VBIS-ləri 2 sinfə bölürlər: 1) fərdi VBIS-lər; 2) çoxistifadəçili VBIS-lər.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin