Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi


Məhsuldarlığın qiymətləndirilməsi



Yüklə 0,95 Mb.
səhifə24/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   39
mühazirə VBİS-qisa(1)

Məhsuldarlığın qiymətləndirilməsi
VBIS-in analizi və sınaqdan keçirilməsi ilə müxtəlif təşkilatlar, o cümlədən, PC MAGAZINE jurnalının laboratoriyası məşğul olur. VBIS-in məhsuldarlığının analizi üçün onun təklif etdiyi metodikaya qısa nəzər yetirək.
Relasiya VBIS-in testlənməsi AS3AP (ANSI SQL Standart Scalable and Portable) dəstinin etalon testləri vasitəsilə aparılır. Həmin testlərlə VB ilə aparılan əməliyyatlar yoxlanılır, biristifadəçili və çoxistifadəçili mühitlər modelləşdirilir. Sınaqdan keçirilən VB-yə hər biri 100 min yazıdan ibarət olan 4 cədvəl daxildir.
Tətbiq edilən əsas testlər aşağıdakılardır: «Açarlı axtarış», «Açarsız axtarış», «Yükləmə və indeksləmə», «Yeniləşmə», «Birbaşa müraciətlə oxuma», «Birbaşa müraciətlə yazma», «Hesabatın generasiyası». Testlənmə-ni aparmaq üçün proqram məhsulu hazırlayan hər bir firma test sınaqlarını inisiallaşdıran tətbiqi proqramlar tərtib edir.
Sadalanan testlərlə qiymətləndirilən əsas göstərici kimi vaxt götürülür, yəni hər bir sistem etalon sorğuları yerinə yetirmək üçün nə qədər vaxt sərf edir. Məhsuldarlığın göstərilən parametrlərinə görə 1995-ci ildə yüksək keyfəiyyətli hesab olunan 10 VBIS qiymətləndirilmişdir. Ümumən liderliyi MS FOXPRO sistemi qazanmışdır. Lakin bu sistemin o vaxtkı variantlarında VB-nin tamlığına nəzarət vasitələri yox idi.
Ümumiyyətlə, məhsuldarlıqları çox da fərqlənməyən VBIS-lər içərisində verilənlərin tamlığına və təhlükəsizliyinə nəzarəti təmin edən vasitələrə malik və istifadəçi interfeysinin imkanları geniş olan sistemə üstünlük verilir.


Aparat vasitələrinin seçilməsi
Informasiya sisteminin qurulması zamanı VBIS-in seçilməsindən əlavə proqram və aparat vasitələrinin strukturunun əsaslandırılması məsələsini də həll etmək lazımdır. Verilənlərin emalının proqram-aparat təminatının rasional strukturunun təyini üçün aşağıdakı suallara cavab vermək lazımdır:
-VBIS hansı struktura (biraxınlı və ya çoxaxınlı) malikdir;
- tranzaksiyaların monitorları tətbiq edilirmi;
-kliyent-server arxitekturasından istifadə etmək olarmı;
-sistem eyni vaxtda neçə aktiv istifadəçini dəstəkləməlidir;
-sorğular çoxluğu isçərisində əsas sorğunu-şablonu (nümunəni) ayırmaq olarmı;
-indeksləşdirmənin hansı strategiyası tətbiq edilir;
-VB-yə hansı sorğulara görə açarla və hansılarına görə açarsız müraciət etmək olar;
-VB-nin ölçüsü nə qədərdir;
-nəzərdə tutulan ölçüdə informasiyanın emalı üçün disk yaddaş qurğuları və interfeys adapterləri kifayətdirmi;
-VBIS jurnalları və arxivləri üçün ayrıca disklər varmı;
-verilənlərin, indekslərin, müvəqqəti cədvəllərin saxlanması və verilənlərin həcminin mümkün qədər artırılması üçün disk yaddaşının tutumu kifayətdirmi;
-nəzərdə tutulan sayda istifadəçilərlə işləmək üçün prosessorlar kifayətdirmi;
- kliyent/server sistemində serverlə kliyentlər arasında əlaqələrin təşkili üçün ayrıca şəbəkə tələb olunurmu;
-ehtiyat surətlərin çıxarılması strategiyası ehtiyat surət qurğularının tipii, sayı və yerləşdikləri yerlə razılaşdırılıbmı.
Sadalanan və oxşar suallara cavab vermək üçün aşağıdakı amilləri nəzərə almaq lazımdır:

      1. tətbiqi məsələnin xüsusiyyətləri, onun həll metodları və vasitələri;

      2. seçilən VBIS-in xarakteristikaları;

      3. əməliyyat sisteminin imkanları və fəaliyyətinin səmərəliliyi;

      4. Aparat hissəsinin və şəbəkə avadanlığının xarakteristikaları.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin