Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi



Yüklə 0,95 Mb.
səhifə25/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   39
mühazirə VBİS-qisa(1)

Tətbiqi məsələnin səmərəsiz həlli digər çalışmaları heçə endirə bilər. Məsələn, VB-nin yaradılması zamanı açarlardan və cədvəllərin indeksləşdirilməsindən istifadə olunmaması böyük həcmli VB-də verilənlərin axtarış vaxtını xeyli çoxaldır. Bu halda sistemin məhsuldarlığı tipik və ya təkrarlanan sorğuların yerinə yetirilməsi zamanı çox aşağı düşür. Açarların və indeksləşdirmənin tətbiqi məhsuldarlığı xeyli artırır. Bu şəraitdə VB-nin yenidən təşkili zamanı tətbiqi proqramı dəyişdirməyə ehtiyac olmur.
Tətbiqi məsələnin parametrləri ilə seçilən VBIS-in xarakteristikaları arasında sıx bağlılıq var. Bu bağlılıq ən çox tətbiqi proqramın VBIS-in interpretasiya rejimində yerinə yetirilməsi halında özünü göstərir. VBIS-in quraşdırılması və istismarı zamanı proseslər və hadisələr haqqında statistikanın toplanması və analizi aparılmalıdır. Bütün neqativ hallar informasiya sisteminin fəaliyyət göstəricilərini aşağı salır, halbuki, VBIS-in, tətbiqi proqramın və əməliyyat sisteminin köklənməsi ilə onları vaxtında aradan qaldırmaq mümkündür.
VBIS-in və tətbiqi proqramın fəaliyyətinin proqram mühiti əməliyyat sistemidir. Informasiya sisteminin işinin qiymətləndirilməsində onun da rolu az deyildir. Bəzən əməliyyat sisteminin seçilməsi prinsipial xarakter daşıyır. Məsələn, Windows mühitində işləyən VBIS-dən istifadə edilməsi digər əməliyyat sistemlərinin seçilməsini mümkünsüz edir.
Informasiya sisteminin vacib hissələrindən biri də onun aparat təminatıdır. Səmərəli IS-in qurulmasının mühüm şərti sistemin aparat hissəsinin strukturunun əsaslandırılmasıdır. Avtomatlaşdırılmış sistemin proqram-aparat vasitələrinin strukturunun təyini məsələsi əksər hallarda qeyri-müəyyən və ziddiyyətli amillərlə xaraterizə edildiyindən, qərar qəbulu üçün ekspert qiymətləndirilməsindən istifadə edilir.
Məsələn, fərz edək ki, seçilmiş və rasional konfiqurasiyalaşdırılmış əməliyyat sisteminə, VBIS-ə və səmərəli tətbiqi proqramlara malik kliyent-server tipli səpələnmiş informasiya sisteminə baxılır. Məlum maliyyə məhdudluqlarını nəzərə almaqla bu cür sistem hansı aparat vasitələri ilə qurulmalıdır?
Aydındır ki, baxılan sistemdə hesablama gücünün kliyent və server maşınları arasında bölüşdürülməsi məsələsini istifadə edilən kliyent-server modeli baxımından həll etmək lazımdır. Sistemin daha çox yüklənmiş hissəsi daha böyük imkanlarla təmin olunmalıdır. Bu zaman kliyent və server hissələrində həll olunan məsələlərin xüsusiyyətlərini nəzərə almaq lazımdır.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin